Bazar günü, 2024-12-22, 10:23 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 14 » Kərbəlada baş verməyənlər
7:12 AM
Kərbəlada baş verməyənlər
İmam Hüseyn (ə) Əhli-Bəyti ilə birlikdə Kərbəla bəşəriyyətində fədakarlıq və səadət dersi keçir. Amma bəzi şəxslər ondan sui-istifadə edərək baş verənlərə dair uydurulan saxta rəvayətləri, sözün əsl mənasında, gəlir mənbəyinə çevirmişlər.

Heç bir tarixi mənbədə qeyd olunmmayan Kərbəla faciəsi barədə nəql olunan rəvayətlərdə deyilir: Ələkbərin anası Leyla döyüş meydanına çıxır. İmam Hüseyndə (ə) onu görcək buyurur:" Öz xeymənə qayıt. Saçlarını dağıt və Allaha dua et ki,oğlunu sağ-salamat bizə qaytarsın"

Hədisin saxtalığı göz qabağındadır. Əvvala ona görə ki, Leylaümumilikdə Kərbəlaya gəlməmiş və gəlmədiyi üçündə belə bir hərəkət edə bilməzdi. Digər tərəfdən isə onun döyüş meydanına çıxması və İmam Hüseynin belə bir təklif etməsi təmamilə əsassizdir.Çünki İmam hüseyn (ə) məntiqi əsl  fədakarlıq məntiqi idi. Tarixi mənbələrə əsasən, Kərbəla şəhidləri döyüş meydanına qədəm qoymaq  istədikdə İmam Hüseyndən (ə) icazə alar,sonra döyüşə atılardılar. Əliəkbər də onlardan biri olmuş və İmam Hüseyn (ə) icazəsi ilə döyüşə atılaraq şəhid olmuşdur. Leyla öz xeyməsinə gedib saçlarını açdıqdan sonra belə bir nəzir edir:" Əgər oğlum döyüş meydanından sağ-salamat qayıdarsa, Kərbəladan Mədinəyə qədər reyhan əkəcəyəm".

Bir anlığa diqqət yetirin!  Əliəkbər kimi bir şəxsiyyətin anası iki min klometrə yaxın ərazidə reyhan əkməyi nəzr edir!!! Özü də  kimsənin döyüş meydanından qayıtmadığını  gördüyü bir halda. Görəsən, bir nəfərin ömrü iki min klometr əraziyə reyhan əkməyə imkan verərmi? Versə belə, bu qədər reyhan kimə kimə lazım olacaqdı? Əliəkbər kimi fədai tərbiyyə edən bir ana belə nəzir edə bilərmi?

 Hacı Nuri özünün "Əsraruş-şəhadət" (Şəhadətin sirləri) adlı kitabında yazır:" Kərbəlada Ömər ibn Sədin qoşununuda bir milyon altı yüz min əskər iştirak edirdi. İmam Hüseyn (ə) təkbaşına onlardan üç yüz minini öldürür". 

Bu boydada yalan olar?! Xirosimaya atılan atom bombası nəticəsində altımış  min adam həlak olur. Amma sən demə, İmam Hüseyn (ə) təkbaşına üç yüz min düşməni Cəhənnəmə vasil edir. Əgər İmam Hüseynin (ə) iti qılıncı olsaydı və saniyədə bir əsgərin boynunu vursaydı, üç yüz min insanı səksən üç saat iyirmi dəqiqəyə öldürə bilərdi. Bir halda ki, Kərbəlada baş verən döyüş təxminən iki saat davam etmişdi. Ravi yalanın üzə çıxdığını gördükdə oraya belə bir əlavə edir ki, adı günlərdən fərqli olaraq həmin gün 24  saat yox, 70 saat olmuşdur. Müəllif bununla kifayətlənməyib Hz. Əbülfəz barədə bunları yazır:" Hz. Əbəlfəz isə döyüşdə iyirmi beş min nəfəri həlak edir. Əgər Hz. Əbəlfəz (ə) saniyədəbir nəfəri öldürmüş olsaydı, iyirmi beş min nəfəri altı saat əlli altı dəqiqəyə həlak etməli idi. Bir halda ki, tərəf müqabilinin əsgərləri təpədən dırnağa qədər silahlanmış peşəkar döyüşçülər olmuşlar.



Category: Tarix | Baxış: 968 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]