Bazar günü, 2024-12-29, 11:41 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Oktyabr » 20 » Kiciyin yolu...2
12:24 PM
Kiciyin yolu...2
 
Uşaqların qarşısında ayağa qalxmaq
 
Peyğəmbər (s.ə.s) və Məsum İmamların uşaqların tərbiyəsində xüsusi diqqət yetirdikləri, müsəlmanlara da tövsiyə etdikləri məqamlardan biri də onların qarşısında ayağa qalxmaqdır. Günlərin biri Həzrət Muhəmməd (s.ə.s) ecdə oturarkən nəvələri İmam Həsənlə (ə) İmam Hüseyn (ə) orağa daxil olur. Peyğəmbər (s.ə.s) dərhal ayağa qalxıb nəvələrin ona yaxınlaşmalarını gözləyir. Uşaqlar yavaş yeridikləru üçün onların çatmalarını bir qədər gözləməli olur. Nəhayət, özü irəliləyib onları qucağına alır. Sonra hər ikisini çiyninə alıb buyurur:" Əziz balalarım, miniyiniz necə də gözəl minikdir, siz özünüz çox gğzəl süvarilərsiz".
 
Dini hökmlərin öyrədilməsi.
 
Uşaq namaz və dualarda oxunan sözlərin mənasını dərk etməsə də, qəlbində dua və ibadətə məhəbbət oyanır və bunu özünün uşaqlıq səviyyəsində dərk edir. O, daxilində etimad edə biləcək və ona bütün işlərdə dayaq ola biləcək varlığın mövcudluğuna əmin olur və bu əhval-ruyiyyə ilə də böyüyüb boya-başa çatır.
 İmam Baqir (ə) -dan nəql olunan başqa bir rəvayətdə deyilir: " Uşaqlarınız üç yaşına çatdıqda onlara tövhid kəlməsini (la ilahə İlləllah), dörd yaşına çatdıqda ƏMuhəmmədən Rəsulullah" kəlməsini öyrədin, beş yaşına çatdıqda üzünü qibləyə tutub alnını səcdəyə qoymalarını vərdiş edin. Altı yaşında kamil ruku və səcdə etməyə, yeddi yaşına çatdıqda  isə dəstəmaz alıb namaz qılmağı oyrədin".
 
Uşaqlara hədiyyə vermək
 
Peyğəmbərin (s.ə.s) uşaqlarla əlaqəli olan adət-ənənələrdən biri də uşaqlara vaxtaşırı hədiyyələrverməsi olmuşdur.
İbn Abbas Peyğəmbərdən (s.ə.s) nəql etdiyi hədisdə deyilir: "Kim bazardan hədiyyə alıb onu evə gətirərsə, Allah dərgahında yoxsullara kömək edən şəxs kimi olar. Aldığınız hədiyyələri əvvəl qız, sonra oğlan uşaqlarına verin. Kim qız uşağını sevindirərsə, sanki İsmail övladlarından birini azadlığa buraxmışdır. Oğlan uşaqlarını sevindirən şəxs  isə Allahın qorxusundan ağlayan şəxsin savabını qazanar. Belələrinin yeri əbədi Cənnətdir".
 
Category: Bezi meslehetler | Baxış: 986 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]