Bazar günü, 2024-12-22, 10:45 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Oktyabr » 12 » İslamda "zina"- yəni xəyanət haqqında...
9:30 AM
İslamda "zina"- yəni xəyanət haqqında...
 
İslamda "zina"- yəni xəyanət haqqında...
 
  
O niyə xəyanət edir?

XƏYANƏT - çox ağır və günümüzdə tez-tez eşitdiyimiz bir söz... Dost-dosta xəyanət edir, vətəndaş vətəninə xəyanət edir və nəhayət, ən ağır xəyanətlərdən biri - öz sevginə, həyatını bölüşdüyü insana xəyanət. Nə çox ailələr xəyanət üzündən dağılır, doğmalıq, səmimilik məhv olur, uşaqlar isti ailə ocağından məhrum olurlar. Ən çox da qadınlar xəyanətin qurbanı olur.
Görəsən, ailə həyatında cütlüklər nə üçün bir-birinə xəyanət edir?
Özüdə qəribədir ki, neçə illər bir-birini sevən, vaxtilə birləşmələri naminə mübarizə aparan, çətin, əzablı sınaqlardan keçən insanlar ailə qurduqda bir-birinə xəyanət edirlər.


Qadın-əmanətdir...

Qeyd olunduğu kimi, ən çox qadınlar xəyanətin qurbanına çevrilir. Əgr kişi xəyanət etdiyi qadının necə iztirablar, alçalma hisslərini keçirdiyini başa düşsəydi, bəlkə də heç vaxt həyatını bölüşdüyü insana , övladlarının anasına bu cür zərbə vurmazdı. Hər bir qadının özünə möhkəm dayaq, arxa, ona hörmət, qayğı və sevgi göstərən həyat yoldaşına ehtiyacı var.
Allah qadını kişiyə bir əmanət olaraq qorumağı tapşırır! Bu barədə Quranda oxuyururq; "Əmanətə xəyanət edən şəxs Qiyamət günü xəyanət etdiyi şeylə (boynunda yüklənmiş halda) gələr". (Ali-İmran" surəsi, ayə 161).
Qeyd etmək lazımdır ki, həyat yoldaşlarının bir-birinə həm fikri, həm də mənəvi cəhətdən xəyanət etməsi müşahidə olunmaqdadır. Lakin fiziki xəyanət də nəticədə mənəvi xəyanətə gətirib çıxarır.


Zina nədir?

Maraqlıdır, dinimiz xəyanətlə bağlı nə kimi fikirlər irəli sürür? Ümumiyyətlə qeyd edək ki, qadının ərinə, eyni zamanda mkişinin xanımına fiziki cəhətdən xəyanət etməsi dinimizdə zina adlanır.
Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın!  Həqiqətəndə bu iyrənc bir əməl və murdar bir yoldur! ("İsra" surəsi, ayə 32)
Zinanın müxtəlif növləri var.Məsələn, ərin arvadına xəyanəti,subay şəxsin ərli qadınla yaxınlıq etməsi, ümumiyyətlə,heç bir evlənmə əqdi baglanmadan subay kişi ilə subay qadının bir-biri ilə yaxınlıq etməsi və s.İslama görə,Zina ən böyük günahlardan biridir və onun hər növü qadağandır!
Bu çirkin işi verilənlərə cəza da həmin növlərinə görə müəyyən edilir. Ən agır cəza ərli qadınla, ailəli kişi arasında olan Zina hesab olunur. Axirət cəzası isə daha şiddətlidir! Belə isə Zina edən insanın üzərinə necə də ağır günah götürdüyü aydın olur.
Quranda oxuyuruq:" Rəhmanın (əsl) bəndələri o kəslərdir ki,.. Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu içşləri) etsə , cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar". ("Əl-Furqan" surəsi, ayə 63,68,69)



Ərli qadının zinası
 
 

الزَّانِيَةُ وَالزَّانِي فَاجْلِدُوا كُلَّ وَاحِدٍ مِنْهُمَا مِائَةَ جَلْدَةٍ ۖ وَلَا تَأْخُذْكُمْ بِهِمَا رَأْفَةٌ فِي دِينِ اللَّهِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۖ وَلْيَشْهَدْ عَذَابَهُمَا طَائِفَةٌ مِنَ الْمُؤْمِنِينَ


Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun. (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir).("Nur" surəsi, ayə 2)


Həzrət Muhəmməd Peygəmbər (s.ə.s) ərli qadınların xəyanəti barədə deyir:" Əgər qadın öz ərinə xəyanət edərsə, ona qəbir əzabı verildikdən sonra Cəhənnəm odunda yandırmaq Allahın haqqıdır!" Əlbəttə ki, bu əməl Allah qatında ən çirkin və bəyənilməz bir əməldir. Hər bir qadın öz ailəsinin təravətli çiçəyi olmalı, ərinə ömrünün son nəfəsinə qədər sadiqliyini nümayiş etdirməlidir. Bu onun həm əri, ailəsi, həm cəmiyyət, həm də Allah qarşısında olan müqəddəs vəzifəsidir! Belə qadının tərbiyyə etdiyi övladlar da sağlam, mənəviyyatli və cəmiyyətlərinə fayda verən olur. Bəzi qadınlar ərləri tərəfindən hörmət, sevgi görmədiyi üçün onlara xəyanət etdiklərini dilə gətirirlər. Lakin zina etməklə qadın heç də özünə sevgi və qayğı qazanmır! Əksinə, müfəqqəti rahatlıq və ya acıq etməklə o, xoşbəxt deyil, daha da bədbəxt olur. Çünki Allahın qadaöan etdiyi bir əməllə məşğul olmaq heç vaxt insana səadət gətirə bilməz!..

Zina kasıbçılığa səbəb olur

Zina böyük günah hesab olnduğundan, onun fəsadlarıda çox ağır olur. İnsanın qəlb sıxıntıları başlayır, zinakar depresiyalar keçirir, onun üzünə açılan qapılar Allah tərəfindən bağlanmağa başlayır, əsasən də onun cibinə, evinə gələn bərəkətib, ruzinin həcmi azalır.
İmamlarımızdan bu barədə çoxlu hədislər var. İmam Əli (ə) bu haqda deyir:" Zina yoxsulluq gətirər..." Həqiqətən də, zinanın gətirdiyi fəsadlardan biri ruzinin azalmasıdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, zinanın geniş yayıldığı cəmiyyətlərdə çoxsaylı böhranlarda baş verir. Məsələn, İmam Sadiqdən (ə) belə bir söz var:" Zina geniş yayılanda zəlzələlər baş verər".
Doğrudan da cəmiyyət fəsada daha çox uğradıqca təbii fəlakətlər, kataklizmlərin də sayı artır. Günümüzdə bizlər bu acı həqiqətin şahidiyik...


Boşanma

Bu da bir reallıqdır ki, bəzi ailələrdə sımimi atmosfer yaratmaq, bir-birini yaxşı şəkildə başa düşmək artıq mümkün olmur. Ər-arvadın münasibətləri elə bir həddə çatır ki, onlar nəinki bir-birini xoşbəxt edə bilmir, hətta bir yerdə yaşamaları heç məsləhətdə olmur.Həyat yoldaşının kənarda, başqa insanın yanında rahatlıq tapıb bir-birinə xəyanət edərək Allah qarşısında böyük günah qazanmaqdansa, bir-birini aldatmaqdansa, ər-arvad oz ailə həyatlarına son qoya bilərlər. İslam ailəni müqəddəs ittifaq hesab edir və hər bir vəchlə onun qorunmasına çalışır. Bununla belə, çıxılmaz vəziyyət yarandıqda, artıq ailədə bu müqəddəsliyi qorumaq mümkün olmadıqda, boşanmanı məqbul hesab edir. Beləliklə, dinimizdə boşanmaya icazə verilsə də, hədislərdə bu əməlin Allahın ən bəyənmədiyi halal əməl olması bildirilir. İmam Sadiq (ə) buyurur:" Allahın ən bəyənmədiyi halal-Talaqdır! Allah öz həyat yoldaşını nəfsi istəklərinə görə boşayan kişiyə nifrət edir...".

Xəyanətə uymamağı sirləri

Əlbəttə, xəyanət etmək pi səməldir. Lakin ailə içində həm kişi, həm qadın hər zaman ailənin isti, səmimi abu-havasını qorumağa, bir-birinə hiss etdikləri sevginin aradan getməməsinə calışmalıdırlar. Allahın Quranda buyurdugu kimi," bir-birilərinin libası " olmağı, sıx səkildə qarşılıqlı bağlılıq hiss etməli, bir-birinin ən doğma adamı olmağı bacarmalıdırlar. Ərlə arvad bir-birində öz rahatlığını tapmalıdırlar. Belə olmadıqda insan nəinki öz doğma evinə, yuvasına can atmayacaq, kənarda özünə rahatlıq axtaracaq. İnsan özü-özünü həm xoşbəxt, həm də bedbəxt edə bilər.
Qadın daimi həyat yoldaşına hörmət etsə, ailə xoşbəxtliyinə zəmanət vermiş olar. Bununla o təkcə ərinə deyil, özünə bpyük yaxşılıq etmiş olar. Bütün bu əziyyətlər mükafatsız qalmayacaq. Allah belaə bir qadını xoşbəxt edər, həyat yoldaşıda bunu qiymətləndirmiş olar.
Bütün bu qeyd olunanlar kişilərə də aiddir. Kişilərdə qadınlara sevgi və qayğı göstərsələr uduzmazlar. Unutmaq lazım deyil ki, qadının ən çox gözəl spzlərə, diqqətə, xüsusi qayğıya ehtiyacı var.

Sevimli Peyğəmbərimiz (s.ə.s) belə buyurur;" Ərin öz yoldaşına" səni sevirəm" deməsi xanımını xoşbəxt edər və onun könlündəki məhəbbəti isti saxlayar". Belə isə öz xanımınıza "Mən səni sevirəm!" deməyə tələsin!...


Qayıdış yolu

إِنَّمَا التَّوْبَةُ عَلَى اللَّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِنْ قَرِيبٍ فَأُولَٰئِكَ يَتُوبُ اللَّهُ عَلَيْهِمْ ۗ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا

Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! ("Nisa" surəsi, ayə 17)

Hər bir insan səhv hərəkət edə bilər. əsas odur ki, bu səhvi yaxından dərk edib bir daha onu etməyəsən. Allah elə Mərhəmətlidir ki, insan səmimi- qəlbdən öz səhvini başa düşüb tövbə edərsə, Allahdan bağışlanma istəsə və bir daha bu günaha qayıtmamağa qərarlaşsa, Allah onu bağışlayan və rəhm edəndir. Zina, şübhə yox ki, böyük günahlardandır. Lakin insanın bir qayıdış yolu da var.
Sevimli Peyğəmbərimiz (s.ə.s) gözəl sözlər soyləyib: "Tövbə keçmişdə olanların üstünü örtür... Günahlardan tövbə etmiş şəxs günah etməmiş şəxs kimidir".
Həmçinin Peyğəmbərimiz (s.ə.s) belə buyurur;"Səmimi qəlbdən və xalis niyyətlə edilən tövbəetdiyin günahdan peşman olmağın, Allahdan bağışlanma diləməyin və bir də heç vaxt ona qayıtmamağındır".

Zina etməyə kim razı olar?

«Əl-minar» təfsirində belə bir rəvayət nəql olunur: «Böyük bir məclisdə cavan bir oğlan ayağa qalxıb, həzrət Məhəmmədə (s) belə bir sual verdi: «Mənə icazə verərsənmi zina edim?». Məclisdən onun bu sualına etiraz səsləri ucaldı. Amma həzrət Peyğəmbər (s) mülayimliklə onu yaxına çağırıb, qarşısında əyləşdirdi və məhəbbətlə soruşdu: «Əgər bir şəxs sənin anan və ya bacınla zina etmək istəsə, razı olarsanmı?». Gənc «razı olmaram» dedi. Həzrət sözünü belə sona yetirdi: «Bil ki, xalq da onun qızları ilə zina edilməsinə razı deyildir».
 
إِنَّ الَّذِينَ يَرْمُونَ الْمُحْصَنَاتِ الْغَافِلَاتِ الْمُؤْمِنَاتِ لُعِنُوا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir.
 ("Nur" surəsi, ayə 23)

Category: Exlaq | Baxış: 6559 | Added by: Ənfal | Rating: 4.3/6
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]