Cümə günü, 2024-12-27, 6:15 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Oktyabr » 30 » İbrət güzgüsü
10:53 PM
İbrət güzgüsü



ANA QARĞIŞI VƏ QƏBİR ƏZABI (1)



   Nəql olunur ki, günlərin birində Peyğəmbər (s) məsciddə olduğu vaxt Cəbrayıl (ə) nazil olub, salam verdikdən sonra dedi:
"Ey Allahın Rəsulu! Bəqi qəbiristanlığına gedin. Bəlkə sizin mübarək qədəmlərinizin sayəsində dar və qaranlıq qəbir içində əzab çəkənlər nicat tapalar.”
Peyğəmbər (s) səhabələrdən bir neçəsi ilə birlikdə Bəqi qəbristanlığına yollandı. Əli (ə) Peyğəmbərlə (s) yolda rastlaşarkən salam verib hara getdiklərini soruşanda "Bəqi qəbristanlığına”–deyə Peyğəmbər (s) cavab verdi. Həzrət Əli (ə) də onlarla birgə Bəqi qəbristanlığına yollandı. Qəbristanlığa çatanda Peyğəmbər (s) qəbirlərin birindən gələn səsi eşitdi:
"Dadıma çat, ya Rəsuləllah!
Peyğəmbər (s) səs gələn qəbirə yaxınlaşıb dedi: "Ey qəbir əhli! Nə üçün və necə əzab çəkdiyinin səbəbini söylə.
Qəbirdən cavab gəldi: "Ey günahkarların dadına yetən! Ana qarğışı məni bu əzaba düçar etmişdir. Ona görə ki, anamı çox incitmişdim.”
Peyğəmbər (s) üzünü Bilal Həbəşiyə tutub dedi: "Mədinə camaatına xəbər verin ki, hamı öz ölənlərinin qəbirləri ətrafında toplaşsın.” Bilalın çağırışını eşidən Mədinə camaatı qəbristanlığa toplaşdılar. Beli bükülmüş qoca bir qarı da gəlib həmin qəbrin kənarında dayandı. Qarı Peyğəmbərə (s) salam verib, soruşdu: "Ey Allahın Rəsulu! Bizi buraya yığmağınızın səbəbi nədir?”
"Ay qarı, bu sənin övladının qəbridir?–deyə Peyğəmbər (s) soruşdu.
Qarı dedi: Bəli.
Peyğəmbər (s) qarıya dedi: "Sənin övladın çox dəhşətli əzaba düçar olub. Gəl sən onun təqsirindən keç və haqqını ona halal et!”
"Yox, onu heç vaxt bağışlamaram!–deyə qarı dilləndi.
Peyğəmbər (s) səbəbini soruşanda qarı dedi: "Ey Allahın rəsulu! Bu uşağı min bir əzab-əziyyətlə böyütdüm ki, qocalanda mənə hayan olsun. Amma o, böyüyüb mənə daha da əziyyət verdi.
Peyğəmbər (s) buyurdu:
"Ay qarı, övladının təqsirindən keç ki, bu dəhşətli əzabdan qurtula bilsin.”
Peyğəmbər (s) əllərini göyə qaldırıb dua etməyə başladı:
"Ey Rəbbim, Səni and verirəm "Pənc tən Ali əba hörmətinə, bu övladın səsini anasının qulağına çatdır. Bəlkə ana ürəyi övladının yalvarışlı səsini eşidib rəhmə gələ!” Sonra üzünü qarıya tutub dedi:
"Qulağını oğlunun qəbrinə söykə ki, onun fəryad səsini eşidəsən.” Qarı qulağını qəbrə söykəyəndə ürək ağrıdan nalə səsi eşitdi. İxtiyarsız olaraq ağlamağa başladı. Qarı dedi:
"Ey günahkarlara şəfaət edən, bu necə fəryad və nalə səsidir ki, qəbirdən gəlir? O deyir: "Başımın üstündə və ayağımın altında, sağ və sol tərəfimdə hər yer alovdur! Ey ana! Məni bağışla və güna-hımdan keç. Yoxsa qiyamət gününə qədər bu əzab içində qalacağam.”
Bu sözləri eşidəndən sonra qarının ürəyi yumşaldı və oğlunun halına acıyaraq dedi: "Ey Allahım! Övladımın günahından keçdim və onu bağışladım.”
Ana övladına halallıq verən kimi Allah-təala öz rəhmət libasını ona geydirib, günahlarını əfv etdi.
Qəbirdən səs gəldi:

"Ay ana! Sən məndən razı olduğun kimi, Allah-təala da səndən razı olsun.”


ANA QARĞIŞI VƏ QƏBİR ƏZABI (2)
Günlərin birində Əshabi-Kəsa—Peyğəmbər (s), Əli (ə), Zəhra (s), İmam Həsən (ə) və İmam Hüseyn (ə) Bəqi qəbristanlığında olarkən qəbirlərdən birindən əzablı səsin gəldiyini eşitdilər. Peyğəmbər (s) üzünü həmin qəbrə tutub ölünü səslədi:
"Ey Allahın bəndəsi! Allahın izni ilə qəbirdən qalx!”
Peyğəmbərin (s) möcüzəsi nəticəsində qəbir aralandı və qəbirdən cavan bir oğlan çıxdı. Onun üzü qaralmış və əl-ayağı zəncirlənmişdi. Həzrət (s) həmin cavana buyurdu: "Vay olsun sənə! Axı hansı əməlinə görə belə dəhşətli əzaba düçar olmusan?”
"Ey Allahın Rəsulu! Anam məndən narazı olduğu üçün bu əzab içindəyəm.”–deyə həmin cavan cavab verdi.
Peyğəmbər (s) ondan soruşdu: "Məgər sən anana nə etmisən?”
Oğlan cavab verdi: "Bir gün evə qayıdanda arvadım anamdan giley-güzar etməyə başladı. Bunu eşidəndə çox əsəbiləşdim. Anam təndirdə çörək bişirirdi. Əsəbi halda anama yaxınlaşıb onu təndirə itələdim. Səs-küyə qonşular yığışıb gəldi. Anam yanmış döşünü göstərərək əlini göyə qaldırıb dedi: "İlahi sən özün intiqamımı oğlumdan al!
Ya Rəsuləllah! Anamın qarğışından üç gün sonra öldüm və qəbir evində bu əzaba düçar olmuşam. Nə olar mənə dua edin ki, bu əzabdan qurtula bilim.”
Peyğəmbər (s) yanında olanlara buyurdu: "Bu cavanın anasını buraya gətirin. Çünki anası halallıq verməyincə duamız qəbul olmaz.” Peyğəmbərin (s) səhabələri oğlanın anasını qəbristanlığa gətirdilər. Peyğəmbər (s) buyurdu:
"Ey ana! Oğlunun günahlarını bağışla ki, qəbir əzabından qurtula bilsin.”
Qadın dedi: "Mən onu heç vaxt bağışlamaram!
Peyğəmbər (s), Əli (ə), həzrət Zəhra (s) və imam Həsən (ə) nə qədər israr etdilərsə də qadın razı olmadı. Sonra İmam Hüseynə (ə) çatanda üzünü həmin qadına tutub buyurdu:
"Ey qadın! Babamın, atamın, anamın və qardaşımın şəfaətini qəbul etmədin. Heç olmasa mənim şəfaətimi qəbul et.”
Qadın başını qaldırıb göyə baxdı. Sonra hər iki əliylə İmam Hüseynin (ə) əbasını tutub dedi:
"Oğlumun təqsirindən keçdim və haqqımı ona halal etdim.”
Peyğəmbər (s) buyurdu: "Mənimçün çox təəccüb-lüdür ki, mənim, kürəkənimin (Əli), qızımın və Həsənin (ə) şəfaətini rədd etdiyin halda ancaq Hüseynin (ə) şəfaətini qəbul etdin.”
"Ya Rəsuləllah! Hüseynin (ə) də şəfaətini qəbul etmək istəmirdim. Birdən göy üzünün qapıları açıldı və əllərində alovlu dəmirlər tutmuş mələklər mənə dedilər:

"Hüseynin şəfaətini qəbul et. Yoxsa bu qızmış dəmirlərlə səni vuracağıq. Hüseynin (ə) şəfaətini qəbul etməyimin əsas səbəbi bu idi.

Məlahət Əsədova  


Category: Exlaq | Baxış: 1024 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]