Bazar günü, 2024-12-08, 6:40 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Aprel » 25 » İmam Əlinin (ə) cavanlara 7 əməli tövsiyəsi
12:33 PM
İmam Əlinin (ə) cavanlara 7 əməli tövsiyəsi

İmam Əlinin (ə) cavanlara 7 əməli tövsiyəsi


 İmam Əli (ə) buyurur: "Agah olun! Xatalar və günahlar üsyankar at kimidilər ki, günahkarlar ona miniblər. Onları cəhənnəmin dibinə yıxar. Təqva isə aram minik kimidir ki, sahibləri ona minərlər və yüyənləri əllərindədir. Onları behiştə qədər aparar”.

1.Təqva.

Cavanlar üçün təqvanın yeri və məqamı o qədər mühüm və əhəmiyyətlidir ki, bu dövrdə o, xüsusilə vurğulanmışdır. O cavanlar ki, emosionaldırlar, nəfsani istəklərinin dalınca gedirlər, təqva onlar üçün möhkəm hasar və qaladır. Onu düşmənin hücumundan qoruyar. Sanki bir qalxandır ki, onu oxların zərbəsindən hifz edər. İmam (ə) buyurur: "Ey Allahın bəndələri, bilin! Təqva nüfuz edilə bilməyən və möhkəm qaladır”. Həzrət Yusif (ə) də təqvası sayəsində güclü iradə ilə İlahi imtahanlarından başı uca çıxmışdı.

2. İradəni gücləndirmək.

Cavanların əksəriyyəti iradə zəifləyindən şikayət edirlər. Bunun üçün yollar axatararlar. Pis adətdən əl çəkməyi dəfələrlə qərara almışlar, ancaq buna çox az nail olmuşdular. İmam Əli (ə) təqvanı iradəni gücləndirən amil kimi tanıtmışdır. Quran buyurur: "Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. ("Ənkəbut” 69).

3. Cavanlıq fürsəti.

Şübhəsiz ki, müvəfəqiyyətin amillərindən biri də münasib fürsətləri yaxşı dəyərləndirməkdir. Cavanlıq da bu fürsətlərdən biridir. Mənəvi və cismi qüvvə ağır bir gövhərdir. Allah bu gövhəri cavanların ixtiyarına qoymuşdur. İmam (ə) bu haqda buyurur: "Fürsət əlindən getməmiş və qüssə mənbəyinə çevrilməmiş onu qənimət bil”. Başqa yerdə buyurur: "Sağlamlığını, qüdrətini, cavanlığını və sevincini yaddan çıxartma, onlardan axirət yolunda istifadə et”.

Özünü tərbiyə etmək.

Özünü tərbiyə üçün nə münasib vaxt cavanlıqdır. Çünki cavanın qəlb səhifəsi çirkinliklərlə formalaşmamışdır. Fitrət çırağı qəlbində sönməmişdir. İmam Əli (ə) oğlu İmam Həsənə (ə) buyurur: "Yeniyetmənin qəlbi boş torpaq kimidir. Hər nə toxum əksən onu qəbul edər. Ona görə də qəlbin daşlaşmamış və fikrin başqa işlərlə məşğul olmamış sənə təlim və tərbiyə etməyə başladım və hümmətimi səni tərbiyə etməyə qoydum”.

4. İzzəti-nəfs.

İmam Əlinin (ə) cavanlara verdiyi tövsiyələrdən biri də izzəti-nəfsdir. İzzəti-nəfs - insanın ən əsas ehtiyaclarından biridir.

Xoşbəxtlikdən Xaliq onun toxumunu insan fitrətinə səpmişdir. Təbiidir ki, bu toxumun inkişafa və qayğıya ehtiyacı vardır. Tarix boyu Firon səltənəti insanları istismar etmək üçün şəxsiyyətlərini alçaldırdılar.

5. Vicdan əxlaqı.

İmam Əli (ə) övladına tövsiyə edərək, buyurur: "Oğlum, özünü özünlə başqaları arasında hökm çıxartmaqda meyar və miqyas qərar ver”. Bu məsələni görməməzliyə vurmaq - dostluq rabitələrini məhv edər.

6. Təcrübə toplamaq.

Başqaların təcrübəsindən bəhrələnmək İmam Əlinin (ə) tövsiyələrindən biridir. O Həzrət (ə) buyurur: "Keçmişdəkilərin xəbərini qəlbinə ərz et və keçmişdəkilərə çatan şeyi yada sal. Onun dağıdıci nəticələrinə nəzər sal. Düzgün bax gör onlar nə ediblər”.

7. Dostluq ədəbinə riayət etmək.

Şübhəsiz ki, dostluğun davamlı olması dostluq hədlərinə riayət etməkdən çox asılıdır. Dost seçmək asandır, ancaq onu saxlamaq çətindir. İmam (ə) buyurur: "Ən zəif insan o kəsdir ki, dost seçməkdə aciz olsun və ondan da zəif o kəsdir ki, dostunu əldən versin”.

Beləliklə deyə bilərik ki, əgər cavanlar İmam Əlinin (ə) bu tövsiyələrinə əməl edərlərsə, həyatda daha az problemlə rastlaşarlar.

Deyerler.org:


Category: Exlaq | Baxış: 1382 | Added by: Mursəlat | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]