Bazar günü, 2024-12-22, 6:30 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Noyabr » 20 » Kiçiyin yolu...4
10:59 AM
Kiçiyin yolu...4
 
Kiçiyin yolu...4
Uşaqlarla ədalətli rəftar
 
 
Uşaqlar hələ az yaşlarında ədalətin nə olduğnu dərk etməlidirlər. Onlar ədalətli boya-başa çatdırmalı və istər səmiyyətdə, istərsə də fərqli həyatda zərrə qədər ədalətsizliyə yol verməmək ruhunda tərbiyyə etmək lazımdır.
Əbu Səid deyir: "Günlərin biri Peyğəmbər (s.ə.s) qızı Fatimənin (ə) evinə gedir. Əli (ə) yatağında uzanmış Həsən və Nüseynlə onun yatağında oynayırdı. Uşaqlar su istədilər. Peyğəmbər (s.ə.s) onlara su gətirir. İmam Hüseyn qabağa gəlib suyu almaq istəyir. Peyğəmbər (s.ə.s)  deyir: " Qardaşın Həsən səndən qabaq su istəmişdir". Həzrət Fatimə (ə) deyir: Atacan, deyəsən, Həsəni Hüseyndən çox istəyirsən". Peyğəbər (s.ə.s) buyurur: "Hər ikisi mənim nəzərimdə eyni dərəcədə sevimlidir. Onlardan birini digərindən çox istəmirəm. Amma gərək ədalətə riayət olunsun".
 
Uşaqlarla oynamaq.
 
Bəra ibn Azib: «Allahın Peyğəmbərini (s) gördüm ki, Hüseyni dalına mindirib və belə deyir: «İlahi! Mən onu sevirəm, onu Sən də sev». (Biharul-Ənvar, c.43, səh.264, hədis 16)
Səid ibn əbi Raşid Yəla Amiridən nəql edir ki: O, Allahın Peyğəmbərinin (s) dəvət olunduğu qonaqlığa gedərkən o Həzrətlə yoldaş olub. Peyğəmbər (s) qabaqda gedirmiş və Hüseyn uşaqlarla oynamaqla məşğul imiş. Peyğəmbər (s) onu tutmaq istəyir. Amma uşaq o tərəf bu tərəfə qaçır. Peyğəmbər (s) onunla zarafat etməyə və onu güldürməyə başlayır və nəhayət Hüseyni tutur, əlinin birini onun boynunun arxasına, digərini isə çənəsinin altına qoyur, onun ağzından öpə-öpə: «Hüseyn məndəndir və mən Hüseyndənəm. Allah Hüseyni sevəni sevsin. Hüseyn nəvələrimdən biridir». (əl-Müstədrək əla əs-səhiheyn, c.2, səh.177) 

İbn Abbas: «Allahın Peyğəmbəri (s) Hüseyn ibn Əlini (ə) öz çiyninə mindirmişdi. Bir nəfər dedi: «Oğulcan, nə yaxşı miniyə minmisən? Peyğəmbər (s) buyurdu: «O özü necə gözəl süvaridir!» (Sünən Tirmizi, c.5, səh.661, hədis 3784)
 
Peyğəbər (s.ə.s) və uşaqların tənbeh olunması
 
Uşaqları sonsuz məhəbbətlə sevən Peyğəmbər (s.ə.s) sözə baxmayanda onları tənbeh edirdi? Əgər tənbeh edirdisə, hansı üsullardan istifadə edirdi? Tənbeh etmək zəruri və tərbiyyənin ayrılmaz hissəsi olarsa da, Peyğəmbərin (s.ə.s) sünnət və həyat tərzinə nəzər saldıqda onun uşaqlarla cismani cəza verdiyi ilə qarşılaşımırıq.
 
Category: Bezi meslehetler | Baxış: 937 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]