Bazar günü, 2024-12-22, 10:21 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Oktyabr » 13 » İSLAMDA UŞAQ TƏRBİYƏSİ
4:34 PM
İSLAMDA UŞAQ TƏRBİYƏSİ

İSLAMDA UŞAQ TƏRBİYƏSİ
 
Əgər ata-ana körpəlikdən düzgün təlim-tərbiyə yolunu tapa bilməsə, həmin uşaq bir vaxt valideynlərlə üzbəüz dayanıb ağzına gələni deyə bilər, təhqir edər. Belə bir vəziyyətdə ata-ana nə edə bilər? Heç nə! Bacardığını et, polisə get! Bununla məsələ həll olurmu? Bəs, həll yolu nədir?

ATA-ANANIN DAVRANIŞI UŞAQ ÜÇÜN NÜMUNƏDİR
 

Ailə mühiti uşaq üçün birinci məktəbdir. Uşaq danışığı valideynlərindən öyrəndiyi kimi, yaşayış əlifbasını da onlardan öyrənir. Valideynlər uşaq dünyaya gələnə qədər öz əməllərindən ötrü məsuliyyət daşıyırlar. Uşaq dünyaya gələndən sonra isə onların məsuliyyəti daha da artır. Onlar bilməlidirlər ki, evdəki rəftar və davranışları uşaqda dərin iz buraxır. Onlar yaşayışın, həyatın düzgün rolunu öz əməllərində göstərməlidirlər. Gələcək nəsil və Allah əmanəti qarşısında bu, onların müqəddəs vəzifəsidir. Neçə il bundan qabaq jurnalda oxuduğum bir mətləbi nəzərinizə çatdırmaq yerinə düşərdi: Orucluq ayında xəstə bir ana öz yeməyini uşaqlardan gizlin yeyirdi. Ondan soruşdular ki, sən şəri baxımdan üzrlüsən, niyə yeməyini gizlində yeyirsən. Ana cavab verdi ki, uşaqlarımın atası oruc tutmayan, təqvasız bir adamdır. Mən özüm isə təqvalı, oruc tutan bir şəxsəm. Razı olmaram ki, övladlarım məni təqvasız bilsinlər

UŞAĞIN DAVRANIŞINA NƏZARƏT

Ailə, ilk növbədə ata övladın rəftarına, davranışına daim nəzarət etməlidir, xüsusən də uşaq həddi-buluğa yetişdiyi dövrdə. Ata övladının təklikdəki halına diqqət yetirməli, onun dostlarını tanımalıdır. Bu, ata-ananın tərbiyə sahəsində qarşısında duran ən məsul vəzifədir. İslam dini valideynləri ayıq olmağa səsləyir. Quranın Təhrim surəsinin 6-cı ayəsində deyilir: Ey möminlər! Özünüzü və ailənizi elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyruqlarını yerinə yetirən daş qəlbli və çox sərt təbiətli mələklərdir ( Təhrim , 6). Əli (ə) buyurub ki, bu ayədə öz ailənizi, övladlarınızı tərbiyələndirin və onlara təlim verin - fikri aşılanır. Taha surəsinin 132-ci ayəsində deyilir: Öz ailənə namaz öyrət! Tövsiyələr bunu göstərir ki, valideynlər öz övladına nəzarət etməli, onu özbaşına buraxmamalıdır.
 
Category: Exlaq | Baxış: 1141 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]