Əsas səhifə »
2011 » May » 11 » Ilk durğu işarələri
3:22 PM Ilk durğu işarələri |
Eramızdan əvvə lV əsrdə Aristotel yazırdı:" Heraklitin əsərlərində durğu işarələrinin qoyulması çox böyük xidmət oldu. Çünki oxucu oxuduğu məna və mahiyyətini başa düşə bilmirdi". Deyilən bu sözlərin əsasında durğu işarələrinin nə zaman meydana gəlməsi məlim olur. Belə ki, Heraklitlə Aristotel arasında düz 500 il zaman keçmişdi. Hərçənd durğu işarələrinin meydana gəlişi vizantiyalı Aristopanla da (eradan əvvəl ll-ııı illər) əlaqələndirilir. Lakin necə olur-olsun, eramızın l ilinə qədər yunanlar yazıda yalnız üç işarədən istifadə edərdilər. Həmin işarələrin hərifin altında, ortasında və üstündə qoyulan nöqtələrdən ibarət idi. Nöqtə hərifin aşağısında qoyulduqda nöqtənin özünü, ortasına qoyulduqda vergülü, üzərinə qoyulduqda isə iki nöqtəni əvəz edirdi. Lakin orta əsrlərdə bütün yunan yazı sistemi unudulur. Vll əsrdə Böyük Kralın sarayında yaradılan akademiyada alimlər yeni durğu işarələri üzərində işləməyə başlayırlar. Onların tərtib etdikləri sual işarəsi tələffüzdəki intonasiyanı bəlli etmək üçün nöqtəli dalğavarı işarədən ibarət idi. (~.) Yazıdakı nida işarəsi isə yalnız XIV əsrdə meydana gəlir. Əvvəllər nida işarəsi sağ tərəfə yönələn adi iki nöqtəli xətdən ibarət idi. (nöqtələr xəttin üzərinə qoyulurdu). Yalnız XV-XVI əsrlərdə Ald Manuçiy yazıdakı durğu işarələrini indiki vəziyyətə gətirib çıxarır.
|
Category: Diger me'lumatlar |
Baxış: 2260 |
Added by: Ənfal
| Rating: 3.6/5 |
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[
Qeydiyyat |
Giriş ]