İnsanın özünə qəsd etməsi, hətta kiçik xəsarət yetirməsi dində günahlar sırasında xatırlanır. Azərbaycanda isə artıq intihar mülki əhalidən polisə keçib.
Ağsu rayonunda intihar hadisəsi baş verib. Hadisə iyunun 9-da axşam saat 22:30 radələrində Ağsu rayon Polis Şöbəsinin qarşısında qeydə alınıb.
Polis şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı, polis serjantı, 1985-ci il təvəllüdlü Asim Baxşıyev xidməti tapançası ilə yol patrul maşınında özünü güllələyib. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.