Bazar günü, 2024-12-22, 6:06 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Sentyabr » 30 » Kiçiyin yolu...1
11:55 AM
Kiçiyin yolu...1
 
Kiçiyin yolu...

Uşaqlara şəxsiyyət vermək.Bir vaxtlar diri-diri torpağa basdırılan, gəlir mənbəyi nəzəri ilə baxılan qız və oğlan uşaqlarına indi istər dövlət, istərsə də ailələr tərəfindən böyük dəyər verilir.
Lakin göstərilən qayğılar nə qədər çox olsa da, Peyğəbərin (s.ə.s) uşaqlara göstərdiyi qayğı ilə müqayisəolunmaz dərəcədə az və əvəzsizdir. Əgər indi vaxaşırı yetimlər evinə gedib uşaqlarla şəkil çəkdirirlərsə, Peyğəmbər (s.ə.s) hər gün Məkkə və Mədinə küçəlırində qarşısına çıxan uşaqları qoynuna alar, onların üz- gözündən oöpərdi.

Uşaqlara sual
İmam Əli (ə) camaatın qarşısında övladlarına elmi suallar verər, bəzi hallarda camaatın suallarını cavablandırmağıda onların öhdəsinə buraxardı. Bununla onlara xüsusi hörmət və ehtiram göstərər və müstəqil böyümələrində, həm də şəxsiyyətlərinin formalaşmasında mühüm rol oynayırdı.

Gözəl davranış
Uşağın şəxsiyyətinin formalaşmasında mühüm rol oynayan amillərdən biri də onlarla gözəl davranışdır. Peyğəmbər (s.ə.s) tövsiyyələrin birində bu haqda buyurur:" Övladlarınızla gözəl davranın, onlara hörmət və ehtiram göstərin".

Əhdə vəfa
Əhdə vəfa etmək, yəni onlara verdiyiniz sözün üstündə durmaq uşaqlarda etimad hissinin yaranmasına və eyni zamanda güclənməsinə səbəb olur. Bu həm də onların şəxsiyyətinin inkişafına müsbət təsir göstərir. İmam Əli (ə) bu barədə buyurur:
"Peyğəmbər (s.ə.s) mənə etdiyi tövsiyələrdən birində buyururdu:" Sizlərdən biriniz övladınıza söz verdikdə sözünüzün üstündə durun və əhdinizə vəfalı olun".

Uşagı çətinliklərlə tanış etmək
 

Uşaqlarda, xüsusilə oğlan uşaqlarında şəxsiyyətin formalaşmasında təsiredici vasitələrdən biri də onları gələcək həyatlarında qarşılaşa biləcəkləri çətinliklərlə erkən yaşlarından tanış etməkdir. Uşaqlara başa salmaq lazımdır ki, həyatda bir şeyi əldə etmək üçün zəhmət çəkməli və özünü oda- közə vurmalıdır. Belə ki, çətinliklərlə tanış olmayan və tərtərəfli təminat içində yaşayan uşaqlar böyüdükdə qarşılaşdıqları çətinliklər qarşısında aciz qalır və mənəvi sarsıntı ilə üzləşirlər. Amma unutmaq lazım deyil ki, bu işdə onlara öhdəsindən gələ bilmədikləri işlər tapşırılmamalı və yalnız gücləri çatan işlər görməyə sövq etmək lazımdır.
Peyğəmbər (s.ə.s) bu barədə 4 mühüm məqama işarə edərək buyurur;
*Uşaqların gücü çatan işləri onlardan həvəslə qəbul edin:
*Uşaqlara gücləri çatmayan işlər tapşırmayın:
* Onları günah və itaətsizliyə vadar etməyin:
* Onlara yalan deməyin və onların qarşısında səfeh işlər görməyin.
Başqa bir rəvayətdə buyrulur: " Hz. Muhəmməd (s.ə.s) yeddi yaşında olarkən süd anası Həlimə Sədiyyədən soruşur:" Qardaşlarım haradadır?".
Həlimə cavab verir: "Onlar Allahın sənin bərəkətinlə bizə bəxş etdiyi qoyunları otarmağa aparıblar".
Həzrət Muhəmməd (s.ə.s) buyurur:" Anacan, sən mənim barəmdə insafsızlığa yol verirsən".
Həlimə təəccüblənir: " Niyə ki, nədə insafsızlıq etmişəm?".
Həzrət Muhəmməd (s.ə.s) buyurur; " Heç insafdır ki, bu qızmaq havada qardaşlarım qoyun otarsın, mən isə kölgədə oturub sərin süd içim?!".

Uşaqları Məsum İmamların həyat tərzi ilə tanış edin. Onların ad və ləqəblərinin məna və verilmə səbəblərinə diqqət yetirib uşaqların tərbiyəsində tətbiq edin.

Category: Bezi meslehetler | Baxış: 889 | Added by: Mursəlat | Rating: 1.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]