Cümə axşamı, 2024-11-21, 8:18 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Iyun » 26 » İMAM ƏLİ (Ə) BARƏDƏ NAZİL OLAN AYƏLƏR
8:51 AM
İMAM ƏLİ (Ə) BARƏDƏ NAZİL OLAN AYƏLƏR

 
İMAM ƏLİ (Ə) BARƏDƏ NAZİL OLAN AYƏLƏR

وِ لاَيَةُ عَلِىّ بْنِ اَبِى طَالِب حِصْنِى فَمَنْ دَخَلَ حِصْنِى اَمِنَ مِنْ عَذَابِى
Allah-Təala buyurub: «Əli ibni Əbu Talibin (ə) vilayəti Mənim alınmaz qalamdır, hər kəs mənim qalama daxil olsa, mənim əzabımdan amanda qalar.»

عَلِىٌّ مَعَ الْحَقِّ وَالْحَقُّ مَعَ عَلِىٍّ
«Əli haqq ilə, haqq da Əli ilədir.»
Əziz oxucular! Hamımıza məlumdur ki, Quran-Kərim Allah tərəfindən bəşəriyyətin hidayət olunması üçün İslam Peyğəmbəri Həzrət Muhəmməd (s)-a nazil olmuşdur.
Peyğəmbər Əkrəm (ə) vida Həccindən qayıtdıqda Qədir-Xum adlanan bir məkanda aşağıdakı şərif ayə Allah tərəfindən o həzrətə vəyh olundu:
يَا أَيُّهَاالرّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ وَ إِنْ لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللهُ يَعْصِمُكَ مِنَ النَّاسِ
«Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanları camaata çatdır. Əgər çatdırmasan öz risalətini yerinə yetirməmisən. Allah səni insanlardan qoruyacaq.» (Maidə surəsi, ayə 67.)
Bu şərif ayə nazil olandan sonra Peyğəmbəri Əkrəm (s) yüz mindən artıq hacının qarşısında tarixi Qədir hədisini buyurdu:
مَنْ كُنْتُ مَوْلاَهُ فَهَذَا عَلِىٌّ مَوْلاَهُ

«Mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.»
Peyğəmbəri Əkrəm (s) bu sözü buyurduqdan sonra Allah bu ayəni nazil etdi:
أَلْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينِكُمْ وَ أَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِى وَ رَضِيتُ لَكُمُ الْإِسْلاَمَ دِيناً

«Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi sona çatdırdım və bir din kimi (əbədi) sizin üçün İslamı bəyənib seçdim.» (Maidə surəsi, ayə 3).
Bu ayə və hədislərdən nəticə alırıq ki, bəşəriyyətin Peyğəmbərin vəfatından sonra düz yola hidayəti və zəlalətdən nicat tapması məhz Əli ibni Əbu Talibin vilayətinə etiqad bəsləməyə bağlıdır.
Ümid edirik ki, bu kitab Allahın və Əhli-Beytin razılığına səbəb olacaq.
İnşə-Allah!

İBNİ ABBASIN MÜAVİYƏ İLƏ MÜBAHİSƏSİ
(İmam Əlinin (ə) vilayəti haqqında nazil olan ayələr)
Müaviyə müsəlmanların xəlifəsi adı ilə Mədinə şəhərinə daxil olduqda əmr etdi İbni Abbası onun hüzuruna gətirdilər.
Müaviyə qəzəblə ona dedi:
«Eşitmişəm hələ də Əlinin fəzilətindən danışırsan. Məgər bilmirsən ki, Əlinin (ə) fəzilətindən danışmağı qadağan etmişəm?! O gündən qorx ki, əzablı bəlaya düçar olasan və heç vaxt canını qurtara bilməyəsən.»
İbni Abbas dedi: «Bütün Mədinə əhalisi şahiddir ki, mən Quran təfsirindən başqa bir söz dilimə gətirmirəm. Çünki Allahın Rəsulundan eşitmişəm ki, buyurub:
مَنْ فَسَّرَالْقُرْآنَ بِرَأْيِهِ فَالْيَتَبَوَّءْ مَقْعَدُهُ مِنَ النَّارِ
Hər kəs Quranı öz rəyi ilə (həqiqətin xilafına) təfsir etsə, gərək öz oturaq yerini odda hazırlasın. Buna görə də mən Quranı həqiqətin xilafına təfsir etmirəm. Müaviyə dedi: Təfsir de, həqiqətin xilafına və yalan məna etmə. Amma Əlinin fəzilətindən dəm vurma!»
İbni Abbas dedi: «Çox yaxşı, lakin mən bəzi vaxt bu şərif ayəni oxuyuram:
وَيُطْعِمُونَ الْطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَ يَتِيمًا وَ أَسِيرًا

«Onlar özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər» (İnsan surəsi, ayə 8). Məndən sual edirlər: «Allah bu ayədə kimləri tərif edir?» Əgər onların Əli (ə), Fatimə (s.a.), Fizzə (r) olduğunu desəm ayəni düzgün təfsir etmiş olaram. Əks halda yalan demiş olaram.
Müaviyə dedi: «Başqa ayələr yoxdur ki, camaata təfsirini deyəsən?»
İbni Abbas dedi: «Çox yaxşı, indi başqa bir ayə oxuyuram:
يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَّبِّكَ وَإِنْ لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللهُ يَعْصِمُكَ مِنَ النَّاسِ

Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanları camaata çatdır. Əgər belə etməsən öz risalətini yerinə yetirməmisən. Allah səni insanlardan qoruyacaq (Maidə surəsi, ayə 67). Məndən sual edirlər: Peyğəmbər (s.a.a.v.) hansı sözü camaata çatdırmağa məmur olmuşdu ki, əgər onu deməsəydi, öz risalətini tamamlamamış olurdu?»
Əgər Peyğəmbər (s.a.a.v.) «Qədir-Xum»da özündən sonra Əli (ə)-ı müsəlmanların rəhbəri və xəlifə olmasını çatdırmağa məmur olduğunu desəm, ayəni doğru və düzgün təfsir etmiş olaram. Əks halda yalan söz demiş olaram»
Müaviyə dedi: «Gərək hökmən, bu ayəni təfsir edəsən? Başqa ayə oxu.»
İbni Abbas oxudu:
يَا أَيُّهَاالَّذِينَ آمَنُوا إِذَا نَاجَيْتُمُ الرَّسُولَ فَقَدِّمُوا بَيْنَ يَدَىْ نَجْوَاكُمْ صَدَقَةً

«Ey iman gətirənlər, hər vaxt Peyğəmbərlə pıçıltı ilə söhbət etmək istəsəniz, sirlərinizi deməkdən əvvəl sədəqə verin. (Mücadilə surəsi, ayə 12.)»
Məndən sual edirlər: Bir şəxs bu ayəyə əməl edən fəqət Əli (ə)-dır, belə olan halda ayəni düzgün təfsir etmiş olaram, əgər belə olmasa Allaha yalan demiş olaram. Mən heç vaxt cürət etmərəm ki, həqiqətin xilafına Quranı təfsir edəm. Baxmayaraq ki, onun bir dinardan çox pulu yox idi, amma o bir dinarı on dirhəmə satdı və hər vaxt Peyğəmbərlə (s) nəcva etmək (pıçıldaşmaq), istəyirdisə bir dirhəm sədəqə verirdi,.»
Müaviyə dedi: «Quranın başqa ayələrindən oxu.»
İbni Abbas oxudu:
وَ مِنَ النَّاسِ مَنْ يَشْرِى نَفْسَهُ ابْتِغاَءَ مَرْضَاتِ اللهِ وَاللهُ رَؤُوفٌ بِالْعِبَادِ

«Camaatdan bəziləri (fədakarlıq edərək) öz canlarını Allahın razılığı üçün satırlar. Allah Öz bəndələrinə qarşı mehribandır» (Bəqərə surəsi, ayə 207). Məndən soruşurlar: «Kimdir öz canını Allahın razılığına görə qurban verən şəxs? Əgər desəm ki, o şəxs Əli (ə) idi və «Leylətul-məbit»də Peyğəmbərin yatağında yatdı ki, Peyğəmbər düşmənlərin şərrindən amanda qalıb Mədinə şəhərinə hicrət etsin. Bu halda ayəni düzgün təfsir etmiş olaram. Əks halda isə Allaha yalan nisbət vermiş olaram.»
Müaviyə dedi: «Başqa ayə oxu görək?» İbni Abbas dedi: «Qulaq as bu ayəyə»
قَالَ لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلِّاالْمَوَدَّةَ فِىالْقُرْبَى

«Ey Peyğəmbər (ümmətə) de: Sizdən risalətim müqabilində Əhli-Beytimə yaxın adamlarıma məhəbbət bəsləməkdən başqa bir şey istəmirəm.» (Şura surəsi, ayə 23).
Məndən sual edirlər: «Zil-Qurbə» kimlərdir ki, onlara məhəbbət bəsləmək Peyğəmbərin risalətinin muzdunun əvəzində olar? Əgər desəm ki, «Zil-qurbə»dən məqsəd Əli (ə), Fatimə (s.a.) və onların övladlarıdır, ayəni düzgün təfsir etmiş olaram.
Müaviyə dedi: «Quranın minlərlə ayəsi vardır, başqa ayə oxu!»
İbni Abbas oxudu:
إِنَّمَا يُرِيدُ اللهُ لِيُذْهِبَ عَنْكُمُ الِّرجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيرًا

«Allah istəyir ki, hər növ çirkinlikləri yalnız siz Əhli-Beytdən kənarlaşdırıb, sizi pak-pakizə qərar versin» (Əhzab surəsi, ayə 33)
Məndən soruşurlar: «Onlar kimlərdir ki, Allah hər pislik və çirkinlikləri onlardan uzaq edibdir? Əgər desəm, onlar Peyğəmbərin Əhli-Beytidir (Əli (ə), Fatimə (s.a.), Həsən (ə), Huseyn (ə) və övladları) düzgün demiş olaram. Əks halda yalan təfsir etmiş olaram.»
Müaviyə yenə də dedi: «Başqa ayə oxu?»
İbni Abbas oxudu:
فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَ أَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَ نِسَاءَكُمْ وَأَنْفُسَنَا وَ أَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَتَ اللهِ عَلَى الْكَاذِيبِينَ

«Əgər (Həzrəti İsa barəsində) sənə verilən elmdən sonra, yenə də müəyyən şəxslər səninlə münaqişəyə və mübahisəyə qalxsalar, onlara de: Gəlin biz öz övladlarımızı çağıraq, siz də öz övladlarınızı çağırın, biz öz qadınlarımızı dəvət edək, siz də öz qadınlarınızı dəvət edin, biz öz nəfslərimizi dəvət edək, siz də öz nəfslərinizi. Bu zaman mübahilə edərək, Allahın lənətini yalançılara qərar verək.» (Ali İmran surəsi, ayə 61)
Məndən sual edirlər, onlar kimlər idi ki, Peyğəmbərlə (s) birlikdə Nəcranın məsihiləri ilə mübahilə (bir-birinin haqqında nifrin) etmək istəyirdilər ki, Allah yalan deyəni aradan apara? Əgər düzgün təfsir etmək istəsəm, gərək deyəm ki, Peyğəmbəri-Əkrəm (s) mübahilə günündə öz iki oğlu (nəvəsi) İmam Həsənlə İmam Huseyn (ə), Fatimeyi-Zəhra (s) və İmam Əli (ə)-ı özü ilə apardı. Əli (ə)-ı öz «nəfsi», yəni öz canı ibarəsi ilə təbir etdi. Amma əgər desəm ki, Peyğəmbər (s) Əlidən (ə)-dan başqa bir kişini mübahilə etməyə apardı yalan demiş olaram. Mən heç vaxt ayənin xilafına təfsir etmərəm.
Müaviyə dedi: «Başqa ayə oxu!»
İbni Abbas bu ayəni oxudu:
إِنَّمَا وَلِيَّكُمُ اللهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ

«Həqiqətən sizin başçınız və rəhbəriniz yalnız Allah, Onun Peyğəmbəri (s) və iman gətirib, namaz qılaraq ruku halında zəkat verənlərdir.» (Maidə surəsi, ayə 55)
Və sonra dedi: «Əgər məndən soruşsalar, kim Allah və Rəsulundan (s) sonra camaatın rəhbəridir və bu sifətə malikdir ki, ruku halında zəkat veribdir? Əgər desəm ki, o Əlidir, düzgün demiş olaram. Əks təqdirdə ayəni həqiqətin xilafına təfsir etmiş olaram.»
Müaviyə dedi: «Başqa ayəni camaat üçün təfsir et, məgər Quran həmin ayələrə aiddir ki, Əli (ə)-ın şənində təfsir edirsən?»
İbni Abbas dedi: Belə olan halda bu ayəyə qulaq as:
إِنَّمَا أَنْتَ مُنْذِرٌ وَلَكُلِّ قَوْمٍ هَادٍ

«Həqiqətən sən qorxudansan. Hər tayfanın da (doğru yolu göstərən) hidayət edən bir rəhbəri vardır» (Rəd surəsi, ayə 7). Məndən sual edirlər, bu ayənin təfsiri nədir? Biz «Munzir»i Peyğəmbər (s.a.a.v.)-i tanıyırıq. Amma «Hadi»ni (ümməti hidayət edəni) tanımırıq. Əgər desəm ki, ümməti hidayət edən Əlidir, düzgün demiş olaram. Çünki bütün alimlər bu hədisi Peyğəmbəri Əkrəmdən (s.a.a.v.) nəql ediblər ki, buyurub:
أَنَا الْمُنْذِرُ وَ عَلِىُّ الْهَادِى وَ بِكَ يَا عَلِىُّ يُهْتَدَى الْمُهْتَدُونَ
«Mən qorxudan, Əli isə hidayət edəndir» (və sonra buyurdu) «Ey Əli, camaat sənin vasitənlə düzgün yola hidayət olunacaqlar.» («Müsnədül-Firdovs» ravi-İbni Abbas)
Əgər ayəni həqiqətin xilafına təfsir etsəm, günahkar olaram, belə olan halda mənim Allahın əzabına taqətim yoxdur. Müaviyə yenə də qəzəbli halda: «Başqa ayə oxu» deyirdi.
İbni Abbas dedi: «Çox yaxşı, başqa ayəyə qulaq as:
قُلْ كَفَى بِاللهِ شَهِيدًا بَيْنِى وَ بَيْنَكُمْ وَ مَنْ عِنْدَهُ عِلْمُ الْكِتَابِ

(Ya Peyğəmbər, onlara) de: mənimlə sizin aranızda Allahın və Kitabın elminə sahib olanların şahid olması kifayətdir.» (Rəd surəsi, ayə 43).
Camaat məndən sual edirlər ki, o kəs kimdir ki, Quranın elmi onun yanındadır. Əgər desəm ki, Əli (ə)-dır, düz söz demiş olaram, Çünki Peyğəmbərdən (s.a.a.v.) soruşdular: «O kəs kimdir ki, Quranın elmi onun yanındadır?» O buyurdu: «Əli (ə)-dır» Peyğəmbər dəfələrlə buyurub:
اَنَا مَدِينَةُ الْعِلْمِ وَ عَلِىٌّ بَابُهَا، فَمَنْ أَرَادَالْحِكْمَة فَالْيَئْتِهَا مْنْ بَابِهَا

«Mən elmin şəhəri, Əli isə onun qapısıdır. Belə isə hər kəs hikmət və elmi istəyirsə, gərək elm şəhərinin qapısından başlaya». («Camiul-Səğir» Suyiti-Cabirdən), («Mucəmül-Kəbir» Təbərani-İbni Abbasdan).
Muaviyə yenə dedi: «Başqa ayələrdən də oxu». İbni Abbas dedi: «Bu şərif ayəni oxuyuram:
وَاعْتَصِمُوا بِحَبْلِ اللهِ جَمِيًعا وَ لاَ تَفَرَّقُوا



Hamılıqla Allahın ipindən yapışın və bir-birinizdən ayrılmayın (Ali İmran surəsi, ayə (103). Məndən bu ayənin təfsirini sual edirlər: Əgər desəm ki, ondan məqsəd ki, camaat gərək ondan yapışa Peyğəmbərin Əhli-Beyti və onların əvvəlincisi Əli (ə)-dır, desəm ayəni düzgün təfsir etmiş olaram. (Səqəleyn hədisinə əsasən)». (Səqəleyn hədisini - Tirmizi Səhihində 2 c., səh. 380, Əhməd ibn Hənbəl də öz müsnədində 3 c., səh.17 və digərləri qeyd etmişlər).
Muaviyə dedi: başqa ayə təfsir et, köhnələrindən danışma.
İbni Abbas dedi: «Bu ayəyə qulaq as:
إِنِّى تَرَكْتُ فِيكُمْ حَبْلَيْنِى، إِنْ تَمْسَّكْتُمْ بِهِمَا لَنْ تَضِلُوا أَبَدًا أَحَدُهُمَا أَكْبَرُ مِنَ الْآخَرِ، كِتَابُ اللهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّمَاءِ اِلَىالْاَرْضِ وَ عِتْرَتِى أَهْلَ بَيْتِى فَإِنْهُمَا لَنْ يَفْتَرِقَا حَتَّى يَرِداَ عَلَىالْحَوْض

«Həqiqətən mən siz ümmət arasında iki möhkəm ipi əmanət qoyuram. Hər kəs bu iki ipdən möhkəm yapışsa, heç vaxt yolunu azmayacaq. Onlardan biri digərindən böyükdür: Asimanla yer arasında rabitə olan Allahın kitabı, digəri isə mənim Əhli-Beytim və itrətimdir. Onlar «Kövsər» hovuzunda mənə çatana qədər heç vaxt bir-birindən ayrılmayacaqlar.»
Ey Müaviyə! Əgər mən bundan başqa cür təfsir etsəm, həqiqətin xilafına məna etmiş olaram və mən heç vaxt belə bir iş görməyəcəyəm.
Müaviyə dedi: «Başqa ayələri camaat üçüq təfsir et, keçmiş ayələrdən danışma!»
İbni Abbas dedi: Bu ayəyə qulaq as:
هُوَالَّذِى أَيَّدَكَ بِنَصْرِهِ وَبِالْمُؤْمِنِينَ

O Allah ki, səni öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi» (Ənfal surəsi, ayə 62). Məndən sual edirlər: «Biz bilirik ki, Peyğəmbərə kömək edən Allahdır. Amma Peyğəmbərə kömək edən mömini tanımırıq. Əgər mən desəm ki, Peyğəmbərə əvvəldən axıra kömək edən Əli (ə)-dır, ayəni düzgün təfsir etmiş olaram. Bütün alimlər bu ayənin Əli (ə) barəsində olmasını təsdiq edirlər. Hətta Əbu Hureyrə bu hədisi Peyğəmbərdən nəql edir:
مَكْتُوبٌ عَلَىالْعَرْشِ: لاَ إِلَهَ إِلاَّاللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ,مُحَمَّدٌ عَبْدِى وَ رَسُولَى وَ أَيَّدْتُهُ بِعَلِّى بْنِ أَبِى طَالِب

«Allahın ərşinə belə yazılıb: Allahdan başqa məbud yoxdur və Onun üçün şərik yoxdur və Muhəmməd (s.a.a.v.) Onun Rəsuludur, Mən öz Rəsuluma Əlinin vasitəsi ilə kömək edirəm.»
Müaviyə dedi: «Məgər Quranın başqa ayələri yoxdur? Başqa bir ayəni təfsir edəsən.»
İbni Abbas bu şərif ayəni oxudu:
إِنَّ الَّذِينَ آمَنُوا وَ عَمِلوُاالصَّالِحَاتِ أُوْلَئِكَ هُمْ خَيْرُالْبَرِيَّةِ

İman gətirib yaxşı əməllər edənlər isə yaradılmaşların ən yaxşısıdır. (Bəyyinə surəsi, ayə 7.)
Camaat bu ayənin təfsirini soruşurlar: Əgər desəm ki, Peyğəmbərdən (s) sonra «ən yaxşı camaat»dan məqsəd Əli (ə) və onun övladları və şiələrdir. Həqiqətdə düzgün demişəm, əks halda isə həqiqətin xilafına təfsir etmiş olaram. Necə ki, «Sahibi Səvaiq», «Sahibi Kəşful Ğummə» və «Hafiz» və başqaları bu mözü nəql ediblər. Çünki bu ayə Peyğəmbərə (s) nazil olduqda Əli (ə)-a üz tutaraq buyurub:
أَنْتَ يَا عَلِىٌّ وَ شِيعَتُكَ تَأْتِى يَوْمَ الْقِيَامَةِ رَاضِيِّينَ وَ يَأْتِى أَعْدَائُكَ غَضَبَانًا مُقْمَحِينَ

«Ey Əli, sən və sənin şiələrin qiyamət günündə Allahdan razı halda və Allah da sizdən razı halda məşhur olacaqsınız. Amma sənin düşmənlərin Allahın qəzəbinə düçar olan və Onun rəhmətindən ümüdsüz halda məşhur olacaqlar.»
Müaviyə dedi: «Gərək hökmən bu kimi ayəni təfsir edəsən? Başqa ayə oxu və təfsir et.»
İbni Abbas dedi: «Bu şərif ayəni oxuyuram.»
وَقِفُو هُمْ إِنَّهُمْ مَّسْئُولُونَ

«Onları saxlayın, həqiqətən onlardan (Əlinin vilayəti barəsində) soruşulacaqdır (Səffat surəsi, ayə 24.)»
Bütün sünni və şiə alimləri deyiblər: Qiyamət günündə suallardan biri də Əli (ə)-ın vilayəti və ona məhəbbət bəsləməkdən ibarətdir. Mən əgər ayəni həqiqətin xilafına təfsir etsəm, ayəni düzgün təfsir etməmiş olaram.
Müaviyə dedi: «Başqa ayəni təfsir et.»
İbni Abbas bu şərif ayəni oxudu:
عَمَّ يَتَسَاعَلُونَ، عَنَ النَّبَإِالْعَظِيم، الَّذِى هُمْ فِيهِ مُخْتَلِفُونَ

«Bu (müşriklər) bir-birindən nə haqqında soruşurlar? Böyük bir xəbər haqqında! Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar.» (Nəbə surəsi, ayə 1,2 və 3)
Və dedi: «Nəbəül-əzim» nədir ki, camaat onda ixtilaf ediblər və onun haqqında təəccüblə sual edirlər? Əgər ayəni düzgün təfsir etmək istəsəm, mütləq gərək deyəm ki, «Qəbəil-əzim»dən məqsəd Əli ibni Əbu Talib (ə)-dır, bu halda ayəni düzgün təfsir etmiş olaram. Çünki Peyğəmbəri Əkrəm (s) onun barəsində buyurmuşdur.
يَا عَلِى! أَنْتَ حُجَّةُاللهِ وَ أَنْتَ بَابُ اللهِ وَ أَنْتَ الطَّارِيقُ إِلَىاللهِ وَ أَنْتَ النَّبَأُالْعَظِيمُ وَ أَنْتَ الصِّرَاطُ الْمُسْتَقِيمُ وَ أَنْتَ الْمَثَلُ الْاَعْلَى

«Ey Əli, sənsən Allahın huccəti, sənsən Allahın rəhmət qapısı, sənsən Allaha yol, sənsən böyük bir nişanə və xəbər (nəbəil-əzim), sənsən sirati mustəqim, sənsən ən ali məsəl.» Və dəfələrlə Əli (ə) özü buyurub:
مَالِلَّهِ عَزَّ وَ جَلَّ آيَةٌ هِىَ أَكْبَرُ مِنِّى وَ لاَا لِلَّهِ نَبَاٌ أَعْظِمُ مِنِّى

«Allah üçün məndən böyük bir nişanə və böyük bir xəbər yoxdur.»
Müaviyə dedi: «Gərək bu kimi ayələri yenə də oxuyasan? Başqa ayə oxu.»
İbni Abbas dedi: «Bu şərif ayəyə qulaq as:»
إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا، وَ أَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا، وَ قَالَ الْإِنْسَانَ مَا لَهَا

«Yer özünəməxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman; Yer öz yükünü çıxardıb atacağı zaman; İnsan «bu yerə nə olub» deyəcəyi zaman» (Zilzal surəsi, ayə 1,2 və 3.)
Camaat məndən soruşurlar: Ayədəki insandan məqsəd kimdir ki, belə qüdrətə malikdir? Əgər desəm ki. O Əli ibn Əbu Talib (ə)-dır, ayəni düzgün təfsir etmişəm. Çünki təfsirçilərin çoxu nəql ediblər və məsələn, Şəmim ibni Hatəm deyir ki, bir dəfə Əli (ə)-la səfərdə idik və Bəsrə şəhərinə tərəf gedirdik. İstirahət etmək üçün çöllük bir yerdə oturaq saldıq. Birdən güclü bir zəlzələ baş verdi, biz qorxduq və bu halda gördük ki, Əli (ə) öz mübarək əlini yerə qoyub bir zikr dedi ki, yer aram oldu. Biz təəccüblə dedik: Ey Əli, Allah yanında nə böyük məqamın var ki, bu cür güclü zəlzələni sakitləşdirə bildin? Həzrət buyurdu:
أَنَا الٍإِنْسَانُ الَّذِىيَقُولُ لِلأَرْضِ يَوْمَ الْقِيَامَةِ, أُسْكُتِى وَ اسْتَقِرِّى

«Mən o insanam ki, (Allahın əmri ilə) qiyamət günü yerə sakit ol, yerində qərarlaş deyəcəyəm.»
Müəllif deyir: «Safi» təfsirində həzrəti Zəhra (s.a.)-dan nəql olunub ki, Əbu Bəkrin qəsbi xilafəti zamanında Mədinədə güclü bir zəlzələ oldu, evlər dağıldı və camaatın bəziləri evlərin altında qalıb öldülər. Buna görə də camaat Əbu Bəkrin yanına qaçırdılar ki, çarə etsin. Lakin təəccüblə gördülər ki, Əbu Bəkr dostu Ömər ilə öz evindən çıxdı və qorxu halında canını qorumaq üçün hara gəldi qaçırdılar və camaata deyirdilər, nə qədər ki, gec deyil Əlidən kömək diləyək, yoxsa hamımız həlak olarıq. Onlar həzrət Əlidən (ə) kömək istədikdə həzrət əmr etdi ki, camaatın hamısı gərək Mədinə şəhərindən çıxsınlar. O vaxt Həzrət Əli (ə) özü bir təpənin başına çıxdı və öz əlini yerə qoyaraq buyurdu:
اُسْكًتِى وَ اسْتَقِرِّى
«Sakit ol və dayan». Bu vaxt yer birdən sakit oldu. Camaatın təkbir səsləri hər tərəfdən ucaldı. O Həzrətdən sual olundu: «Necə yeri sakitləşdirə bildin?»
Əli (ə) buyurdu: «Bu zəlzələni sakitləşdirmək çətin və mühüm bir məsələ deyil. Ey camaat, bilin ki, mən o insanam ki, Allahın əmri ilə qiyamət zəlzələsini sakit edəcəyəm.»
Müaviyə gördü ki, ibni Abbasın oxuduğu hər ayə, Əli (ə)-ın fəziləti və şənindədir. Buna görə də ibni Abbasa dedi: «Daha kifayətdir».
İbni Abbas dedi: İcazə ver, yenə də Qurandan başqa ayələri təfsir edəm. O vaxt bu ayəni oxudu:
لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ

«Ona görə ki, bunu (möminlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın.» (Haqqə surəsi, ayə 12)
Və dedi: Bu şərif ayə həzrət Peyğəmbərə (s) nazil olduqda Həzrət buyurdu: «Mən Allahdan istədim ki, Əlinin qulağını mənim elmimim qabı qərar verə, belə ki, məndən eşitdiklərini heç vaxt yaddan çıxarmaya.»
Əli (ə)-dan nəql olunub ki, buyurur: «Peyğəmbəri Əkrəmin (s) duası səbəbiylə eşitdiklərimi heç vaxt yaddan çıxarmamışam.»
Yenə də ibni Abbas Qurandan başqa bir ayəni oxudu və dedi: «Ey Müaviyə, bu ayənin təfsirinə qulaq as:»
فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِالْوُثْقَى لاَ النفِصَامَ لَهَا وَاللهُ سَمِيعٌ عَليِمٌ, اَللهُ وَلِىُّالَّذِينَ آمَنُوا يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَالَّذِينَ كَفَرُوا أَوْلِيَآؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُمْ مِنَ النُّورِ إِلَى الظُّلُمَاتِ أَوْلَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ

«(Belə isə) hər kəs tağuta (büt, şeytan və hər bir tüğyançı varlığa) kafir olsa və Allaha iman gətirsə, şübhəsiz ki, heç vaxt qırılmaq bilməyən möhkəm dəstəkdən (Ürvətül-vüsqadan) yapışmış olar. Allah eşidən və biləndir. Allah iman gətirən şəxslərin vəlisidir (ixtiyar sahibi və rəhbəridir). Onları zülmətlərdən nura çıxarar. (Amma) kafir olanların vəliləri (ixtiyar sahibləri və rəhbərləri) tağutlardır ki, onları nurdan çıxarıb zülmətlərə doğu aparır. Onlar cəhənnəm əhlidir və həmişəlik olaraq orada qalacaqlar.» (Bəqərə surəsi, ayə 256 və 257)
Müsəlmanlar bu şərif ayələri Peyğəmbəri Əkrəmdən (s) eşitdikdə soruşurdular: Ey Allahın Rəsulu! Heç vaxt kəsilməyən möhkəm ipdən məqsəd nədir? Və şeytana tabe olanlar kimlərdir?
Peyğəmbəri Əkrəm (s) buyurdu:
مَنْ أَحَبَّ اَنْ يَتَمَسَّكَ بِالْعُرْوَةِ الْوُثْقَى الَّتِى لاَ انْفِصَامَ لَهَا، فَلَيَتَمَسَّكْ بِوِلاَيَةِ أَخِى وَ وَصِيِّى عَلِىِّ بْنِ أَبِى طَالِب (ص)، فَاِنَّهُ لاَ يُهْلَكُ مَنْ أَحَبَّهُ وَ تَوَلاَّهُ وَ لاَ يَنْجُوا مَنْ أَبْغَضَهُ وَ عَادَاهُ

«Hər kəs kəsilməz ipdən yapışmaq istəsə, gərək Əli (ə)-ın vilayətini qəbul edə və ona məhəbbət bəsləyə. Çünki o mənim canişinim və qardaşımdır. Əliyə məhəbbət bəsləyənlər heç vaxt həlak olmaz, Əlinin düşmənləri isə heç vaxt nicat tapmaz.»
Müaviyə gördü ki, ibni Abbasın Əlinin (ə) fəzilətlərindən deməsinin qarşısını almağa nə qədər səy edirsə müvəffəq ola bilmir. Buna görə də ibni Abbası öz hüzurundan mürəxxəs etdi.
Başqa bir rəvayətə görə ona dedi: «Bundan sonra Quranın ayələrindən heç birini camaat üçün təfsir etməyə haqqın yoxdur.»

İMAM ƏLİ (Ə) ÖZ HAQQINI MÜDAFİƏ EDƏRKƏN MÜBAHİSƏSİ
Osmanın xilafət dövrü idi. Sayı iki yüzdən artıq olan mühacir və ənsardan ibarət bir dəstə Peyğəmbər (s) Məscidində bir yerə yığışdılar. Dəstə-dəstə bir-biri ilə mübahisə edirdilər. Onlardan bəziləri elm və təqvanın şənində sözlər deyir, bəziləri Qureyşin üstünlükləri və onun keçmişindən söz açır, onların hicrətlərindən və Peyğəmbəri Əkrəmin (s) onların fəzilətindən buyurduğu sözlərdən söhbət açır və deyirdilər ki, Peyğəmbər (s), Qureyş barəsində belə buyurur: «İmamlar Qureyşdəndir.»
Yaxud buyurur: «İnsanlar Qureyşə tabedirlər, Qureyş isə ərəbin rəhbərləridir.»
Beləliklə hər dəstə, öz mənsub olduğu sülalənin ixtilaflarını sadalayırdı. Mühacirlərin arasında Həzrət Əli (ə), Səd Vəqqas, Əbdül-Rəhman Ouf, Təlhə, Zubeyr, Miqdad, Haşim ibn Ütbə, Əbdullah ibn Ömər, Həsən və Huseyn (ə), ibn Abbas, Muhəmməd ibn Əbu Bəkr və Əbdullah ibn Cəfər var idi. Ənsarın da arasında Ubeyd ibn Kəb, Zeyd ibn Sabit, Əbu Əyyub Ənsari, Qeys ibn Səd, Cabir ibn Əbdullah Ənsari, Ənəs ibn Malik və s. Kimi şəxslər var idi.
Onların arasında baş verən mübahisələr, sübhdən günortaya qədər davam etdi. Bu zaman Osman öz evində idi. Həzrət Əli (ə) və onun tərəfdarları, qohum-əqrabaları sükut yolunu seçmişdilər.
Bu zaman bir neçə nəfər həzrət Əli (ə)-a üz tutub dedilər: Nə üçün siz danışmırsınız?
Bu zaman İmam Əli (ə) buyurdu: Siz hər iki qrup - mühacir və ənsar, hər biriniz öz məqam və şəninizi (yəni rəhbərlik məqamına layiq olmaqdakı şəninizi) dediniz, lakin mən sizin hər ikinizdən soruşuram: Allah bütün bu ixtilafları və üstünləri sizə kimə görə vermişdir?
Mühacir və ənsar dedilər: həzrət Muhəmməd (s) və onun ailəsinin xatirinə bizə bu imtiyazları vermişdir.
İmam Əli (ə) buyurdu: Düz dediniz. Bilirsinizmi ki, sizin dünya və axirətdə səadətə nail olmağınız biz Nubuvvət Əhli-beytinin xatirinədir? Mənim əmioğlum buyurmuşdur: «Mən və sülaləm, Adəmin xilqətindən on dörd min il əvvəl Allah dərgahında nurlar şəklində idik. Sonra Allah o nurları pak və iffətli nəsillərdən bir-birinə ötürmüşdür və bu nurlar hər növ aludəçilikdən pak qalmışdır.»
Sonra Əli (ə) öz fəzilətlərinin bir qismini sadaladı, sonra orada olanlara and verdi ki, belə deyildirmi? Orada olanlar etiraf etdilər ki, bəli həzrəti Rəsuli-Əkrəm (s) Əli (ə)-ın barəsində bu fəzilətləri buyurmuşdur.
Həzrət Əli (ə) o cümlədən buyurdu: Sizi and verirəm Allaha, sizlərdən Peyğəmbərin (s) mənim xilafətim barəsində dediyi sözləri hər kim eşidibsə, durub şahidlik versin.
Bu zaman Salman, Əbuzər, Miqdad, Zeyd ibn Ərqəm, Bərra ibn Azim ayağa qalxıb, dedilər: Biz şəhadət veririk ki, Peyğəmbərin (s) bu barədə dediyi sözləri xatırlayırıq. Həzrət minbərə çıxmışdı, sən isə onun yanında idin. Peyğəmbər (s) buyurdu: Allah mənə fərman vermişdir ki, sizin İmamınızı və özümdən sonrakı canişinimi təyin edəm. Belə ki, Allah ona itaət etməyi bütün möminlərə vacib etmişdir. Ey insanlar, məndən sonra sizin İmam, mövla və rəhbəriniz qardaşım Əlidir.
وَ هُوَ فِيكُمْ بِمَنْزِلَتِى فِيكُمْ فَقَلِّدُوهُ دِينَكُمْ وَ اَطِيعُوهُ فِى جَمِيعِ اُمُورِكُمْ

«Onun sizin aranızda olan məqamı eyni ilə mənim sizin yanınızda olan məqamı kimidir. Öz dininizdə ona itaət edin, həyatınızın bütün sahələrində ona tabe olun.»
Beləliklə İmam Əli (ə) onların arasında münazirə ilə İmamət və özünün üstünlük olma dəlillərini bəyan edib, onlara höccəti tamam etdi.
ƏGƏR PEYĞƏMBƏRDƏN (S) SONRA BİR PEYĞƏMBƏR GƏLSƏYDİ KİM OLARDI
Böyük mərcəi təqlidlərdən olan mərhum Ayətullah əl-üzma seyyid Əbdullah Şirazi buyururdu: Məkkeyi-Müəzzəmədə, Babussəlamın yanında bir kitab mağazası var idi. Mən Quran almaq üçün oraya getdikdə, çox zəkalı sünnü alimlərindən biri ilə görüşdüm. O, məni tanıdı (şiə alimi olduğumu bildi). Mənə çoxlu ehtiram göstərib, bəzi suallar soruşdu. O, mənə verdiyi ilk sual belə idi: Siz, bu hədis barəsində nə fikirdəsiniz:
Əgər məndən sonra bir peyğəmbər olsaydı hökmən Ömər ibni Xəttab olardı.
Dedim: Peyğəmbər (s) heç vaxt belə sözü deməmişdir. Bu onun barəsində uydurulan tam yalan hədisdir.
Dedi: Hansı əsasa görə?
Dedim: Siz, mənzilət hədisi barəsində nə fikirdəsiniz? Məgər bizim və sizin aranızda danılmaz olan hədislərdən deyildirmi? Peyğəmbər (s) Əliyə (ə) buyurmuşdur:
يَا عَلِى اَنْتَ مِنِّى بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَى إِلاَّ أَنَّهُ لاَ نَبِىِّ بَعْدِى

Ey Əli səninlə mənim münasibətim, Harunla Musanın münasibəti kimidir. Yalnız bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər gəlməyəcəkdir.
Dedi: Bəli, bu hədisin doğruluğu bizim nəzərimizdə danılmazdır.
Dedim: Bu hədisdən belə başa düşülür ki, əgər Peyğəmbəri Əkrəmdən (s) sonra peyğəmbər gəlməli olsaydı, hökmən Əli (ə) olardı. Buna əsasən bu hədis sizin də qəbul etdiyiniz hədislər sırasında olduğuna görə, bayaq dediyin hədis (yəni məndən sonra Peyğəmbər olsaydı Ömər olardı) əsassız və tam yalan hədislərdəndir.
O, mənim bu cavabım qarşısında aciz qaldı. Heyrətli halda sükut etdi.
NƏ ÜÇÜN İMAM ƏLİ (Ə)-IN ADI QURANDA YOXDUR.
Bir neçə sünnü və şiə alimləri arasında qızğın mübahisə məclisi təşkil olunmuşdu. Hamı tam anlaşma və hüsnü niyyət şəraitində hər növ təəssüblərdən uzaq İslam məzhəblərinin hər hansı birinin haqq olması barəsində mübahisə aparırdılar. Mübahisə buradan başlamışdı:
Sünnü alimi: Əgər Əli (ə) Peyğəmbərdən (s) sonra birinci xəlifədirsə, onda bu məsələ və Əlinin adı Quranda bəyan olunmalı idi ki, müsəlmanlar təfriqəyə düçar olmasınlar.
Şiə alimi: Qurani-Kərimdə Peyğəmbərin (s) səhabələri içərisində Zeyd ibni Harisdən başqa heç birinin adı qeyd olunmamışdır. Onun da adı Peyğəmbərin (s) Zeydin əvvəlki arvadı Zeynəb ilə evlənməsi ilə əlaqədardır.
Sünnü alimi: Zeydin adının Quranda yalnız bir şəri hökm xatirinə qeyd olunduğuna görə imam Əlinin (ə) adı əsaslı və mühüm bir məsələni (imaməti) çatdırmaq üçün hökmən qeyd olunmalı idi.
Şiə alimi: Əgər imam Əli (ə)-ın adı Quranda qeyd olunsaydı, o Həzrətin çoxlu düşmənləri olduğundan, digər tərəfdən də həmin dövrdə Quranların sayı az olduğu üçün Quran təhrif oluna bilərdi və o Həzrətin adını Qurandan çıxara bilərdilər. Deməli daha yaxşı olardı ki, o həzrətin rəhbərlik məqamı xüsusi sifətlərlə bəyan olunsun. Quranın ümumi halda üslubu külliyyatı bəyan etməkdir. Amma onun xarici nümunələri Peyğəmbərin (s) vasitəsilə təyin olunur.
Sünnü alimi: Quranın hansı yerində Əli (ə)-ın xüsusiyyətləri qeyd olunmuşdur. O cümlədən vilayət ayəsi («Maidə» surəsi 55), itaət ayəsi («Nisa» surəsi 59), mubahilə ayəsi («Ali İmran» surəsi 61), təthir ayəsi («Əzhab» surəsi 33), Qədir-Xumda iblağ ayəsi («maidə» surəsi 67), inzar ayəsi («Şüara» surəsi 23), ikmal ayəsi («Maidə» surəsi 3) və sair.
Bu ayələrin hər biri onların nazil olma səbəbinə, eləcə də Peyğəmbəri Əkrəmdən (s) sünnü və şiə təriqi ilə bu barədə nəql olunan hədislərə diqqət yetirməklə məlum olur ki, imam Əli (ə)-ın Peyğəmbərdən (s) sonra birinci xəlifə olmasını çatdırır. Quran özü də buyurur:
وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَ مَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا

«Allahın Rəsulunun (s) sizin üçün gətirdiyi, sizə əmr etdiyi şeyləri əxz edin yerinə yetirin. Qadağan edib çəkindirdiyi şeylərdən çəkinin və onu yerinə yetirməyin» («Həşr» surəsi 7)
Bütün müsəlmanların qəbul etdiyi «Səqəleyn» hədisinə görə Həzrət Peyğəmbər (s) buyurur: «Sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Biri Quran, ikincisi Əhli-Beytim olan itrətimdir.»
Sizin çoxlu hədislərinizdə isə deyilir: «Sizin aranızda iki şeyi qoyub gedirəm. Quran və öz sünnəmi».
Buna əsasən Peyğəmbərin (s) sünnəsinə, yəni o həzrətin kəlamlarına qulaq asıb qəbul etməliyik. İndi biz deyirik ki, yuxarıdakı ayə Peyğəmbər (s) sünnəsinə əsasən İmam Əli (ə)-ın barəsində nazil olmuşdur. Buna əsasən Qurani-Məcid İmam Əli (ə)-ı Peyğəmbərdən (s) sonra birinci xəlifə və canişin kimi təqdim etmişdir. Amma müəyyən məsləhətlər naminə o Həzrətin adı Quranda qeyd olunmamışdır.
Bütün Quranda yalnız dörd yerdə Peyğəmbərin adı Muhəmməd (s) və bir dəfə Əhməd (s) qeyd olunmuşdur. Amma yüz dəfələrlə o həzrətin xüsusiyyətlərinə işarə edilmişdir.

ƏLİ (Ə)-IN FƏZİLƏTLƏRİ HAQQINDA
PEYĞƏMBƏRİ-ƏKRƏMDƏN HƏDİSLƏR

قَا
لَ رَسُولُ الله (ص)

Allahın rəsulu (Muhəmməd Peyğəmbər (s) buyurur:
عَلِى مَعَ الْقُرْآنِ, وَالْقُرْآنُ مَعَ عَلِىٍّ

«Əli (ə) Quranla, Quran da Əli (ə) ilədir» (Müstədrək, 124/3)
عَلِىٌّ مَعَ الْحَقِّ وَالْحَقُّ مَعَ عَلِىٍّ

«Əli (ə) haqq ilə, haqq da Əli (ə) ilədir.» (Tarixi Bağdad, 221/14)
حَقُّ عَلِىٍّ عَلَى هَذِهِ الْأُمَّةِ كَحَقِّ الْوَالِدِ عَلَى وَلَدِهِ

«Əlinin bu ümmətə olan haqqı, valideynin öz övladına olan haqqı kimidir.» (Ğayətul məram, 543-544)
حَقُّ عَلِىٍّ عَلَى الْمُسْلِمِينَ كَحَقِّ الْوَالِدِ عَلَى وَلَدِهِ

«Əli (ə)-ın müsəlmanlara olan haqqı valideynin öz övladına olan haqqı kimidir.» (Ğayətul-məram, 544)
اَنَا وَ عَلِىٍّ أَبَوَا هَذِهِ الْاُمَّة

«Mən və Əli bu ümmətin (mənəvi) atasıyıq.» (Ğayətul məram,543-544)
حُبُّ عَلِىٍّ بَرَاءَةٌ مِنَ النَّارِ

«Əli (ə)-ı sevmək cəhənnəm odundan qurtuluş vəsiqəsidir.» (Yanəbiul məvəddə, 296)
حُبُّ عَلِىٍّ يَأْكُلُ الذُّنُوبَ كَمَا تَأْكُلُ النَّارُ الْحَطَبَ

«Atəş odunları yeyib aradan apardığı kimi, Əli (ə)-a məhəbbət bəsləmək günahları aradan aparır.» (Yənabiul-məvəddə, 295)
لَوْ إِجْتَمَعَ النَّاسُ عَلَى حُبِّ عَلِىِّ بْنِ أَبِى طَالِب لَمَا خَلَقَ اللهُ النَّارَ

«Əgər bütün insanlar Əli ibn Əbu Talibə (ə) məhəbbət bəsləsəydilər, Allahu-Təala (c.c.) heç vaxt cəhənnəmi xəlq etməzdi.» (Bəşarətul-Mustafa, səh.91)
عُنْوَانُ صَحِيفَةِالْمُؤْمِنِ حُبُّ عَلِىِّ بْن اَبِى طاَلِب

«Əli ibn Əbu Talibə (ə) məhəbbət bəsləmək, möminin qəlbinin sərlövhəsidir.» (Mənaqib, 211)
حُبُّهُ إِيْمَان وَ بُغْضُهُ كُفْر

«Ona (Əli (ə)-a) məhəbbət bəsləmək iman, kin-küdurət etmək isə küfrdür.» (Miətu-mənqəbə, ibn Şazan)
مَنْ كُنْتُ مَوْلاَهُ فَإِنَّ مَوْلاَهُ عَلِىٌّ

«Mən hər kəsin mövlası və rəhbəriyəmsə, həqiqətən Əli (ə) də onun rəhbəri və mövlasıdır.» (Müstədrək, 134/3)
عَلِىٌّ أَخِى فِى الدُّنْيَا وَ الْآخِرَةِ

«Əli dünya və axirətdə mənim qardaşımdır.» (Yənabiul-məvəddə,180)
عَلِىٌّ اَمِيرَالْمُؤْمِنِينَ

«Əli (ə) möminlərin əmiri, rəhbəri və mürsəl (peyğəmbərlərin) başçısıdır.» (Kifayətut-talib, 168)
عَلِىٌّ اَوَّلُ مَنْ آمَنَ بِى وَ صَدَّقَنِى

«Əli (ə) mənə iman gətirən və məni təsdiq edən ilk şəxsdir.» (İbn Əsakir, 63/1)
عَلِىٌّ طَاعَتُهُ طَاعَتِى، وَ مَعْصِيَتُهُ مَعْصِيَتِى

«Əli (ə)-ın itaəti mənim itaətim, ona qarşı günah və üsyan isə, mənə qarşı günah və üsyandır.» (Fəraid, 179/1)
عَلِىٌّ قَسِيمٌ النَّارِ وَالْجَنَّةِ

«Əli (ə) cəhənnəmlə cənnəti bir-birindən ayırandır.» (Yənabiul məvəddə,180)
عَلِىٌّ مِنِّى وَ اَنَا مِنْهُ وَ هُوَ وَلِىُّ كٌلِّ مُؤْمِنِ بَعْدِى

«Əli (ə) məndən, mən də ondanam və o, məndən sonra bütün möminlərin vəlisi və rəhbəridir.» (İbn Əsakir, 179/1)
«Əli (ə)-ın mənə münasibəti, başımın bədənimə olan münasibəti kimidir.» (Tarixi Bağdad, 12/7)
عَلِىٌّ مِنِّى بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَى إِلاَّ أَنَّهُ لاَ نَبِىَّ بَعْدِى

«Əli (ə)-ın mənə münasibəti, Harunla Musanın münasibəti kimidir, yalnız bu fərqlə ki, o məndən sonra nəbi və peyğəmbər deyil.» (Kənzül-ümmal, 603/11)
عَلِىٌّ وَ شِيْعَتُهُ هُمُ الْفَائِزُونَ

«Nicat tapanlar Əli (ə) və onun şiələridir.» (Yənabiul məvəddə, 180-237)
إِنَّ اللهَ أَمِرَنِى أَنْ أَزَوِّجَ فَاطِمَةَ مِنْ عَلِىٍّ

«Həqiqətən Allahu-Təala (c.c.) Fatimə (s.a)-nın Əli (ə) ilə evlənməsini mənə əmr etmişdir.» (Kənzül-ümmal, 600-606/11)
إِنَّ اللهَ جَعَلَ ذُرِّيَّةَ مُحَمَّدٍ (ص) مِنْ صُلْبِ عَلِىِّ بْنِ أَبِى طَالِبٍ

«Həqiqətən Allahu-Təala (c.c.) Muhəmməd Peyğəmbər (s.a.a.v.)-in nəslini Əli ibn Əbu Talibin (ə) sülbündən qərar vermişdir.» (Mənaqib, 49)
إِنَّ أَوَّلَ مَنْ صَلِّى مَعِى عَلِىٌّ

«Həqiqətən Əli (ə) mənimlə birlikdə namaz qılan ilk şəxsdir.» (Yənabiul məvəddə, 62)
زَيِّنُوا مَجَالِسَكُمْ بِذِطْرِ عَلِىٍّ

«Əlini (ə) zikr etməklə öz məclislərinizi zinətləndirin.» (mənaqib, 211)
ذِكْرُ عَلِىِّ بْنِ أَبِى طَالِبٍ عِبَادَةٌ

«Əli ibn Əbu Talib (ə)-ı zikr etmək ibadətdir.» (Mənaqib)
عَن النَّبِىِّ قَالَ: مَنْ آذَا عَلِيًا فَقَدْ آذَانِى

Peyğəmbər-Əkrəm (s.a.a.v.) buyurub: Hər kəs Əliyə əziyyət edə, mənə əziyyət edibdir. (Tarixu ibn Əsakir, 1-ci cild, səh.500)
سَمِعْنَا رَسُولَ اللهِ (ص) يَقُولُ: خَازِنُ سِرِّى بَعْدِى عَلِىٍّ

Əba Ümamə deyir: Allahu-Təalanın (c.c.) Rəsulundan (s) eşitmişəm ki, buyurub: Məndən sonra Əli mənim (elm) xəzinəmin gözətçisidir. (Əmaliyi Səduq, səh.648)
عَنْ عَلِىٍّ (ع): قَالَ لِى رَسُولُ اللهِ (ص): أَنْتَ اَلْإِمَامُ أَبُو الْاَئِمَّةِ أَحَدَ عَشَرَ

Əli (ə) buyurur: Peyğəmbər-Əkrəm (s.a.a.v.)- mənə buyurdu: Sən İmam və on bir İmamın atasısan. (Muntəxəbul-əsər, səh.29)
عَن النَّبِىِّ (ص) قَالَ: لِكُلِّ شَيْئٍ جَوَازً وَ جَوَازُ الصَّرَاطِ حُبُّ عَلِىِّ بْنِ أَبِى طَالِبٍ

Peyğəmbər-Əkrəm (s.a.a.v.) buyurub: Hər bir şey üçün icazə lazımdır, sirat görpüsünün icazəsi də Əli ibn Əbu Talibin məhəbbətidir. (Bihar, 39-cu cild, səh.203)
رَسُولُ اللهِ (ص) كَانَ يَقُلُ: وَ أَذْكُرُوا عَلِىَّ بْنِ أَبِى طَالِب (ع) فِى مَجَالِسِكُمْ فَاِنَّ ذِكْرَهُ ذِكْرِى وَ ذِكْرِى ذِكْرُ اللهِ

Allahu-Təalanın (c.c.) Rəsulu (s) həmişə deyirdi: Əli ibn Əbu Talibi öz məclislərinizdə yad edin. Həqiqətən onu yad etmək məni yad etmək, məni də yad etmək Allahu-Təalanı (c.c.) yad etməkdir. (Nurus-səqələyn, 1-ci cild, səh. 177)
قَالَ رَسُولُ اللهِ (ص): ... أَلنَّظَرُ إِلَى عَلِىِّ بْنِ أَبِى طاَلِبٍ عِبَادَةٌ

Allahu-Təalanın (c.c.) Rəsulu (s) buyurub: «Əli ibn Əbu Talibə baxmaq ibadətdir.» (Şəvahidut-tənzil, 2-ci cild, səh. 182)
عَنِ النَّبِىِّ (ص) قَالَ: لاَ يُحِبُّكَ إِلاَّ طَاهِرُالْوِلاَدَةِ وَ لاَ يُبْغِضُكَ إِلاَّ خَبِيثُ الْوِلاَدَةِ

Peyğəmbər-Əkrəm (s.a.a.v.) buyurub: (Ey Əli) fəqət səni halalzadələr sevər və haramzadələr isə səni düşmən tutar (Ehqaqul-həqq, 7-ci cild, səh.382)
عَنْ أَمِيرَالْمُؤْمِنِينَ (ع): مَنْ عَرَفَنَا فَقَدْ عَرَفَ الله

Əmirəl möminin (ə)-dan nəql olunub: Hər kəs bizi (əhli-beyti) tanısa, həqiqətən Allahu-Təalanı (c.c.) tanıyıb. (Kafi, 1-ci cild, səh.296)
قًالً رَسُولُ اللهِ (ص): مَنْ أَحَبَّنِى وَ مَنْ أَطاَعَهُ أَطاَعَنِى

Allahu-Təalanın (c.c.) Rəsulu buyurub: Hər kəs onu (Əlini) sevsə, məni sevibdir. Hər kəs ondan itaət etsə, məndən itaət edibdir. (Nurus-səqələyn, 74/73/5)
قَالَ رَسُولُ اللهِ (ص): عَلِىٌّ سَيِّدٌالْمُؤْمِنِينَ

Allahu-Təalanın (c.c.) Rəsulu (s) buyurub: (Əli) möminlərin ağasıdır. (Kafi, 1/294/1)
قَالَ رَسُولُ اللهِ (ص): عَلِىٌّ عَمُودُالدِينِ

Allahu-Təalanın (c.c.) Rəsulu (s) buyurub: Əli (ə) dinin sütunudur. (Kafi, 1/294/1)
قَالَ رَسُولُ اللهِ (ص): صَاحِبُ سِرِّى عَلِىُّ بْنُ أَبِى طاَلِبٍ

Allahu-Təalanın (c.c.) Rəsulu (s) buyurub: Əli ibn Əbu Talib mənim (elm) sirrimin sahibidir. (Tarixi Dəməşq, 2/311)
يَا مَعْشَرُ النَّاسِ:سَلُونِى قَبْلَ أَنْ تَفْتِدُونِى سَلُونِى فَإِنَّ عِنْدِى عِلْمَ الْاَوَّلِينَ وَالآخَرِينَ

Ey camaat! Həqiqətən əvvəlin və axirin elm mənim yanımdadır, nə qədər ki, sizin aranızdan getməmişəm məndən sual edin. (Əl-iraşid, 1-ci cild, səh. 35)
أَلْاَمَامُ عَلِىٌّ (ع) مَازِلْتُ مُذقُبِضَ رَسُولُ اللهِ (ص) مَظْلُومًا

Həzrət Əli (ə) buyurub: Allahu-Təalanın (c.c.) Rəsulu (s) dünyadan köçən gündən məzlumam. (Şərhi nəhcül-bəlağə, 4-cü cild, səh.103)
لاَ سَيْفَ إِلاَّ ذُوالْفِقَار وَ لاَ فَتَى إِلاَّ عَلِىٍّ

Uhud müharibəsində asimandan belə nida olundu:
Zülfüqar kimi heç bir qılınc və Əli (ə) kimi heç bir cavan yoxdur. (Müntəhul-əmal)
Həzrət Salman buyurur: Peyğəmbər-Əkrəm (s.a.a.v.) can verən halda gördüm ki, buyurur:
إِلَهِى أَتَقَرَّبُ إِلَيْكَ بَوِلاَيَةِ عَلِىِّ بْنِ أَبِى طَالِبٍ

İlahi, Əli ibn Əbu Talibin vilayəti ilə sənin dərgahına yaxınlaşıram. (Kərəmətul-ələviyyə)
أَلسَّلاَمُ عَلَى الْمَوْلُودِ فِى الْكَعْبَة

Salam olsun Kəbədə dünyaya göz açan şəxsə. (Külliyyati Məfatihul-cinan, səh.358)
السَّلاَمُ عَلَى مِنْ شُرِّفَتْ بِهِ مَكَّةُ وَ مِنَى

Salam olsun o kəsə ki, Məkkə və Mina onun vasitəsilə şərafət tapdı. (Külliyyati məfatihul-cinan, səh.358)
قَالَ رَسُولُ اللهِ (ص): اَلاَ وَ مَنْ أَحَبَّ عَلَيَّا فَقَدْ أَحَبَّنِى وَ أَحَبَّنِى رّضِىَ الله عَنْهُ

Allahu-Təalanın (c.c.) Rəsulu buyurub: Agah olun, bilin hər kəs Əliyə (ə) məhəbbət bəsləsə həqiqətən mənə məhəbbət bəsləyibdir və hər kəs də mənə məhəbbət bəsləyə Allahu-Təala (c.c.) da ondan razı olar. (Mənaqibbi Əmirəl-möminin, ibn Şazan, səh.91-94)
اَلاَ وَ مَنْ أَحَبَّ عَلِيَّا اِسْتَغْفَرَتْ لَهُ الْمَلاَئِكَةُ وَ فُتِحَتْ لَهُ أَيْوَابُ الْجَنَّة، يَدْخُلُ مِنْ أَىِّ بَابٍ شَاءَ بِغَيْر حِسَابٍ

Agah olun hər kəsin Əli (ə)-a məhəbbəti olsa, mələklər o şəxsin günahlarının bağışlanmasını istəyir və onun üçün cənnətin qapıları açılar və hansı qapıdan istəsə hesabsız daxil olar. (Mənaqibi Əmirəl-möminin, ibni Şazan, səh.91-94)
أَلاَ وَ مَنْ أَحَبَّ عَلَيَّا أَعْطَاهُ الله كِتَابَهُ بِيَمِينِهِ، وَ حَاسَبَهُ الله حِسَابَ الاَنْبِيَاء

Agah olun hər kəsin Əli (ə)-a məhəbbəti olsa, Allahu-Təala (c.c.) onun nameyi-əməlini sağ əlinə verər və ondan Ənbiyaların hesabı kimi hesab çəkər. (Mənaqibi Əmirəl-möminin, ibn Şazan, səh.91-94)
اَلاَ وَ مَنْ اَحَبَّ عَلَيَّا تَقَبَّلَ الله مِنْهُ حَسَنَاتِهِ وَ تَجَاوَزَ عَنْ سَيِّآتِهِ، وَ كاَنَ فِىالْجَنَّةِ رَفِيقِ حَمْزَةِ سَيِّدِالشُّهَدَاءِ

Agah olun hər kəs Əli (ə)-a məhəbbət bəsləsə, Allahu-Təala (c.c.) onun yaxşı əməllərini qəbul edib günahlarını bağışlayar və Həmzə Seyyidüş-şühəda ilə cənnətdə dost olar. (Mənaqibi Əmirəl-möminin, ibn Şaxan, səh.91-94)
اَلاَ وَ مَنْ اَحَبَّ عَلَيَّا اَثْبَتَ الله الْحِكْمَةَ فِى قَلْبِهِ، وَ أَ جْرَى عَلَى لِسَانِهِ الصَّوَابَ، وَ فَتَحَ اللهِ عَلَيْهِ أَبْوَابَ الرَّحْمَة

Agah olun hər kəsin Əli (ə)-a məhəbbəti olsa, Allahu-Təala (c.c.) onun qəlbində hikməti qərar verər, dilindən doğru söz cari edər və Allahu-Təala (c.c.) rəhmət qapılarını onun üzünə açar. (Mənaqibi Əmirəl-möminin, ibn Şazan, səh. 91-94)
قَالَ عَلى (ع): أَنَا اَوَّلُ مَنْ صَدَّقَهُ وَ أَنَا أَوَّلُ مَنْ آمَنَ بِهِ

Əli (ə) buyurub: Mən əvvəlin kəsəm ki, onu (Muhəmməd (s.a.a.v.)-i) təsdiq etdim, mən əvvəlin şəxsəm ki, ona iman gətirmişəm. (Nəhcül-bəlağə, 37-ci xütbə)
اَنَا اَوَّلَ مِنْ اَسْلَمَ، اَنَا اَوَّلُ مَنْ صَلِّى مَعَ النَّبِىِّ (ص)

Həzrət Əli (ə) buyurub: Mən İslamı qəbul edən əvvəlin şəxsəm, mən Peyğəmbər-Əkrəmlə ilk namaz qılan şəxsəm.
قاَلَ على (ع): فُزْتُ وَ رَبِّ الْكَعْبَةِ

Həzrət Əli (ə) buyurur: And olsun Kəbənin Allahına, əbədi olan səadətə çatdım (şəhadətə yetişdim). (Əsədül-ğabə, 4-cü cild, səh.37)
فَصَبْرَتُ وَ فِىالْعِينِ قَذِى وَ فِىالْحَلْقِ شَجاَ

Əli (ə) buyurub: Boğazımda sümük və gözümdə tikan qalmış halda səbr etdim. (Nəhcül-bəlağə, 3-cü xütbə)
قَالَ رَسُولُ الله (ص): أَنَا اَدِيبُ الله وَ عَلِىٌّ اَدِيبِى

Allahu-Təalanın (c.c.) Rəsulu (s) buyurur: Mən Allahu-Təalanın (c.c.) tərbiyət olunmuşu, Əli (ə) isə mənim tərbiyət olunmuşumdur. (Bihar, 16-cı cild, səh.281)
قَالَ رَسُولُ الله (ص): أَنَا مِيزَانُ الْحِكْمَةِ وَ عَلِىٌّ لِسَانُهُ

Allahu-Təalanın (c.c.) Rəsulu buyurur: Mən hikmətin tərəzisi, Əli(ə)-da onun gözləridir. (Ehqaqul-həqq, 6-cı cildi, səh. 46)
قَالَ رَسُولُ الله (ص): لَضَرْبَةُ عَلِىٍّ خَيْرٌ مِنْ عِبَادَةِ الثَّقَلَيْنِ

Allahu-Təalanın (c.c.)-Rəsulu Xeybər müharibəsində Əli(ə)-ın şücaət və fəziləti haqqında belə buyurur: Həqiqətən Əli(ə)-ın zərbəsi insanların və cinlərin ibadətlərindən üstündür.(Bihar, 39-cu cild, səh. 2 ).
قَالَ عَلِىٌّ (ع): لَوْ كٌشِفَ الْغِطاَءُ مَا اَزْدَدْتُ يَقِينًا

Əli (ə) buyurub: Əgər(dünya) pərdəsi aradan götürülsə, bir şey mənim yəqinimin üstünə artmaz.( Bihar, 40-cı cild, səh. 153).
قَالَ رَسُولُ الله (ص): إِنَّكَ تَسْمَعُ مَا أَسْمَعُ وَ تَرَى مَا اَرَى إِلاَّ أَنَّكَ لَسْتَ بِنَبِىٌّ وَ لَكِنَّكَ لَوْزِيرٌ وَ إِنَّكَ لَعَلَى خَيْرٍ

Allahu-Təalanın (c.c.) -Rəsulu buyurub: (Ey Əli) həqiqətən bütün o şeyləri ki, mən eşidirəm sən də eşidirsən, bütün o şeyləri ki, mən görürəm sən də görürsən, yalnız bu fərqlə ki, peyğəmbər deyilsən. Sən vəzir və xeyirli-düzgün yoldasan.(Nəhcul- bəlağə, 192-ci xütbə).
إِنِّى تَارِكٌ فِيكُمُ الثَّقَلَيْنِ كِتَابَ اللهِ وَ عِتْرَتِى أَهْلَ بَيْتِى

«Həqiqətən Mən sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm. Allahu-Təalanın (c.c.) Kitabı və itrətim olan Əhli-Beytim(ə)». (Mənaqibi ibni Şazan).
أَهْلُ بَيْتِى أَمَانٌ لِاُمَّتِى مِنَ الْإِخْتِلاَفِ فَإِذَا خَالَفَتْهُمْ قَبِيلَةٌ مِنَ الْعَرَبِ إِخْتَلَفُوا فَصَارُوا حِزْبَ إِبْلِيسَ

«Hər zaman ərəblərdən bir qəbilə onlarla (Əhli-Beytimlə(ə) müxalifət edərsə ixtilafa düşəcək və bu zaman İblisin qoşunlarına çevriləcəkdir».
Category: Diger me'lumatlar | Baxış: 1796 | Added by: Fussilət | Rating: 0.0/0
Total comments: 1
0  
1 GADİR   (2014-02-13 4:40 PM) [Daxil et]
ALLAH RAZİ OLSUN

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]