Bazar günü, 2024-12-22, 10:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Noyabr » 17 » Kəbənin pərdəsi
6:16 AM
Kəbənin pərdəsi


Kəbənin pərdəsi


İpək pərdədə Quran ayələrinin yazılması üçün 150 kq qızıl və gümüşdən istifadə olunur

Rəvayətə görə, Kəbə evinin üzərinə pərdə ilk dəfə Həzrət İsmailin (ə) həyat yoldaşının təklifi ilə çəkilir. İlk öncə o, Kəbənin qapısına iki pərdə çəkilməsini təklif edir. Sonra isə daşlar görünməsin deyə, Kəbəni bütünlüklə pərdə ilə örtməyi təklif edir. Həzrət İsmail (ə) onun təklifini bəyənib qəbiləsinin adamlarına pərdə toxumaq üçün xeyli miqdarda yun göndərir. Amma toxunan pərdə ilə Kəbə evinin yalnız üç tərəfini örtməyə bəs edir. Həzrət İsmail (ə) Kəbənin qalan hissəsini həsirlə örtür. Ziyarətə gələnlər Kəbənin pərdə ilə örtüldüyünü görüb çox bəyənirlər, amma həsirli tərəfəini gördükdə bu iş üçün ianə toplamaq qərarına gəlirlər. Növbəti il Kəbə bütünlüklə pərdə ilə örtülür.
Qeyd etmək lazımdır ki, bu mərasim hər il "Ərəfə günü” Ərəbistanın dini və siyasi rəhbərlərinin iştirakı ilə qeyd olunur.
670 kq çəkisi olan bu ipək pərdədə mübarək Quran ayələrinin yazılması üçün 150 kq qızıl və gümüşdən istifadə olunur. 47 hissədən təşkil olunmuş bu pərdə 658 kv metrdir.

Hicr İsmail
Kəbənin şimal tərəfində hilalvari tikilidir. Rəvayətlərə görə, Həzrət İbrahim (ə) onu Kəbə evinə bitişik tikdirmiş, amma sonradan Həccac Yusif onu sökərək indiki vəziyyətinə gətirmişdir. 
İmam Sadiqdən (ə) nəql olunan rəvayətdə deyilir: "Hicr əvvəllər Həzrət İsmailin (ə) evi olmuş, anası vəfat edəndən sonra anası, daha sonra özü orada dəfn olunmuşdur". 
Başqa bir rəvayətdə deyilir: "Həzrət İsmail (ə) hicrin ortasında öz bakirə qızlarını dəfn etdirmiş, anasını dəfn etdirdikdən sonra qəbirin kənarları təvaf edənlərin ayaqları altında qalmasın deyə, hilalvari divar hördürmüşdür". 
Bəzi rəvayətlərdə burada Həzrət İsmaildən (ə) sonra bir neçə peyğəmbərin də dəfn olunduğu qeyd olunur. 

Qara Daş
Kəbə evinin cənub-şərqinə bitişik daşdır. Qara daşı öpmək və ona əl sürtmək müstəhəb əməllərdəndir. Təvaf isə Qara daşla üzbəüz başlayıb elə orada sona çatmalıdır. Qara daş İslamdan əvvəl də müqəddəs hesab olunurdu. 
İmam Sadiqdən (ə) nəql olunan rəvayətə görə, Qara daşla Yəmən sütunu arasında aclıq, və ya müxtəlif çətinliklər səbəbindən vəfat edən 70 peyğəmbər dəfn olunub. 
Başqa bir rəvayətdə deyilir: "Cənnətdən Yer üzünə üç daş enmişdir". 
Qara daş, Həzrət İbrahimin (ə) məqamı və İsrail övladlarına dəliklərindən su axan daşdır. Belə nəql olunur ki, cahiliyyət dövründə Qureyş qəbiləsi Kəbə evini yenidən tikmək məqsədilə sökür. Amma işə başlamaq istədikdə hər dəfə maneə ilə qarşılaşırlar. Qəbilə üzvləri bunun bir sirr olduğunu düşünüb qorxuya düşürlər. Nəhayət, onlardan biri kiminsə halal malından bir şeyi bu işə sərf etməyi təklif edir. Yalnız bundan sonra maneələr aradan qalxır. 
Tarix boyu Qara daşa dəfələrlə təcavüz olunmuş, gah yerindən qoparılaraq başqa məkanlara aparılmış, gah da kimlərsə tərəfindən oğurlanmışdır.

Category: Diger me'lumatlar | Baxış: 783 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]