Cümə axşamı, 2024-11-21, 10:07 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Avqust » 4 » Könüldə, yoxsa alında?
3:52 PM
Könüldə, yoxsa alında?


"Fəth” surəsinin 29-cu ayəsində oxuyuruq: "Məhəmməd (s) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!”
Doğrudanmı ayədə zahiri məna nəzərdə tutulur, alında səcdə əlaməti mömin üçün bəs edir? Tarixdə ibadəti qədər cəhaləti ilə tanınan Nəhravan şeyxləri – Xəvaric (xaricilər) bu firkin üzərindən xətt çəkdi. Alnında səcdə yeri olan xəvaric Allahın vəlisini, Möminlər Əmirini (ə) qətlə yetirdi.
Ayə və rəvayətlərə müraciət etdikdə "doğruçuluq” sifətinin ən mötəbər iman sifəti olduğu "Maidə” surəsinin 119-cu ayəsində buyuruıur: "Bu (qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)!”
Bu nöqtəni azca diqqətlə dərk etmək olar:
-dünyanın nizamını görüb yaradanı inkar edənlər doğru danışmır;
-"Allahı qəbul edirəm” deyib, Onun kitab və qanunlarını inkar edənlər doğru danışmır;
-gününü ibadətdə keçirib xalqın dərdinə yanmayanlar doğru danışmır – alınlarında səcdə yeri olsa belə!
Doğru danışanların qəlbində, ruhunda səcdə ələmati var. Onlar öz zərərlərinə olsa belə Allahın əmrinə boyun əyənlər, doğruya səs verənlərdir. Bu doğru həm də əmələ aiddir.
 

Category: Diger me'lumatlar | Baxış: 974 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]