Əsas səhifə » 2010 Iyul 17 » İmam Zeynulabidinin (ə)
9:20 AM İmam Zeynulabidinin (ə) | |
Adı: Әli
Ləqəbi: Səccad və Zeynül-abidin Künyəsi: Әbu Məhəmməd Atası: Həzrət Hüseyn (ə) Təvəllüd tarixi: Hicri 38-ci il Imamlıq müddəti: 35 il Ömrü: 57 il Şəhadəti: Hicri 95-ci ildə Hişam ibni Әbdülməlikin əmri ilə zəhərlənərək şəhid oldu. Məzarı: Mədinədə Bəqi qəbristanlığı.
Imam Zynul-Abidin eleyhiselam
Tevelludu Iran, ikinci xəlifə Ömərin dövründə müsəlmanlar tərəfindən fəth olunduqdan sonra Iran şahı Yəzdgirdin qızları Mədinəyə gətirildilər. Hamı Mədinə məscidinə yığışaraq Ömərin nə əmr edəcəyini gözləyirdi. Ömər onları satmaq istədikdə Әli (ə) bu işə mane olub belə buyurdu: «Qızları sərbəst burax, qoy öz istədikləri adama ərə getsinlər.» Bu vaxt qızlardan biri Hüseyn ibni Әlini, o birisi isə imam Həsən Müctəbanı özün ər seçdi. Әli əleyhissalam həzrət Hüseyn əleyhissalama buyurdu: «Bu qızı lazımınca qoru, çünki onun bətnində Allahın yer üzündə ən yaxşı bəndəsi və bütün imamların atası olan bir imam dünyaya gələcəkdir». Çox keçmədi ki, Әli ibni Hüseynin vücudunun günəşi, hicri 38-c ilin Şə᾽ban ayının beşində cüməaxşamı günü, Mədinədə işıqlandı. Uşağın adını Әli qoydular, sonralar isə Zeynül-abidin və Səccad ləqəblərinin sahibinə çevrildi. Hezret Zeynul-Abidin exlaqi xususiyyetleri 1. Təqvası: O həzrətin əxlaqi xüsusiyyətlərindən biri də təqva və pəhrizkarlığı idi. Bu barədə imam Sadiq (ə) belə buyurmuşdur: «Әli ibni Hüseyn, Bəni Haşim övladları arasında öz gözəl rəftarına əsasən Әli əleyhissalama çox bənzəyirdi». O həzrətin oğlu imam Məhəmməd Baqir (ə) isə bu barədə belə buyurmuşdur: «Bir gün atamın yanına gəldikdə onun Allaha ibadətlə məşğul olduğunun şahidi oldum. Belə ki, o həzrətin gözləri ağlamaqdan qızarmış, ayaqları isə səcdəyə getməkdən şişib, topuğu qabar olmuşdu. Bu vaxt mən ona dedim: Әziz ata, niyə ibadətdə ikən özündən gedir və özünü bu qədər incidirsən?» Atam ağlayıb buyurdu: «Övladım! Allaha nə qədər ibadət etsəm belə yenə, baban Әli ibni Әbu Talibin ibadətlərinin yanında heçdir.» Tavus Yəmani deyir: Imamın Kə᾽bədə səcdə halında ikən belə söyləməsinin şahidi oldum: «Pərvərdigara! Sənin bəndən, Sənə möhtac olan, Sənin evində Sənin rəhmətini, əfvini və ehsanını gözləyir.» 2. Xalqın həyat və məişəti ilə maraqlanmaq: Imam Zeynül-abidin əleyhissalam da, babası həzrət Әli (ə) kimi tarla və xurmalıqlarda çalışırdır. Hər xurma ağacınında iki rükət namaz qılıb özündən gedərdi ki, Allahdan başqa heç bir şey yadına düşməzdi. Iyirmi dəfə Məkkəyə piyada getmiş, həmişə də xalqı Qur᾽anın cəzbedici ayələri ilə hidayət edib, onlara doğru yolu göstərərdi. Dünyadakı bütün insani sifətlər o həzrətin vücudunda cəm olmuşdu. O, müqavimət, fədakarlıq və rəhmətin ən mükəmməl nümunəsi idi. Yüzlərlə yoxsul və ac ailəni dolandırır, gündə evində bir neçə qoyun kəsdirərək kasıblar arasında paylayır, paltarsızlara paltar verir, borcluların borclarını ödəyirdi, özü isə sadə geyinib sadə dolanırdı. Günlərin bir günündə bir kişi Әli ibni Hüseynin hüzuruna gəlib söyməyə başladı. Imam böyük həvəslə və mehribanlıqla həmin kişiyə belə buyurdu: «Aya qardaş əgər doğru deyirsənsə və bu saydığın sifətlər məndə varsa, Allah məni bağışlayıb günahımdan keçsin. Yox əgər yalan söyləyirsənsə Allah səni bağışlayıb günahından keçsin». O kişi imamın bu ehtiramından utanıb həzrətdən üzr istədi.
Imamın dostlarından olan Әbu Həmzə Səmali həzrətin xidmətçisindən xülasə olaraq, imamın əxlaqından ona danışmasını xahiş etdikdə xidmətçi öz sözünü belə başladı: «Illərdir ki, onun qulluğundayam. Düzlük, doğruluq, təqva və paklıqdan başqa o həzrətdə heç bir şey görməmişəm. Mövlam, bütün çətinliklərə baxmayaraq, xalqın məsələləri ilə maraqlanaraq onların qarşılaşdıqları çətinlikləri yorulmadan həll edir». Zeyd ibni Üsəma ölüm yatağında ikən, imam Səccad (ə) onun əyadətinə gəldikdə Zeydi ağlayan görüb ondan nəyə görə ağladığını soruşdu. Zeyd belə cavab verdi: «On beş min dinar borcum var ki, gərək ödəyəm, lakin mal-dövlətimə baxdıqda isə görürəm ki, heç borcum qədər deyil». Imam (ə) buyurdu: «Ağlama, mən sənin bütün borclarını ödəyərəm, buna əmin olar bilərsən.» Axşamlar hava qaraldıqda və hamı yatandan sonra həzrət Səccad (ə) ayağa qalxıb, müxtəlif azuqələri bir kisəyə tökərək tanınmasın deyə üzünü örtüb, kisəni dalına çatıb yoxsulların evinə aparardı. Həzrət (ə) Mədinədə yaşayan təxminən yüz başsız ailəni idarə edirdi ki, onların da çoxu yoxsul və kasıblardan ibarət idi. Qəribədir ki, həmin ailələrdən biri də bilmirdi ki, onların məişətini idarə edən imam Zeynül-abidin əleyhissalamdır. Onlar yalnız imam şəhid olduqdan sonra, köməklərinin kəsildiyini görüb başa düşdülər ki, onlara yardım edən şəxs həzrət Səccad imiş. | |
|
Total comments: 0 | |