Bazar günü, 2024-12-22, 9:42 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » May » 23 » Kəlməyi-Şehadətin sirri
10:14 PM
Kəlməyi-Şehadətin sirri
"La İlahə illəllah" - həyatı başdan ayağa dəyişmək deməkdir. "La İlahə illəllah"- Allahdan başqalarının qarşısında qulluq etməyəcəyəm, Allahdan başqasına qulluq etməyə razı olmayacağam, qulların da mənə qul olmasını qəbul etməyəcəyəm! - deməkdir. "La İlahə illəllah"- Allahı tək göylərdə deyil, yerlərdə də hər çeyə hakim  olmağına inanmaq deməkdir. "La İlahə illəllah"  - Allahın insana şah damarından da yaxın olduğuna iman gətirib onunla öz aramızda bütün canlı və cansız varlıqları kənara qoymaq deməkdir.  Bu o qədər də asan deyildi.
Məkkə müşrükləri həyat tərzlərini büsbütün dəyişməli olduqlarını çox yaxşı bilirdilər.  Allah peyğəmbərinin bəşəriyyətə verdiyi son xitab bu idi -  "Allahdan başqa Allah yoxdur!"  deyin, nicat tapın. Məkkə müşrükləri nələrin altına imza atdıqlarını çox yaxşı dərk edir və həmin səbəblər üzündən də buna razı olmurdular.

Bəs siz? İmza etdiyimiz müraciətin fərqinə vara bilmişik? Mənə elə gəlir ki, "La İlahə illəllah" ın ağırlığını dərk etmədən onu iqrar edirik.  Bunun üçün də "La İlahə illəllah"  həyatımızın altına damğa vurmur.  Tövhid həyatımıza büsbütün sarılmır, hər şeyə tövhidlə nəzər salmırıq, tövhid ilə bildiklərimizə əməl etmirik. Başa düşməli olduğumuz şeyləri tövhid ilə düşünmürük. Əgər tövhid ilə düşünsəydik, tövhid gözü ilə ətrafa nəzər salsaydıq, nə  Quranımızı yandıranda susar, nə el-obamız işğal olunduqda sülhərazı olar, nə hicabımızı başımızsan açdıqda sakit qalardıq.
"La İlahə illəllah"  - demək Allahın razılığına razı olub, Onun qəzəbinə səbəb olan düşüncə, adət və əməllərdən uzaq olmaq deməkdir.
"La İlahə illəllah"  - demək Allah dostları ilə dostluq edib, düşmənləri ilə düşmənçilik etmək deməkdir.
"La İlahə illəllah"  - demək Allahın halalını halal, haramını haram bilməkdir.

Category: Diger me'lumatlar | Baxış: 956 | Added by: Mursəlat | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]