Bazar günü, 2024-12-22, 12:07 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Aprel » 10 » Kim cəhənnəmə getmək istəyər ki . .
11:12 AM
Kim cəhənnəmə getmək istəyər ki . .

Kim cəhənnəmə getmək istəyər ki . .

Xeyir və şər -niyyətə görə əbədilik
Həzrət Sadiq (əleyhissalam) buyurub: "Cəhənnəm əhlinin cəhənnəmdə həmişəlik qalmasının səbəbi onların niyyətləridir. Onların dünyada niyyətləri bu idi ki, əgər həmişəlik dünyada qalsalar, həmişə də Allaha qarşı günah edəcəklər. Cənnət əhli isə əksinə.”
Qurani Kərim buyurur: "Hər kəs niyətinə əsasən əməl edir.”
Cəhənnəmdə sakin olanların bir-birilə danışığı
"Sad” surəsində (ayə 59, 60, 61) buyurulur: "Mələklər kafirin dünyadakı başçılarına, onlara tabe olanları göstərib deyəcəklər: Bu sizinlə birlikdə daxil olan dəstədir. (Başçılar deyəcəklər:) Onları görək rahatlıq üzü görməsinlər! Onlar (haqlı olaraq) Cəhənnəmə daxil olanlardır.
(Tabe olanlar da öz başçılarına belə deyəcəklər:) "Xeyr, siz elə özünüz rahatlıq üzü görməyəsiniz! Bunu bizim üçün siz hazırladınız. Bir baxın, necə də pis məskəndir! Onlar deyəcəklər: Ey Rəbbimiz! Buna bizi kim uğradıbsa, onun əzabını Cəhənnəmdə ikiqat elə!”

Cəhənnəm əhlinin yeri darısqaldır
Cəhənnəm əhlinin yeri divara vurulmuş mıx yeri kimi dardır. Divar mıxı sıxdığı kimi onlar da sıxıntıdadırlar. "Əl-furqan” surəsi, ayə 13: "Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman ölüm diləyərlər.”
Behişt əhli işıqda olduğu qədər Cəhənnəm əhli də əbədi zülmət, vəhşət içindədirlər. Necə ki, qaranlıq dalğalarla əhatə olunub, dərya dibində əsir olmuş şəxs! "Nur” surəsində buyurulmuşdur: "Onların əməlləri əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, bu dalğanın üstündən də bir dalğa-zülmət üstündən zülmət örtər. Əlini bayıra çıxarsa, onu görə bilməz.” (ayə 40)

Bir-birlərindən uzaqlaşmaq istəyərlər
"Bəqərə” surəsində (ayə 166, 167) buyurulub: "O zaman tabe olunmuşlar tabe olanlardan uzaqlaşacaq, əzabı görcək aralarındakı rabitə qırılacaqdır. O zaman tabe olanlar "əgər bir də dünyaya qayıda bilsəydik, onlar bizdən bizar olub uzaqlaşdıqları kimi, biz də onlardan bizar olub uzaqlaşardıq”, deyərlər. Beləcə, Allah onlara əməllərinin yalnız həsrətdən ibarət olduğunu göstərər və onlar Cəhənnəm odundan çıxa bilməzlər.” "Əz-zuxruf” surəsində (ayə 67) buyurulur: "Müttəqilər istisna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər.”
Rəvayətə görə, dünyada Allaha görə olmayan dostluq axirətdə düşmənçiliyə çevrilər.

Məhrum olmaq -böyük bir əzab
Digər bir ruhani əzab budur ki, insan Həzrət Yaradanın sonsuz lütf və rəhmətindən məhrum olduğunu görsün.
"Əl-mutəffifin” surəsində (ayə 15) buyurulur: "O gün onlar Rəbbinin mərhəmətindən məhrum olacaqlar.” Yenə buyurulub: "Allah onlarla danışmaz və onlara rəhmət nəzəri ilə baxmaz.”

Cəhənnəmdə danlaqlar, məzəmmətlər
Allah-Taala, məlaikələr, cənnət əhli, hətta şeytanlar da, cəhənnəm əhlini məzəmmət edərlər. "Əl-ən”am” surəsində buyurulur: "Ey cin və insan tayfası! Məgər sizə öz aranızdan ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyərlər: Biz öz əleyhimizə şahidik.” Sonra "Fatir” surəsində buyurulur: "Məgər sizi, ibrət almaq istəyən kimsənin ibrət ala biləcəyi qədər yaşatmadıqmı?! Hələ sizi qorxudan peyğəmbərlər də gəlmişdi. Elə isə dadın əzabı! Zalımların imdadına çatan olmaz.”
"Əl-mulk” surəsinin 8-ci ayəsindən buyurulmuşdur: "Hər hansı bir tayfa Cəhənnəmə atıldıqca, onun gözətçiləri onlardan: "Məgər sizə (əzabdan) qorxudan bir peyğəmbər gəlməmişdimi?”-deyə soruşacaqlar. Onlar deyəcəklər: "Bəli, bizi qorxudan peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb demişdik: "Allah heç bir şey nazil etməmişdir. Siz sadəcə olaraq çox azmısınız.” Sonra peşmançılıqlarını bildirərlər: "Əgər biz qulaq asıb ağlımızı başımıza yığsaydıq, Cəhənnəm əhli içində olmazdıq!”

Kafirin cənnətə getməsi qeyri-mümkündür
"Əl-əraf” surəsi, ayə 40: "Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər.” Rəvayətə görə, qəlbində bir zərrə iman olanlar da cəhənnəmdə əbədi qalmayacaq.

sibtayn.com
Category: Diger me'lumatlar | Baxış: 826 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]