Bazar günü, 2024-12-22, 11:32 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Sentyabr » 16 » İSLAMDA MƏHƏBBƏT VƏ SEVGİ
5:29 AM
İSLAMDA MƏHƏBBƏT VƏ SEVGİ
 
 
Islamda mehebbet ve sevgi
 

Bu gün dünya hər zaman olduğundan daha çox dostluq, sevgi və məhəbbətə möhtacdır.

Məhəbbət iksiri beynəlxal arenada gərginliklərin aradan qaldırılmasının başlıca amili və hər tərəfli, əhatəli sülhə yetməyin yeganə yoludur. Lakin unutmaq lazım deyil ki, yalnız şüarla iksirə yetmək mümkün deyil. Bu iksirin əldə etməyin yolu özünü saflaşdırmaq və ümumi mədəniyyəti islah etməkdir. Bu yolda götürülməli olan ilk addım kin- küdurət, nifrət amilləri ilə mübarizə, ikinci addım isə sevgi təməllərinin möhkəmlənməsidir.
Məhəbbətin  mənası

وَاسْتَغْفِرُواْ رَبَّكُمْ ثُمَّ تُوبُواْ إِلَيْهِ إِنَّ رَبِّى رَحِيمٌ وَدُودٌ

Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir!"[1]

Məhəbbət insana həzz verən bir şeyə qarşı rəğbət hiss etməkdir. Bu mənanı ifadə etmək məqsədi ilə bir çox dillərdə müxtəlif sözlər yaradılmışdır ki, hər birində diqqət məsələnin bir tərəfinə yönəldilmişdir. Bura da onlardan danışmağa ehtiyac yoxdur. Burada onlardan danışılması böyük əhəmiyyəti kəsb edən İslamın məhəbbət haqqındakı görüşləri, bu ilahi dinin məlum dəyərli xislət haqqında görüşlərinə dərin baxışdır ki, qeyd olunacaq ayə və hədislərin düzgün anlaşılmasında böyük rol oynayacaq.
Məhəbbət islam baxımından

İslama görə ideal cəmiyyətin yaranmasında ən böyük rol məhəbbətin üzərinə düşür. Bu məqalədə  qeyd olunan kəlamlar  açıqca göstərir ki, ideal cəmiyyət insanların qarşılıqlı sevgisi üzərində qurulan cəmiyyətdir. İslam,   bütün insanların bir- birlərini qardaş hesab etdikləri, bir- birlərinin uğrunda fədakarlıq edəcəkləri qədər sevdikləri cəmiyyət qurmaq istəyir. Buna səbəb odur ki, insanın ürəyi istədiyi cəmiyyətin formalaşmasında heç bir şey məhəbbət qədər təsirli deyil.

Məhəbbət ləyaqətli insanların formalaşmasında mədəni, ictimai, iqtisadi və siyasi məqsədlərin inkişafında ən təsirli ünsürdür.

Həzrəti Sülüyma (ə) buyurduğuna görə heç bir şey məhəbbət qədər şirin deyil. Məhəbbət o qədər şirindir ki, həyatın bütün ağri- acılarını onunla şirinləşdirmək ictimai və fərdi çatışmazlıqları  onunla həll etmək olar. Peyğəmbərin (s) incə kəlamı da bu məsələyə toxunur.

 " Heç bir yer iki dostun oturmağı üçün dar deyil"
Məhəbbət dini

İslam təkamül proqramıdır. Bu proqramın başlıca ünsürü məhəbbətdir. Belə ki, İmam baqir (ə) İslamın məhəbbətdən başqa bir şey olmadığını buyurur:

هَلِ الدّينُ إلاَّ الحُبُّ

" Din məhəbbətdən başqa bir şeydirmi?"

Quranın insanlara tanıtdırdığı Allah mehriban və xalqsevərdir. O, bütün ilahi Peyğəmbərlərin (ə) dini olan İslam dinini məhəbbət üzərində qurmuş, İslam hakimiyyətinin əsas bazasının dini liderlərə, siyasi öndərlərə sevgi olduğunu buyurmuşdur.

  Dahi islam öndərləri insanların həyatlarına sevgi şirinliyi ilə dad qatmaları və bu ilahi nemətdən faydalanmaları üçün onu " Ağılın başımda duran qüvvə", "Ağılın başlanğıcı", "Ağılın yarısı" və s gözəl ifadələrlə vəsf etmiş və xalqı bir- birlərinə qarşı sevgiyə, "sevgi qohumlarını" artırmağa rəğbətləndirmişlər. Çünki onlar diğər qohumlardan da öndə dururlar.
Ən yaxşı sevgi müəllimi

Bu yolda addımlamaq üçün təlim- tərbiyə, müəllimə ehtiyacı var. Ən böyük sevgi müəllimi, ən mehriban varlıq dünyanın yaradıcısıdır. Quranda sözə " rəhman" və " rəhim" adları ilə başlayan Allah hamıya məhəbbət göstərir, yaxşı da, pis də onun ümumi məhəbbətindən faydalanır.

Allah quranda buyurur

الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الاُمِّيَّ الَّذِى يَجِدُونَهُ مَكْتُوباً عِندَهُمْ فِى التَّوْرَاةِ وَالإِنْجِيلِ يَاْمُرُهُم بِالْمَعْرُوفِ وَيَنْهَاهُمْ عَنِ الْمُنكَرِ وَيُحِلُّ لَهُمُ الطَّيِّبَاتِ وَيُحَرِّمُ عَلَيْهِمُ الْخَبَآئِثَ وَيَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَالاَغْلاَلَ الَّتِى كَانَتْ عَلَيْهِمْ فَالَّذِينَ آمَنُواْ بِهِ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَاتَّبَعُواْ النُّورَ الَّذِيَ اُنزِلَ مَعَهُ اُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ

O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula-ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) ne’mətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Qur’anın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!"[2]

 Həzrəti Əli (ə) bu ilahi ənənədən ilham alaraq Malik Əştərə məktubunda buyurur:

"Rəiyyətlə qəlbən mehriban, xoş rəftarlı və yaxşı ol. Məbada onlara qarşı yeməklərini qənimət bilən yırtıcı heyvan ( kimi ) olasan. Çünki onlar iki dəstədirlər: Ya sənin din qardaşlarındırlar, ya da yaradılışda sənin kimidirlər"

Digər bir kəlamında deyilir:

"İlahi rəhməti özünə cəlb etməyin ən yaxşı yolu camaata mehribanlıq etmək niyyətində olmaqdır.

Mehriban yaradan ən böyük sevgi müəllimi olmaqla yanaşı, həm də məhəbbət və rəhmət qaynağıdır. Onunla bağlılıq olmadıqda heç bir sevgi davam edə bilmir, heç bir kin, düşmənçilik dünyadan silinməyəcək, sevgi və mehribanlıq bəşər cəmiyyətinə hakim olmayacaq, hər tərəfli sülh hakimiyyəti qurulmayacaq.
Allah yolunda dostluq haqqında bir neçə söz

İslam sevgi dini, məqbul cəmiyyət isə sevgi üzərində qurulan cəmiyyətdir. Allah sevgisinin ictimai və fərdi islahın, maddi və mənəvi təkamülün bünövrəsi olduğu haqda söhbət açdıq. qeyd olunan ayə və hədislərdən əldə olunan ən mühüm məqam isə Allaha görə sevməyin sevgi üzərində qurulan ideal cəmiyyət quruculuğun yeganə yolu olduğudur.yalnız bu yolla ədavət, kin, fəsadın kökü yer üzündən kəsilə və bəşəriyyət istədiyi həyatı sürə bilər.
Ədavət təhlükəsi

Məhəbbətə qarşı dayanan hiss ədavətdir. Heç bir şey onun qədər İsalam cəmiyyəti üçün təhlükəli deyil. Ədavət ağrı- acıların önündə durur. Ədavətin acılığı bütün həyatı insan üçün zəhərə çevirir. Bütün ilahi nemətləri əzaba çevirir. Bütün qələbələri məğlubiyyətə çevirir. Ədavət nəinki, cəmiyyətin müxtəlif sahələrdə inkişafına mane olur, həm də onun mövcud imkanlardan faydalanmasını əngəlləyir. Buna görə də bu təhlükəli özəlliyə malik cəmiyyət süquta məhkumdur.

Bu baxımdan Din özünün məhəbbət üzərində qurulduğunu, ədavətin dinə zidd olduğunu bildirir. Bu peyğəmbərin (s) kəlamlarında da öz əksini tapmışdır.

"Xalqın ən pisi odur ki, xalqa düşmən, xalq da ona düşməndir"

İslamın sevgi, ülfət yaratmaq üçün göstərdiyi yollar

İslam, cəmiyyətin məhəbbət nemətinin şirinliyi və bərəkətindən bəhrələnmək üşün, ədavətin təhlükələrindən qurtarmaq üçün əxlaqi tövsiyələrə kifayətlənmiş, sevgi və ülfət yaratmaq, ədavət və kin- küdurətin qarşısını almaq üçün konkret proqram təqdim etmişdir.

İslamda insanların bir- birinə qarşı sevgiyə səbəb olacaq hər bir şey vacib və ya da müstəhəb əməl olaraq göstərilmiş, ədavətə kin küdurətə səbəb olacaq hər bir şey isə yasaq, haram hökümlər şəkilində önə çəkilmişdir.
Ədavətin kökü

Əgər bütün dünyada düşmənçiliyin köklərini diqqətlə incələsək, bütün fitnə- fəsadların kökünün öncə də qeyd etdiyimiz kimi özünə pərstiş olduğu aydın olur. Savaşlar, cinayətlər, qantökmələr, azğınlıqlar, çirkinliklər, bir sözlə bütün mənfi xarakterlərin kökü insanın özünəpərəstişinə, eqaistliyinə dayanır. Əgər fitnələrin bu başlıca amili aradan qaldırılarsa, kin öz yerini  sevgiyə, məhəbbətə verər və bəşəriyyət sevginin şirin dadını duyar.
Sevginin qaynağı

Özünə pərəstişin əlacı allaha pərəstişdir. İnsan Allaha pərəstiş etməzsə, "öz"ündən kənarlaşa bilməz. Özündən kənara çıxması, həqiqətən bir başqasını sevə bilməz. Elə buna görədə bir qüdsi hədisdə deyilir:

"Ey Adəm övladı" Kim səni sevdiyini deyirsə, Öz mənfəətini təmin etmək üçün sevir. Yalnız mən (Allah) səni özüm üçün deyil, özün üçün sevirəm.

  Deməli, insan nə qədər " öz" ündən çıxıb, uzaqlaşıb ilahi rəng olsa, bir o qədər də başqalarına həqiqi sevgi göstərə bilər. Beləcə İslamın "

Allaha görə sevin" deməkdə israrlı olduğunun sirri üzə çıxırvə bəlli olur ki, həqiqətən insanları sevə biləcək, onları himayə edə biləcək şəxslər, Allah yolunda sevənlərdir.

  Marksizmin xalqın himayədarlığı şüarının iflasının səbəbi də elə budur. Çünki xaliqə diqqət yetirməkdən, məxluqa havadar çıxmaq mümkün deyil. İnsanları Allaha görə sevməyən, onun görə xalqa havadır çıxmayan öz mənfəətlərini nəzərə almaya bilməz. Şəxsi mənfəətlər üzərində qurulan sevgi isə əslində digərinə sevgi deyil. Bu, növ başqasını sevmək donu geymiş özünü sevməkdir. Onun davamı da mənfəətin davamından asılıdır. Sevən sevilənin artıq onun mənfəətlərini təmin etmədiyini hiss etdiyi zaman sevgisinin ölməsi labüddür. Çox ola bilsin ki , bu vəziyyətdə dostluğu düşmənliklə əvəz olunsun. Bu səbəbdən ilkin islam qaynaqları, müqəddəs mətnlər Allah və din üzərində qurulan dostluqların davamlı olacağını, şəxsin prinsiplər üzərində köklənən dostluqların isə gec və ya tez düşmənliyə çevriləcəyini təkidlə bildirir.

 

الاَخِلاَّء يَوْمَئِذٍ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلاَّ الْمُتَّقِينَ

Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər![3]

  Deməli, Allaha görə sevginin fəlsəfəsi, sevgi üzərində qurulan məqbul cəmiyyətin meydana gəlməsinin yeganə yolu olmasıdır.
Allaha görə düşmən olmanın fəlsəfəsi.

  Burada qarşıya çıxa biləcək sual budur ki, əgər islam sevgi üzərində qurulan cəmiyyətin tərəfdaridırsa, nə üçün öz ardıcıllarını Allah görə düşmən olmağa sövq edir?. Nə üçün Allaha görə düşmən kəsilməyi ona görə sevmək kimi vacib hesab edir və onu imanın ən möhkəm dayağı, ən üstün əməl hesab edir?. Bundan başqa, digərlərini sevmək əvəzinə onlara düşmən münasibət bəsləmək, ümumiyyətlə düşmənçilik cəmiyyətin hansı yarasını sağaldır? Hansı problemini həll edir?. Bir sözlə, Allaha görə düşmənçilik etməyin fəlsəfəssi nədir?.
Allah görə düşmən olmanın mənası

     Allaha görə düşmən olmanın səbəbini aydınlaşdırmaq üçün öncə onun mənasını bilməliyik. Əgər Allaha görə dşmən olmaq düzgün izah edilsə, onun fəlsəfəsi haqqında danışmağa ehtiyac qalmaz.

    Allaha görə düşmən olmanın mənası budur ki, insan müəyyən bir şəxslə şəxsi düşmənçilik aparmır, onun düşmənçiliyi şəxsi mənfəətlərə dayanmır. Onun düşmənçiliyi özü üçün yox, Allah üçündür. Deməli, özü üçün düşmən olma ilə Allah üçün düşmən olma arasında köklü fərq var.

   Özü üçün düşmənçilik fərdi və ya qrup mənafeyinin təməli olması üçün olub, Bütün fitnə- fəsadların qaynağıdır. Amma allaha görə düşmənçilik isə ona görə dostluq kimi bütün xeyirlərin, fərdi və ictimai inkişafın qaynağıdır.

   Başqa sözlə desək, Allah görə düşmən olmaq camaatın mənafeyini təmin etmək məqsədi güdür. Təbii ki, insanın Allaha görə düşmən olmasına Allahın ehtiyacı yoxdur. Çünki, o mütləq ehtiyacsızdır. Dostluq və ya düşmənçiliyin xeyir və ziyanı cəmiyyətin özü üçündür.

   Cəmiyyətə rəhm etməyənlər dost münasibət olduqca təhlükəlidir. Necə ki, Əli (ə) buyurub:

 " Mehribanlıq etməyənə mehribanlıq göstərmək ( ilahi ) rəhmətin qarşısını alır..."

   İnsan cəmiyyətinə sevginin tələbi bu növ təhlükəli ünsürlərə mübarizə aparmaq, əllərini insanlıq təcavüzdən kəsməkdir.

  Buna görə də Allaha görə düşmən olmanın fəlsəfəsi insani dəyərlərin inkişaf etdirilməsi, cəmiyyətin məlum dəyərlərə zidd ünsürlərdən təmizlənməsidir. Bu mübarizənin əhəmiyyəti heç də sevgi üzərində köklənən cəmiyyət quruculuğundan az deyil, əksinə onun tərkib hissəsidir.
Kin sevgidən qaynaqlanır

Allah görə düşmən olmanın qeyd olunan səbəblərindən əlavə bir məsələni də unutmaq lazım deyil. Pirinsipcə kin, düşmənçilik sevgidən qaynaqlanır və əsl sevgi daim kinlə müşayiət olunur. İnsan nəyi sevirsə, sövqi- təbii ilə onun əksinə kin bəsləyir,  nifrət edir. İnsan birini həqiqətən sevib, onun düşməni ilə düşmən olmaya bilməz. Düşmənlərə nifrət sevgi iddiaçılarının sədaqətini göstərə biləcək ən yüksək sübutdur. Məhz elə buna görədə müqəddəs mətnlərdə allah görə nifrət, ona görə sevgi ilə yanaşı təkid obyektinə çevrilmişdir.
Sevginin insan taleyində rolu

  İslama görə sevgi insanın daimi qədərini yönləndirir. Həqiqi gözəlliklərə eşq bəsləmək insanı təkamül qülləsinə ucaldır. Aldadıcı gözəlliklərə vurğunluq isə onu kar və kor edir. Belə ki, seçim haqqını ondan alır, onu ən son mərhələyə endirir. Bu baxımdan dost seçimi həqiqi və aldadıcı dostları tanıyaraq olmalıdır. İslam öndərləri bu haqda dəyərli tövsiyələr vermişlər.
Dost seçmək hüququ

   Sevgi üzərində qurulacaq cəmiyyətin formalaşmasına olunan iradlardan biri dost seçimi ilə əlaqədardır. İslam insana istədiyi adamla dost olmağa icazə verirmi? İslama görə insanın etiqadı, əxlaqi və əməli pozğunluqlara malik şəxslərlə dost olmaq hüququ varmı ? Əgər insan belə bir hüquqdan məhrumdursa, o zaman İslamın sevgi dini olduğunu, qurmaq istədiyi ideal cəmiyyətin sevgi üzərində qurulacağını necə iddia etmək olar?

 
Dostluqda ağıl və fitrət məntiqi

Cavab birmənalıdır. İslamın dostluq və düşmənlik məntiqi digər məsələlərdə olduğu kimi ağıl və fitrət məntiqidir. İnsan ağılı və fitrəti gözəlliyi sevir, çirkinliyi isə düçmən mövqeydən yanaşır. İslam da dostluq və düşmənliklə bağlı bundan başqa bir şey demir.

  Gözəlliklərin sevməyin insan cəmiyyəti üçün islahedici və təkmilləşdirici olduğu kimi, çirkinliklərə rəğbəti də təhlükəli və dağıdıcıdır. Buna görə də İslamı insanlara təqdim edən Tanrı gözəl olduğu qədər gözəlliyi də sevir. Həqiqi Allahpərəstlərin ağıl və fitrətə söykənən məntiqində insan gözəlliklərə dost, çirkinliklərə düşmən olmalıdır.

   Şübhəsiz, etiqadi, əxlaqi və əməli xəstəliklərə yoluxan insanlarla xoş münasiət onların xəstəliklərinin yayılmasına gətirib çıxarır. Heç bir məntiq buna izn verə bilməz. Bu baxımdan İslamda ideal cəmiyyətin sevgi üzərində qurulmasının mənası heç də mədəni- ictimai xəstəliklərin yayılmasına yol açmaq icazə vermək deyil. Bunun tam əksinə olaraq İslam bu xəstəliklərlə mübarizə aparmağla elə bir cəmiyyət qurmaq istəyir ki, ona yalnız sevgi hakim olsun.
Dost seçməyin əhəmiyyəti

Peyğəmbər (s): İnsan dostunun dilində olar. Döstluğunuz kim olduğuna baxın.[4]

İmam sadiq (ə): Pis əməllərlə yoldaşlıq etmək yaxşılara qarşı mənfi fikir yaradır və pis əməlləri yaxşılara qoşur. Buna görə də mövqeyi aydın olmayan, dinini bilmədiyiniz adamın dostlarına baxın. Onlar dinə bağlı olsalar, o, da dinə bağlı olmayacaq.[5]

İmam Əli (ə): İnsanın dostları onun ağlının göstəricisidir.[6]
Dostların sınağı

- الإمام عليّ عليه السلام : قَدِّمِ الاِختِبارَ فِي اتِّخاذِ الإِخوانِ ؛ فَإِنَّ الاِختِبارَ مِعيارٌ يَفرُقُ بَينَ الأَخيارِ وَ الأَشرارِ .

 İmam Əli (ə): Dost seçməzdən ömcə onu sına. Çünki sınaq yaxşılarla pislər arasında göstərici meyarıdır.[7]

عنه عليه السلام : مَنِ اتَّخَذَ أخا بَعدَ حُسنِ الاِختِبارِ دامَت صُحبَتُهُ ، و تَأَكَّدَت مَوَدَّتُهُ .

İmam Əli (ə): Kim sınaqdan sonra dost seçərsə, Dostluğu davamlı, möhkəm olar.[8]
Dostları nə ilə sınamalı

الإمام عليّ عليه السلام : عِندَ زَوالِ القُدرَةِ يَتَبَيَّنُ الصَّديقُ مِنَ العَدُوِّ .

İmam Əli (ə): İmkan əldən çıxdıqda dost düşməndən fərqlənər.[9]

عنه عليه السلام : فِي الشِّدَّةِ يُختَبَرُ الصَّديقُ .

İmam Əli (ə): Dost çətinlikdə sınanar.[10]

- الإمام الصادق عليه السلام : لا تَسِمِ الرَّجُلَ صَديقا ـ سِمَةَ مَعرِفَةٍ ـ حَتّى تَختَبِرَهُ بِثَلاثٍ : تُغضِبَهُ فَتَنظُرَ غَضَبُهُ يُخرِجُهُ مِنَ الحَقِّ إلَى الباطِلِ ، و عِندَ الدّينارِ و الدِّرهَمِ ، و حَتّى تُسافِرَ مَعَهُ .

İmam Sadiq (ə): Kimisə üç şeydən yoxlamadan ona dost adı qoyma. Onu əsəbləşdir. Gör Əsəbləşdikdə batilə doğru gedirmi. Onu pul ilə sına və səfərə çıx.[11]
Ən pis dostlar

الإمام عليّ عليه السلام : شَرُّ الإِخوانِ مَن تُكُلِّفَ لَهُ .

İmam Əli (ə): Ən pis dost odur ki, onun üçün əziyyətə düşülür.[12]

عنه عليه السلام : شَرُّ الإِخوانِ المُواصِلُ عِندَ الرَّخاءِ وَالمُفاصِلُ عِندَ البَلاءِ .

İmam Əli (ə): Ən pis dost odur ki, xoş gündə dostu ilə get- gəl edir. Pis gündə isə münasibətini pozur.[13]

عنه عليه السلام : شَرُّ إخوانِكَ الغاشُّ المُداهِنُ .

İmam Əli (ə): Ən pis dostun hiyləgər və yaltaq şəxsdir.[14]
Ən yaxın dostlar

رسول اللّه صلى الله عليه و آله : خَيرُ إخوانِكَ مَن أعانَكَ عَلى طاعَةِ اللّه ِ ، وصَدَّكَ عَن مَعاصيهِ ، وأمَرَكَ بِرِضاهُ .

Peyğəmbər (s): Ən yaxşı dostun odur ki, sənə Allaha itaət etməkdə kömək etsin. Onun əmrindən çıxmaqdan çəkindirsin və onu razı salmağa sövq etsin.[15]

- الإمام عليّ عليه السلام : خَيرُ الإِخوانِ مَن كانَت فِي اللّه ِ مَوَدَّتُهُ .

İmam Əli (ə): Ən yaxşı dostun o dostdur ki, dostluğu Allah yolundadır.[16]


[1]  Hud: 90

[2] Əraf ayə 157

[3] . əz- Zuxruf' 67

[4] .Sünən əbi davud: c.4, s. 259, h. 4833

[5] . Sifatuşşıə: s. 84, h.9

[6] . əl- Məvaziul ədədiyyə: s.55

[7] . Ğürərul hikəm: h. 6810

[8] . Ğürərul hikəm: h. 8921

[9] . Ğürərul hikəm: h. 6214

[10] . Ğürərul hikəm: h. 6472

[11] . əl- Əmali Tusi: s.646, h.1339

[12] . Nəhcül bəlağə, hikmət: 479

[13] . Ğürərul hikəm: h.5714

[14] . Ğürərul hikəm: h. 5730

[15] . Tənbihul- Xəvatir: c.2,s. 123

[16] . Ğürərul hikəm: h.5017
 
Cemaleddin Sukurov
Category: Exlaq | Baxış: 2711 | Added by: Fussilət | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]