Əsas səhifə » 2012 Yanvar 4 » Kərbəla
2:46 PM Kərbəla | |
![]() Hakimiyyət günlərini əyyaşlarla keçirən Yezid ibn Müaviyyənin əlinə keçir. Onun verdiyi tam fərman Hüseyn ibn Əlidən (ə) beyətin alınması olur. Mədinə hakimi Vəlid ibn Ütbə İmam Hüseyni (ə) yanına çağırıb onu Yezidin fərmanı ilə tanıç edir. Bundan əvvəl də Yezidin vəliəhd olmasına qarşı çıxan İmam Hüseyn (ə) təbii ki, bu yersiz şərti qəbul etmir. Təzyiqlərin artdığını görəm İmam Hüseyn (ə) Rəcəb ayının 28-də ailəsi ilə və Bəni Haşimdən olan yaxınları ilə birlikdə təhlükəsiz hesab etdiyi Məkkəyə yola düşür. Nəhayət, 5 gün sonra, yəni Şaban ayının 3-də Məkkəyə yetişir. ![]() ![]() İmam Hüseyn (ə) Mədinəni tərk etməzdən əvvəl qardaşı əbu Hənifəyə verdiyi vəsiyyətnamədə Allahın birliyinə, peyğəmbərliyə və məada (öldükdən sonra yenidən dirilmə) şəhadət verdikdən sonra bunları yazırdı:" Mən Mədinədən özümə və nəfsani istəklərimə xatir və ya fəsad və zülm törətmək üçün çıxmıram. Mən cəddim Muhəmmədin (s.ə.s) dinini bürüyən fitnə-fəsadı islah etmək üçün hərəkət edirəm. Məqsədim insanları yaxşı işlərə dəvət etmək, pis işlərdən çəkindirməkdir. Mən cəddim və atamın yolunu tutmuşam. Kim haqqa xatir bu yolda mənə qovuşarsa, bilsin ki, Allah mənimlə bu qövm arasında Öz hökmünü verənədək öz yoluma davam edəcəyəm. Həqiqətən O ən yaxşı hakimdir!". | |
|
Total comments: 0 | |