Çərşənbə günü, 2024-04-24, 7:14 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Yanvar » 17 » İsmət nədir?
7:28 AM
İsmət nədir?
Əhli-beyt (ə) və ismət məqamı
İsmət nədir?
İsmət insanı günahdan qoruyan bir xüsusiyyət, səciyyədir. İsmət vəsvəsələrin yolunu həmişəlik bağlayır. Bu səbəbdən isməti mərifət və vücuda aid bir səciyyə saymaq olar. İnsan təkamül yolunda Allahın lütfü ilə bu kamillik səciyyəsini əldə edir.
İsmət mərifət, vücud, əməl və elmə aid kamilliklərdəndir. Bu səciyyə məsumun həyatının bütün yönümlərinə təsir göstərir.

Elmi və əməli ismət
Kamilliklərin bir qismi elmi, digər bir qismi əməli xarakterə malikdir. Məsələn, ədalət insanın əməli yönümünə xas səciyyədir. Bu səciyyənin insanın elmi yönümünə aidiyyatı yoxdur.
Uyğun dəyərli səciyyə insanı bilərəkdən və ya bilməyərəkdən günahdan hifz edir. İsmət səciyyəsi isə cəhalət, xəta, unutqanlıq, digər başqa günahlardan qoruyur. Demək, məsum insan həm elm, həm də əməl baxımından hifz olunur. Onlar yersiz iş görmür, təbliğdə nöqsana yol vermir.
Bilgi nəzəri əqlə, günahdan çəkinmək əməli əqlə aiddir. Əslində əməli əql ismətinin mənşəsi elə mərifət və nəzəri əqldir. Əməli ismət elmi ismətlə məhdudlaşmır. Ola bilməz ki, bir insan əməl məqamında məsum ola, amma elm məqamında məsum olmaya. Halal-haramı, gözəl-çirkini tanımayan kəs əməl məqamında məsum ola bilməz.

Əhli-beytin (ə) isməti
Ayə və rəvayətlərə əsasən Əhli-beyt (ə) nəzəri və əməli əql mərhələsində məsumdur. Yəni onların biliyi də, əməli də düzgündür. Onlar həm elm və biliyi xalqa düzgün çatdırır, həm də əməldə nöqsana yol vermir. Quran Əhli-beytin (ə) isməti haqqında buyurur: "Allah hər növ pisliyi siz Əhli-beytdən (ə) (şiə və sünni rəvayətlərinə əsasən həzrət Məhəmməd (s), Əli (ə), Fatimə (s.ə.) Həsən (ə) və Hüseyndən (ə)) uzaqlaşdırmaq, sizi layiqincə paklamaq istəyir.”(Əhzab”, 33 )
Allahın bu iradəsi Əhli-beytin həm elm və mərifətini, həm də əməlini əhatə edir. Allah bu zümrəni elm və əməl baxımından məsum qərar vermişdir.


Category: Exlaq | Baxış: 1272 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]