Bazar günü, 2024-12-22, 11:30 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 12 » Kərbəla
7:36 PM
Kərbəla

Hijrətin 1431-ji ili, Məhərrəm ayı. Düz 1370 il bundan qabaq indiki İraq ərazisində yerləşən və Kərbəla adlanan məntəqədə Hüseyn ibn Əli (ə) azsaylı tərəfdarları ilə birlikdə qətlə yetirilir, qadın, uşaq və xəstələr əsir götürülür. Bu günümüzədək tarixdə on beş mindən artıq böyük və kiçik müharibə və inqilablar baş vermişdir. Lakin Kərbəla fajiəsi bir neçə baxımdan onların hamısından fərqlidir. Elə bu səbəbdən də onun qəlblərə həkk olunmasına səbəb olmuşdur.

1. Qətlə yetirilən Hüseyn ibn Əli Həzrət Muhəmmədin (s.ə.s) sevimli nəvəsi idi.

2. Hüseyn ibn Əli həm də haqqında çoxsaylı ayələr nazil olan Əhli-beytin nümyandələrindən, eyni zamanda Məsum imamlardan biri idi.

3.Hüseyn ibn Əli (ə) heç bir jinayət və ya günah iş görməmiş, sadəjə fitnə-fəsad üzərində idarə olunan hakimiyyətə qarşı müxalif mövqe tutmuşdu.

3.Hüseyn ibn Əli  (ə) və onun səhabələri o vaxta qədər və ondan sonra müşahidə olunmayan vəhşiliklə qətlə yetirilmişdi.

4.Kərbəla fajiəsində ilk dəfə olaraq qadınların namusuna təsavüz olunur və İslam tarixində ilk dəfə olaraq qadınlar əsir götürülmüşdü.

Məhz bu səbəblər üzündən məzhəbindən asılı olmayaraq Kərbəla fajiəsi müsəlman ümmətinin hafizəsinə həkk olunur. Daha dəqiq desək, Kərbəla fajiəsi nə unudulur, nə də unutdurulur.

İslam tarixində elə bir hadisə yoxdur ki, Kərbəla fajiəsi kimi anılıb hər il kütləvi şəkildə qeyd olunsun.

Kərbəla hadisəsi qəlblərdə yaşamaqla yanaşı, müsəlmanların adət-ənəsində də təzahür edir. Məhərrəm ayında halvalar bişirilir, ehsanlar paylanılır və xeyirxahlıq mərasimləri təşkil olunur. Müsəlmanlar Kərbəla fajiəsini hər an ailələrində  anmaq üçün uşaqlarının adlarını Hüseyn, Əliəkbər, Əbülfəz, Zeynəb qoyurlar. Kərbəla hadisəsindən sonra Hüseyn adı müsəlman dünyasında fədakarlıq nişanəsinə çevrilir.  Kərbəla fajiəsindən sonra sonra Əhli-beytin şəninə layiq olmayan rəvayətlər uydurulsa da, İmam Hüseynin qiyamı hakimiyyət uğrunda mübarizə kimi qələmə vverilsə də, bir nətijə vermədi. Həaqiqət öz yerini tutdu. Kərbəla hadisəsi müsəlman ümmətinin şəhadət və zülmlə mübarizə məktəbinə çevrildi. Kərbəla məktəbindən ilham alan müsəlmanlar indinin özündə də zülm və haqsızlığa qarşı mübarizə aparır və «Ya Hüseyn!» şüarı ilə şəhadət şərbətini içməkdən həzz alırlar. 


Category: Tarix | Baxış: 953 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]