Bazar günü, 2024-12-22, 11:19 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Noyabr » 7 » Islamda elm və təhsil
5:43 AM
Islamda elm və təhsil

Islamda elm və təhsil
 

İslamın meydana gəlməsi ərəfəsində Ərəbistanı cəhalət və savadsızlıq bürümüşdü, oxumuşları barmaqla saymaq mümkün idi. Məhz, belə bir şəraitdə Allah Həzrət Məhəmmədi (s) özünə peyğəmbər secdi, savadsızlıq və cəhalətlə mübarizə vəzifəsini ona həvalə etdi. Vəhy mələyi ilk dəfə ona nazil olanda, ona çatdırdığı ilk çümlə elm, oxumaq və öyrənməklə əlaqədar idi:

«Oxu! Yoxdan yaradan Rəbbinin adı ilə! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir: O Rəbbin ki, qələmlə yazmağı öyrətdi». («Ələq» surəsi, 1-5-çi ayələr).

Mələk yenidən enəndə bir daha həmin çümləni təsdiq etdi:

« And olsun qələmə və yazdıqlarına!» («Qələm» surəsi, 1-çi ayə)

Bu çumlələr İslam ilə elm arasında necə qırılmaz əlaqə olduğunu göstərir. Qeyd edək ki, Quranda təqribən min dəfə elmdən söhbət gedir və başqa heç bir mövzuya belə diqqət yetirilmir. Eləcə də islami rəvayətlərə nəzər salsaq, İslamın elmə, təlim və təhsilə necə böyük əhəmiyyət verdiyinin şahidi olarıq. İslam həmçinin elmin, mədəniyyətin inkişafı və yayılması yolunda olan sədləri götürür, onları bütün insanların malı etməyin vacibliyini vurğülayır. Deyilənləri daha konkret aspektlərdə nəzərdən geçirək:

 

1.ELM ÖYRƏNMƏK HAMIYA LAZIMDIR

VƏ HAMININ BORCUDUR.

 

Elm və mədəniyyəti xüsusi bir qrupun imtiyazı sayanların, yalnız zadəgan və varlı uşaqların təhsil almaq, elmdən faydalanmaq hüququna malik olması fikrini  irəli sürənlərin əksinə olaraq, İslam aydın şəkildə bildirir:

«Elm öyrənmək, istər kişi olsun, istərsə qadın, bütün müsəlmanların borcudur!»

İmam Cəfər Sadiq (ə) buyurur: «Öz müşkül işlərinin  həllini  alimlərdən soruşmayan xalq məhv olar».

 

2. ELMI GIZLƏTMƏK QADAĞANDIR.

 

İslam bütün insanların elmli olmasını, savad-lanmasını təmin etmək üçün öz bildiklərini baş-qalarına da öyrətməyi oxumuş adamların vəzifəsi sayır.

İmam Baqir (ə) buyurur: «Elmin zəkatı odur ki, onu başqasına öyrədəsən».

Həzrət Əli (ə) buyurub: «Allah cahildən elm öyrənmək vədəsini almaz-dan qabaq, alimdən öz bildiklərini başqalarına öyrətmək vədəsini almış-dır».

Peyğəmbər (s) isə buyurmuşdur: «Əgər kimsə bir alimdən bilik almaq istəsə və o, öyrətməkdən imtina etsə, Allah qiyamət günü onun ağzına odlu yüyən bağlayacaq».

İslama görə alimlər nəinki öz biliklərini gizlətməməli, hətta çamaata öyrət-diklərinin müqabilində haqq almamalıdırlar. Onların yaşayış xərcləri təmin olun-madıqda, bu xərcləri öz üzərinə götür-mək dövlətin bor-cudur.

 

3. ELM ÖYRƏNMƏYIN XÜSUSI VAXTI YOXDUR.

 

İslama görə, elm öyrən-mək üçün hec bir  yaş həddi ola bilməz, yəni o, uşaqlıq və gənclikdə məhdudlaşmır ( nə qədər ki, insan sağdır, elm öyrənmə kə məşğul olmalıdır).

Peyğəmbər (s) buyurub:

«Elm öyrənmək bütün hallarda vacibdir».

İslamın bu göstərişlərinin nəticəsidir ki, Cəhiz kimi böyük alim və ədib canını tapşırarkən, sinəsinin üstündə kitab vardı.

Başqa bir ünlü islam alimi Əbu Reyhan Biruni haqda yazırlar ki, o, ölüm ya-tağında ikən göhnə döstlarından olan bir müctəhid ona baş çəkməyə gəlir. Biruni irslə bağlı bir məsələ barədə ona sual verir. Müctəhid onu narahat etməmək üçün çavab vermir və qısaça deyir ki, indi belə sualların vaxtı deyil. Biruni soruşur: «Dostum, hansı yaxşıdır: mənim bu məsələni bilib ölməyim, yoxsa bilməyib cahil vəziyyətdə ölmə-yim?!» Müctəhid sualın cavabını verir. Bir neçə dəqiqədən sonra Biruni dünyasını dəyişir.

 

4. ÇƏTINLIK VƏ YOLUN UZAQLIĞI  ELM ÖYRƏNMƏYƏ

MANE OLMAMALIDIR.

 

İslam buyurur ki, elm öyrənmək yolundakı bütün maneə və çətinliklərlə mübarizə aparmaq lazımdır.

İmam Zeynalabidin (ə) buyurub: «Əgər insanlar elmin qədrini bilsəydilər, onu əldə etmək üçün özlərini oda və suya vurmağa hazır olardılar».

Peyğəmbər (s) buyurub: «Çin kimi uzaq bir ölkəyə getmək əzabına  qatlaşmalı olsanız da elm öyrənin.»

 

5. ELMI KIMDƏN MÜMKÜNDÜRSƏ, ÖYRƏNMƏK

LAZIMDIR.

 

İslama görə, elm öyrənmək istəyən şəxs bunun üçün xüsusi bir adama bağlı olmamalıdır, əksinə, kimdən müm-kündürsə, bilik almalıdır, istər müsəlmən olsun, istərsə də qeyri-müsəlman.

Peyğəmbər (s) buyurub: «Elm- möminin itirdiyi qazancdır, harda tapsa, ona layiqir».

Həzrəti Əli (ə) isə buyurub: «Elm-möminin itmiş qazancıdır, hətta ikiüzlü şəxslərdə olsa belə, onu əldə etməyə çalışmalıdır».


iman.ge

Category: Diger me'lumatlar | Baxış: 904 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]