Bazar günü, 2024-12-22, 5:50 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Iyul » 27 » İmam Zamanın (ə.f)
9:00 AM
İmam Zamanın (ə.f)
 
Bu gün
27 İyul 2010-cu il.
(Hicri- 1431-ci il)
Şaban ayının 15-i İmam Zamanın (ə.f) təvəllüdü günüdür
 

Bu əzəmətli bayram münasibəti ilə bütün İmam Zaman aşiqlərini təbrik edir, Allahdan ağamızın zühürunun tez olmasını və bizlərində İmamımızın xidmətində olmasını diləyirik.!
 
On ikinci imamın pak vucudunun mübarək günəşi 255-ci Hicri-qəməri ilinin Şəban ayının 15-də parlayaraq şiələrin ürəyini öz nuru ilə işıqlandırdı.
 
İmam Mehdi (ə.f)-ın həyatını üç dövrə bölmək mümkündür:
 
 1. Təvəllüdündən atasının şəhadətinə qədər olan beş illik dövr. Bu qısa müddət ərzində əshabından və dünyanın hır tərəfindən alimler ve fəqihlər imam Həsən Əsgəri (ə)-ın görüşünə gəldikdə bu balaca uşaqla da görüşərək ondan bəzi mövzular haqqında suallar soruşmuşdular. İmam Həsən Əsgəri (ə) oz oğlunu onlara təqdim edərək onun barəsində əshabına müxtəlif tövsiyələr edirdi.
 
2. İmamın altı yaşından başlayaraq 74 yaşına qədər davam edən qeybəti-suğrası (yəni kiçik qeybət): Bu dövrdə hökümət adamları onu görməkdən mehrum idiler. Amma imamın əshabı və həqiqi şiələr onun yanına gedib istədikləri sualları ona verirdilər.
 
Bu dövrdə imam (e.f.) ile xalq arasında vasitəci olan, eləcə də camaatın istək və məktublarını imama gətirib cavabını onlara aparan dörd nəfər idi ki, bunlar:
 
1. Osman ibni Səid;
 
2. Məhəmməd ibni Osman;
 
3. Hüseyn ibni Ruh;
 
4. Əli ibni Məhəmməd Seymuri.
 
Adı çəkilən möminlər, Həzrətin etibarlı əshablarından sayılırdılar və hər biri, o birisindən sonra, öz öhdəliyini yerinə yetirirdi.
 
3. Üçüncü dövr 329-cu Hicri-qəməri ilindən başlayaraq bu gunə qədər davam eden qeybəti-kübra (yeni böyük qeybət) dövrüdür. Bu dövrün nə qədər davam edecəyini Allahdan başqa heç kim bilmir. Həzrət (ə.f.) bu dövrdə xalq arasında gizli və kimsənin onu tanımayacağı bir şəkildə hərəkət və rəftar edir. Onu görən olsa da tanıya bilməz. Yalnız o, gedənden sonra Həzrətdə gördükləri əlamətlərdən onun İmam (ə.f.) olduğunu başa düşərlər.
 
Xatırladaq ki, İmam Zaman (ə.f) mövlüd gününə təsadüf etdiyi bu gün, xüsusi ilə fəzilətli gecələrdən biridir. Belə ki, Şəban ayının 15-i İslam aləmində qədr gecələrindən sonra ən qiymətli gecələrdən biri hesab olunur. Qeyd edək ki, Cövşən kəbir dusını, əhd duasını oxumaq bu gecənin xüsusi bəyənilmiş və təkid olunmuş əməllərindəndir.
 
 
Category: Diger me'lumatlar | Baxış: 852 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]