Bazar günü, 2024-12-22, 9:57 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » May » 14 » Kişi-qadın münasibətlərindəki həssas məqamlar
9:34 PM
Kişi-qadın münasibətlərindəki həssas məqamlar
Kişi-qadın münasibətlərindəki həssas məqamlar

Romantizm-şirkə aparan yol.


Allahın razılığından kənar qurulan qadın-kişi münasibətləri insanları şirkə aparan mövzulardan biridir. 
Bunlar ya evlilik, ya da evlilikdən kənar qurulan münasibətlər şəklində ola bilər.
Romantik sevgi.
Romantik sevgi anlayışında, Allaha qarşı edilməli olan bütün vəzifələri bir-birlərinə qarşı edən, bir-birlərini Allahdan müstəqil varlıqlar olaraq görən, Allaha qarşı hiss ediləcək duyğuları bir-birlərinə qarşı hiss edən "sevgililər” ortaya çıxar. 
Bu sevgililər Allahı zikr etmək (xatırlamaq) yerinə, davamlı bir-birlərini zikr edərlər (xatırlayarlar). 
Səhər oyananda onları yaradan və onlara yeni gün nəsib edən Allahı xatırlayıb Ona şükr etməkdənsə, ilk işləri bir-birlərini düşünmək, bir-birlərini xəyal etmək olar. 
Özlərini Allaha bəyəndirməyə deyil, bir-birlərinə bəyəndirməyə çalışarlar. 
Allah və Onun dini üçün fədakarlıq etməzlər, amma bir-birləri üçün müxtəlif fədakarlıqlar göstərərlər. Qısacası bu şəxslər bir-birlərini ilah etmiş olarlar.

Romantik sevgililərin bir-birləri ilə olan söhbətlərində, yazdıqları şerlərdə "hara baxsam səni görürəm, hara getsəm səni düşünürəm” kimi ifadələr işlədilir. Halbuki hara baxılsa, hara gedilsə düşünülməsi vacib olan tək varlıq, aləmlərin Rəbbi olan Allahdır.

Göründüyü kimi xalq arasında geniş yayılmış bu sevgi növü, əslində Allah Qatında lənətlənmiş olan "şirk qoşmanın” bir növüdür. Hər bir məsələdə olduğu kimi şeytan bu tip sevgi anlayışını da təhrif edərək insanlara bəzəkli göstərir və insanların əksəriyyəti şeytanın yolunu izləyir:
"Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik. Şeytan onlar öz (çirkin) əməllərini xoş göstərmişdi. Bu gün Şeytan onların dostudur (havadarıdır). Onlar (qiyamət günü) şiddətli əzaba düçar olacaqlar!" (Nəhl Surəsi, 63)

"…Şeytan (çirkin) əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı."(Ənkəbut Surəsi, 38)

Quranda, qadınlara qarşı bəslənən ehtiras dolu sevgiyə xüsusilə diqqət çəkilir. Bu qadın, insanın həyat yoldaşı, sevgilisi, hətta "platonik” olaraq sevgi bəslədiyi hər hansı bir qadın da ola bilər. Əgər bu, Allahı unutduran, Allahı lazımı kimi xatırlamağa maneə törədən, ürəkdən Allah sevgisini çıxarıb onun yerinə qoyulan bir sevgi növüdürsə, insanı birbaşa şirkə aparır. Bu təkcə kişilər üçün deyil, qadınlar üçün də eyni dərəcədə təhlükəlidir.

Romantik qadın-kişi münasibətlərini yaşayanlar çox vaxt bu gerçəklərdən xəbərsizdir. Özlərini öz əlləri ilə içinə atdıqları təhlükənin şüurunda deyillər. Çünki uşaqlıqdan cəmiyyətdən alınan yanlış təlqinlərin və özlərinə doğru yolu göstərəcək tək rəhbər – Qurandan xəbərsiz olmanın nəticəsi olaraq etdiklərinin Allah Qatında günah olduğunun fərqində deyillər.
Allahın dinindən uzaq yaşadıqları üçün, böyük bir bataqlığın içində olmalarına baxmayaraq özlərini doğru yolda zənn edirlər.

Ağılsızlıq içində yaşanan şirk sevgisi, bir-birlərini ilah etmiş qadın və kişiləri bəzən çox böyük fəlakətlərə sürüyür. Məsələn, bir-birinə aşiq iki gənc eşqlərini sözdə "əbədiləşdirmək”, "ruhlarının sonsuza qədər birlikdə olması” kimi mənasız təlqinlərlə özlərini körpüdən ata bilirlər. Halbuki bunu edərkən, əslində özlərini cəhənnəm çuxuruna atdıqlarının fərqində deyillər. Haram olan bir hərəkəti edərək Allaha qovuşacaqlarına deyil, bir-birlərinə qovuşacaqlarına inanırlar. Amma ölüm mələklərini gördükləri zaman artıq iş işdən keçir. 
Qəzetlərdə tez-tez ümidsiz aşiqlərin intiharlarından, bir-birlərinə yazdıqları romantik məktublardan bəhs edən xəbərlərə rast gəlmək mümkündür. Bütün bunlar romantizmin insanların ağıllarına və şüurlarına nə dərəcə təsir etdiyinin konkret nümunələridir.

İnsan bu dünyada bağlandığı, ilah etdiyi sevgilisini axirətdə öz nəfsini qurtarmaq üçün fidyə olaraq verməyə qalxacaq. Çünki gözündəki pərdə qalxmış, özünə vəd edilən əzabın gerçək olduğunu anlamışdır. Ayələrdə bu şəxslərin axirətdəki rəftarları belə təsvir edilir:
"Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin (fidyə versin) öz oğullarını, övrətini və qardaşını, (çətin günlərdə) ona sığınacaq verən əşirətini (qohum-əqrəbasını)" (Məaric Surəsi, 11-14)

Bir başqa ayədə də eyni vəziyyət belə təsvir edilir:
"O gün insan qaçacaq öz qardaşından, anasından, atasından, zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır)." (Əbəsə Surəsi, 34-37)

Şirkə söykənən romantik sevgi anlayışı cəmiyyətdə "eşq”, "romantizm”, "saf və təmiz duyğular” vs. şəklində günahsız göstərilir, hətta ucaldılıb təşviq edilir. 
Xüsusilə gənc yaşdakı insanları təsirinə bu romantizm təlqini ağıl və şüurun inkişafını maneə törətdiyi üçün dindən, imandan, yaradılış məqsədlərindən xəbəri olmayan, Allahı unutmuş, Allah sevgisini, Allah qorxusunu bilməyən, şirki təbii bir davranış, bir həyat tərzi halına gətirmiş nəsillər ortaya çıxarır.

Televiziyalarda və filmlərdə romantizm və romantik mövzular insanlara təlqin edilir. Romantizm sanki insanın təbii ehtiyacı kimi göstərilir. 
Romantizm – mahnılarda, şerlərdə, kitablarda ən əsas mövzudur.
Şeytan, romantizmin insanların gerçəkləri görmələrini, Allahı xatırlamalarını, yaradılış məqsədlərini və axirəti düşünmələrini maneə törədən, onları dini yaşamaqdan uzaqlaşdıran, şirkə aparan xəstəlik olduğunu çox yaxşı bilir. Buna görə bütün vasitələrdən istifadə edərək insanlara romantizmi təlqin edir.

Bu səbəbdən şirk qoşmağı yalnız daşdan, taxtadan yonulmuş bütlərə səcdə etmək olduğunu sananlar, bu dünyada özlərini günahsız görüb axirətdə də, "Rəbbimiz olan Allaha and olsun biz müşriklərdən deyildik” (Ən’am Surəsi, 22) deyənlərdən olmaqdan çox çəkinməlidirlər.

 
Abbas
islam-azeri.az

Category: Diger me'lumatlar | Baxış: 842 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 1
0  
1 gunahkar_24   (2011-05-15 7:02 PM) [Daxil et]
ALLAH razi olsun

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]