Bazar günü, 2024-12-22, 6:00 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Oktyabr » 26 » Kiciyin yolu...3
7:39 AM
Kiciyin yolu...3
 
Kiçiyin yolu...3
 
Şəhid övladları ilə rəftar
 
İbn Hişam yazır:" Abdulla ibn Cəfərin həyat yoldaşı Əsma deyir:"Cəfər Mutə döyüşündə şəhid olduğu gün Peyğəmbər (s.ə.s) bizim evimizə gəldi. Mən isə uşaqların paltarlarını təzəcə yuyub qurtarmışdım. Peyğəbər (s.ə.s) buyurdu:"Cəfərin uşaqlarını mənim yanıma gətir". Peygəmbər (s.ə.s) uşaqları qucağına alıb ağlaya-ağlaya üz-gözündən öpdü. Ondan soruşdum:" Ey Allah Peyğəmbəri! Cəfərdən bir xəbər varmı?". Buyurdu:"Bəli, o bu gün şəhid olub".
 
Uşaqları öpmək
 
Peyğəmbər (s.ə.s) öz övlarlarını camaat qarşısında daha çox öpər və daha çox əzizləyərdi. Bunun isə iki əsas səbəbi var idi:
* başqalarının yanında valideyindən məhəbbət görən uşağın şəxsiyyəti daha da güclənir;
* müsəlmanlara övladın qayğısına xüsusi diqqət yetirməli olduqlarını təlim etmək. Nəql olunan rəvayətlərdən birində deyilir: Peyğəmbərin (s.ə.s) Həsənlə (ə) Hüseyni (ə) öpdüyünü görən Əqrə ibn Habis deyir:" Mənim on övladım var, amma bir dəfə də olsun onların heç birini öpməmişəm". Peyğəmbər (s.ə.s) məyus olaraq buyurur:"Nə edim ki, Allah-Təala öz rəhmətini sənin qəlbindən almışdır".
 
Uşaqlara salam vermək
 
Peyğəmbər (s.ə.s) uşaqlara salam verməyi xüsusi diqqət yetirərdi. Azyaşlı uşaqlar bir çox şeyləri başa düşməsələr də, onlara göstərilən mehr-məhəbbəti çox yaxşı anlayırlar. Bir çox təəssübkeş şəxslər bunu şəxsiyyətinə sığışdırmasalar da, bilməlidirlər ki, Peyğəmbərin (s.ə.s) sünnəti bunun tam əksini tələb etmiş və onun özü də bu məsələyə xüsusi diqqət yetirmişdir.
 
 
Category: Bezi meslehetler | Baxış: 722 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]