Bazar günü, 2024-12-22, 6:31 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Sentyabr » 15 » İnsanı bagışlamaq
9:02 AM
İnsanı bagışlamaq
 
İnsanı bagışlamaq

   İslamda insanı bagışlamaq bəyənilən əməllərdən biridir. Bu haqda coxlu Quran ayələri və hədislər mövcuddur ki, möminlər tərərfindən etibarla həyata kecirilir.Yəqin ki., Quran ayələrində "Bagışlayan və mehriban Allahın adı ilə" kəlməsinə tez-tez rast gəlirsiniz. Buna hec bir şübhədə yoxdur ki, Allah hər bir günahkar in...sanı bagışlayır və ona rəhm edir.
Təbii ki, bəzi həddi aşmaq dərəcələrindən başqa. (Məs: Allaha asi cixmaq, Onun Kitabını təhrif etmek, yetim malını yeyib hec vaxt tövbə etməmək və s.)

   Qurani-Kərimdəin Şura surəsinin 40 ayəsində buyrulur: «Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə, hər kəs bağışlasa və barışsa onun mükafatı Allaha aiddir. Həqiqətən, Allah zalımları sevməz».

  İnsanı bagışlamaq gözəl əxlaq numunələrindən biridir.

  Tək olan Rəbbimiz insanları gözəl əxlaqa yiyələnməsinin ən mühüm məsələlərdən biri oldugunu bizə bəyan edir. Gözəl Peygəmbərimizdən (s.ə.s) son nəfəsimizə qədər ondan bir əxlaq məktəbi kimi dərs almalı və özümüzü düzəltməliyik. Başqalarına qarşi mərhəmətli və kin saxlamamalıyıq. Kin insanı xar edir və saglamlıgına zərər verir.

  Allahın Peyğəmbəri (s): «Güzəşt sizinlə olsun. Çünki güzəşt yalnız bəndənin izzətini artırar. Belə isə bir-birinizə güzəşt edin ki, Allah sizə izzət bəxş etsin».


   Qələm surəsinin 4- cü ayəsində Allah-Taala öz Peyğəmbərini (s) belə bir gözəl ifadələrlə vəsf edir:


وَإِنَّكَ لَعَلى خُلُقٍ عَظِيمٍ


«Doğrudan da sən böyük bir əxlaq sahibisən!»


   İnsan qəlbən, ruhən incik oldugu insanı nə qədər tez bağışlasa bir o qədər savab qazanar. Allah rəhimli və məhribandır.İmam Əli (ə) buyurmuşdur: «Güzəşt qələbənin zəkatıdır».


   «Biz göyləri, yeri və onların arasında olan hər şeyi yalnız haqq-ədalətlə yaratdıq. Qiyamət vaxtı mütləq gələcəkdir. Sən onları böyüklüklə bağışla». (Hicr surəsi, ayə 85) ayəsində İmam Rza (ə) bele buyurur: («Onları böyüklüklə bağışla» ayəsi barədə): «Burada məqsəd cəfa vermədən, pisləmədən və danlamadan bağışlamaqdır».
Category: Bezi meslehetler | Baxış: 1082 | Added by: Ənfal | Rating: 4.7/3
Total comments: 3
0  
3 6105545   (2010-09-15 10:47 AM) [Daxil et]
ALLAH komeyiniz olsun.

0  
2 Mursəlat   (2010-09-15 10:19 AM) [Daxil et]
Salam aleykum. Sayt adminlerinin xeber qoyub -qoymamagindan asili olmayaraq butun xeberlerin kocurulmesi halal edilmisdir. Dogru yol insanlari Allahi tanitmaqla hidayet etmekdir. Biz Allaha xatir is goruruk. Haqqimizda halaldir.

0  
1 6105545   (2010-09-15 10:02 AM) [Daxil et]
Salam Eleykum.evvela saytin yaradicisina uzumu tutub deyiremki,ALLAH ondan razi olsun ALLAH komeyi olsun bu deyerli melumatlari bizlere catdirdigi ucun.Sonradaki,men sexsen her bir kecidinizi diqqetle izleyirem ve daha maraxlisini facebookda insanlara gosterirem onlarla paylasiram.İnanki heqiqeten meqsedim insanlarin bu deyerli melumatlardan xeberi olmasidir yalniz.O ki,qaldi melumatlarin menbeyine sekilin ustunde sizin saytinizi hami gorur ve menbeyini sizden oldugunu bilirler inan.ALLAH xatirine haqqinizi halal edin.

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]