Bazar günü, 2024-12-22, 2:33 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Yanvar » 4 » Cənnət müqabilində satın alınan canlar
2:19 PM
Cənnət müqabilində satın alınan canlar
Yəzid kimi çobanlar ümmətə hakim olduqda  gərək İslama vida deyilsin" (İmam Hüseyn (ə))

   Bəhluldan soruşdular: "Nə üçün Allah İmam Hüseynə belə bir yüksək məqam bəxş etmişdir?".  Deyir:" xəlifələrdən biri adamları ilə birlikdə ova çıxır. Yolda dumana düşün azırlar. Bir qədər getdikdən sonra yoxsul bir bədəvi ailəsinin xeyməsinə çatırlar. Bədəvi ərəb xəlifəni tanımadan ona qonaqpərvərlik göstərir. Bədəvi ərəb gündəlik südü ilə dolandığı  yeganə keçisini kəsib xəlifə üçün yemək hazırlatdırır. Səhəri gün xəlifənin adamları onu tapıb  saraya aparırlar. Bir çecə gündən sonra xəlifə həmin bədəvi ərəbi gətirib mükafat verilməsini əmr edir. Xəlifə yaxınları ilə onu necə mükafatlandırmaq  barədə məşvərət edir. Hərə bir söz deyir. Kimi bədəvi ərəbə bir sürü qoyun verməyi, kimi istədiyi qədər pul verməyi, kimi də ənamlar verib yola salmağı təklif edir. Lakin xəlifə bunların heç biri ilə razılaşmayıb var-dövlətinin tam yarısını ona verməyi əmr edir. Məşvərətə toplaşanlar təəccüblə bunun səbəbini soruşduqda deyir:" O sadə insan məni tanımadan yeganə ruzisi olan keçisini kəsin xeyməsində bir gecəlik qonaq etdi.Bunun müqabilində mən ona var-dövlətimin hamısını versəm də, azdır. Çünki mənim ad-sanım yenə var-dövlət yığmağıma kömək edə bilər. Onu isə nə tanıyan var, nə də şan-şöhrəti".
   İmam Hüseynin (ə) babası Muhəmmədin (s.ə.s) dini qorumaq üçün canından, malından, əzizlərindən keçdi. Bunun üçün də Allah Öz sevimli bəndəsini belə bir yüksək məqama çatdırdı. Sonra bu ayəni oxudu: "Allah, heç şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd etmiş Cənnət müqabilində satın almışdır" ("Tövbə" surəsi, ayə 111)


Category: Diger me'lumatlar | Baxış: 870 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]