Bazar günü, 2024-12-22, 11:35 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 17 » Kəlməyi-Şəhadətin sirri
8:47 PM
Kəlməyi-Şəhadətin sirri
Kainata rəhmət göndərən sonuncu Peyğəmbər Hz. Muhəmməd (s.ə.s) camaatına bu şüarla müraciət etdi. "Ey Qüreyş camaatı! Allahdan başqa Allah yoxdur!-deyin  və bunlada qurtulun". 

Peyğəmbərin (s.ə.s) müxatiblərinə nəzər salaq. Əbu Ləhəb, Ütbə, Şəybə, Übey ibn Xələf- Məkkəni idarə edən və oranın iqtisadiyyatına nəzarət edən ən nüfuzlu şəxslərdir. Onların hər biri həm ölkədaxili, həm də xarici ticarətlə məşğul olar və külli miqdanda gəlir əldə edərdilər.Belə zirək və tədbirli şəxslər görəsən, nə üçün bu bir kəlməni dillərinə gətirməkdən qorxurdular? Bunu iqrar etmədikləri  üçün biz onlara ağılsız desək, sadəlövhlik etmiş olarıq. Çünki ağılsız şıxs milyonlarla dəyəri olan ticarət müamiləsinə nə girişər, nə də onu idarə edə bilərdi. Bəs onları çəkindirən nə idi? Nə üçün "Allahdan başqa Allah yoxdur!" şüarını vermək istəmirlər? Nəinki vermir, hətta onu deyənlərə qarşı mübarizədə aparır və küllü miqdarda dinar və dirhəmlər sərf edirlər. Onlara ağır gələn nə idi? Axı bu şüarı bir çox asanlıqla iqrar etdik.  Bu iqrar etdiyimizin mahiyyətini dərk etməyimizdən irəli gəlir, yoxsa etmədiyimizdən? Məgər bizim bildiklərimizi onlar bilmirdilər? Onlar bizim qədər ağıllı deyldilər?  Yoxsa biz onların bildiklərini bilmirik? Allahdan başqa Allah yoxdur! şüarı verməzdən əvvəl nələrin altına imza atdığımızın fərqinə vara bilirikmi? Yoxsa onlar bilir və bunun üçün də bu addımı atmırdılar? Bunun sirri nədədir? Sualın cavabı çox asan deyil. İnsanın qəlbini lərzəyə gətirən, bütün varlığına təkan verə biləcək bir cavabdır.  Gəlin birlidə bir az düşünüb-danışaq, hər zaman siz bizə sual verir, biz cavablandırırıq. Bu dəfə biz sizdən soruşuruq. 

Sizcə, bunun sirri nə idi? Sözsüz ki, cavabı bizdə var. Amma bunu sizin dilinizdən eşitmək istərdik. 


Category: Diger me'lumatlar | Baxış: 2509 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 3
0  
3 Ənfal   (2011-04-22 11:35 PM) [Daxil et]
Bir insan Islamı qəbul edərkən ilk söylədiyi ifadə kəlməyi-şəhadətdir. Amma unutmamaq lazımdır ki, sadəcə kəlməyi-şəhadəti söyləyən müsəlman olmaz. Kəlməyi-şəhadətin mənasına inanan insan müsəlman olar.Kəlmeyi şəhadət deyərək əməldə dinə təslim olan deməkdir.
Kelmeyi shehadet, Allahin varliqina, Peyqemberin (s) nubuvvetine ve Imamlarin (a) imametine shehadet vermek demekdir. Meselen: Men shahidem ve tesdiq edirem ki, Allah tekdir, sheriki yoxdur, hec bir kimseye ehtiyaci yoxdur, doqmayib doqulmayib ve s. Peyqembere (s) geldikde ise deyirsen ki, men shahidem ve tesdiq edirem ki, hezret Muhemmed (s) Allahin haqq elcisi ve resuludur ki, muselmanlar ucun Allah terefinden peyqemberliye secilmishdir. Bu peyqemberliyinde meqsed muselmanlari duzgun yola hidayet etsin, devet etsin, cirkinlikden cekindirsin, yaxshiliqlari onlara basha salsin, heqiqi heyati onlara yashatsin, kamal zirvesine catdirsin, bir sozle, Allah bendeleri ucun ne isteyirse peyqember de onu insanlara basha salsin ve insanlari hemin yol ile ALlaha qovushdursun ve s. Imamlar ise beledir. Men shahidem ve tesdiq edirem ki, imamlar haqdir ve onlar hamisi Peyqember (s) canishinleridirler ki, Peyqemberden (s) sonra onun dinini olduqu kimi ve kamil shekilde icra etsinleryer. Bundan sonra yer uzunde hamini bu yol ile getmeye devet etsinler. Bu kelmelerin sirrini yalniz ALlah ve Ehli beyt (a) bilir, amma bunun biz ummete o qeder xeyri var ki, ola bilsin bu dunyada hemin xeyirler zahir olmasin, amma yeqin bilin ki, axiretde hokmen zahir olacaq ve biz goreceyik ki, ne yaxshi ki, bunu iqrar etmishik, ne yaxshi ki, bu kelmeyi shehadeti demishik, yoxsa ishimiz mushkul olardi. Elbette biz verdiyimiz cavab en kicik cavab idi ki, ozumuzun seviyyemize uyqun olaraq cavablandirdiq, amma bunuun o qeder genish cavablari var ki, saymaqla qurtarmaz

+1  
2 ELGUN_MIRZEYEV   (2011-04-21 7:57 PM) [Daxil et]
Salam elelykume menim fikrimce onlara bu serf etmirdi sebeb oduki onlar sehadet verseydiler gerek ki oz mulkinin cox hissesini Allahin buyurdugu kimi islama serf etmeli idiler belkede beledi ancaq bu menim fikrimdi deqiqi deye bilmerem Fironunda her bir weyi vardi oda esdafurillah ozunu Allah kimi qeleme verirdi Allah buyurur Bezi insanlar varki onlarin qelbini mohurlemiwik onlar ne bizi duyar nede Allahin dediklerine emel ederler onlar kafirdiler ve cehenneme gedenlerdendiler. Menimcun bu sualin cavabi cox maraqlidi niye sehadet vermirdiler en duzun siz bilersiz cvb verseydiz sevinerdim.

+1  
1 Muselman   (2011-04-18 7:27 AM) [Daxil et]
kəlmeyi şəhadət deyərək əməldə dinə təslim olan deməkdir

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]