Bazar günü, 2024-12-22, 8:28 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Mart » 16 » İslamda nümunəvi qadınlar – Fatimə (ə)
5:43 AM
İslamda nümunəvi qadınlar – Fatimə (ə)
Qeyd (sual)
Ötən mövzulara diqqət edərkən belə bir sual yarana bilər ki, islam məktəbində təkamül yolu ibadətdir və insan bəndəlik yolu ilə yüksəlir. İbadət yolu isə islamın insanlara təqdim etdiyi hökmlər və vəzifələrdən ibarətdir. Qadın və kişinin vəzifələrində isə xeyli fərqlər vardır. Qadın ayda neçə gün ibadətlərin üstünü olan namazdan məhrumdur. Həmin günlərdə Ramazan ayının fəzilətli oruclarına da nail olmur. Eləcə də ədalətin qələbəsi üçün cihaddan da məhrumdur. Qısası, çox hökmlərdə qadın və kişinin vəzifələri fərqlənir. Necə olar ki, təkamül yolu qadın və kişi üçün eyni olsun?

Cavab
Bu və buna oxşar sualların cavabında belə demək olar: Söhbət təkamül yolunu keçməkdən gedir, vəzifələr isə ayrı bir məsələdir. Vəzifələrdəki fərq uyğun eyniliyə nöqsan gətirmir. Çünki zəruri fərqlər əsasında tənzimlənən vəzifə fərqləri qadın və kişinin insani həqiqətinə, ruhuna aid deyil (bu barədə sonra danışılacaq). Vəzifə dəyişikliyi fəzilətlərdən məhrumluğa dəlalət etmir. Məsələn, qadın adətən (aybaşı) günlərində namaz qılmaqdan məhrum olursa, onun əvəzində Allahını zikr etməklə təkamül yolunu davam edir. Rəvayətdə deyilir ki, əgər qadın namaz vaxtı dəstəmaz alıb, üzü qibləyə öz səccadəsi üstə oturarsa, namazı qədərində Allahı zikr edərsə, mükafatlandırılar. ("Vəsail" c.2)Namazın həqiqəti, ruhu Allahı zikr etməkdir. Zikr edən qadın məhrum deyil. Demək, sözümüzün canı fiqhi vəzifələr yox, kamal və haqqa qovuşmaq yolunu adlamaqdır. Ramazan ayında bir neçə günün orucundan məhrum olan qadın sonradan qəza orucları tutmaqla onun əvəzini çıxır. Allah yolunda cihaddan məhrum olan qadın bunun əvəzində kişinin cihadına bərabər olacaq cihad edir (sonra izah olunacaq).
Əlavə olaraq qadın altı il kişidən qabaq dini vəzifələrə məsul olur. Kişilər şəri vəzifələr yaşına çatanadək qadın artıq təkamül yolunun xeyli hissəsini keçir. Buna görə də ilahi yol nəticədə hər iki cins üçün eyni olur. Hansı ki, vəzifələrdə fərqlər mövcuddur.
Maraqlı burasıdır ki, bu sayaq suallar təzə şey deyildir. Buna oxşar sualları islamın əvvəl vaxtlarında qadınlar Peyğəmbərə (s) ərz etmiş və kamil, qənaətbəxş cavab almışlar.

İslam və fikir dirçəlişi
Bu sual-cavab uyğun şübhələri cavablandırır. Bu sual o qədər cəlbedici və yığcam ünvanlanır ki, həzrət Peyğəmbəri (s) belə "Əhsənə» vadar edir. Bəli, İslam cəmiyyətin fikir dirçəlişində bu qədər təsirlidir. Qadının insan hesab edilmədiyi bir əsrdə islam qadını dəyərli suallar vermək səviyyəsinə ucaldır.
Yəzid ənsarinin qızı əsma qadınların nümayəndəsi kimi Peyğəmbərin (s) hüzuruna gəlib, ərz edir: Sizə özüm, atam-anam fəda, bu mənim və bütün qadınların sözüdür ki, Allah səni kişi və qadınlara məbus etdi və biz sənin peyğəmbərliyinə, Allahına iman gətirdik. Amma biz evlərdə dustağıq və çox fəzilətlərə əlimiz çatmır. Biz evdə oturub, kişilərin istədiyini ödəyir, sizin üçün övladlar yetiririk. Kişilər isə bizdən üstündür. Çünki onlar cümə, camaat namazlarında iştirak edir, xəstələri yoxlayır, dəfndə olur, həccə gedir, amma biz evdə məhrum otururuq. Kişilər cəbhəyə gedəndə onların mülkünü qoruyan, paltarlarını toxuyan, övladlarını tərbiyə edən bizik. Bəs bizim fəzilət və mükafatımız nədir?
Bu sualın hər bir hissəsi daha geniş bir cavab istəyir. Amma tərcümə ilə kifayətlənməli oluruq. Əsmanın sualının sonunda bir nöqtə diqqəti daha çox cəlb edir. O da budur ki, həmin qadın ad-sandan, şöhrətdən yox, mükafatdan danışır. Hər bir müsəlman qadın üçün Peyğəmbərin (s) cavabı, şəksiz ki, qənaətbəxş olacaqdır.
Sual bitdikdən sonra həzrət Peyğəmbər (s) əvvəlcə ətrafdakılara nəzər saldı və soruşdu: «Qadından öz dini məsələsi haqqında belə gözəl sual eşitmisinizmi?» Cavab verdilər ki, bir qadının belə kamal mərtəbəsinə çata biləcəyini güman etmirdik. Sonra həzrət (s) üzünü həmin qadına tutub buyurdu: «Nümayəndəsi olduğun bütün qadınlara elan et ki, ərə yaxşı baxmaq, ona itaət etmək, onun razılığını qazanmaq kişinin bütün fəzilətlərinə bərabərdir». Bu vaxt qadın tam razı və xoşhal vəziyyətdə «La İlahə İlləllah» deyərək Peyğəmbərin (s) hüzurundan mürəxxəs oldu.
Bəli, söhbət ad-san yox, fəzilətdən gedir. Həzrət Peyğəmbərin (s) buyurduğu kimi bu, kişinin cihadı müqabilində qadının cihadıdır. Göründüyü kimi vəzifə fərqi heç də fəzilət fərqi deyildir. Hər kəs öz vəzifəsini layiqincə, xalis niyyətlə yerinə yetirsə, daha çox fəzilət əldə edər. Kişi cümə, camaat namazında, həcdə, cihadda iştirak etməklə, kişi də insan haqlarını, cəmiyyətin namusunu qorumaqla buna nail olar. Kişi döyüş silahını səsləndirməklə, qadın isə körpənin beşiyini tərpətmək, tərbiyəli, mübariz, mücahid övlad böyütməklə fəzilətə çatır.
Qısası, birinci hissə budur ki, hilqət baxımından qadın və kişi eyni həqiqətə malikdirlər. İnsanın təkamülü və tənəzzülü onun ruhuna aid olduğundan təkamül yolu hər iki cins üçün eynidir. Qadın və kişi arasında bu iki cəhətdən fərq yoxdur. Vəzifə fərqi bu iki mühüm mövzuya zərər yetirmir.

Ardı var...
Müəllif: Həbibullah Əhmədi  

Category: Exlaq | Baxış: 933 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]