Bazar günü, 2024-12-22, 6:26 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Iyun » 26 » İmam Əli (ə)
8:41 AM
İmam Əli (ə)
 
Əli ibn Əbu Talib (ərəbcə: علي بن أﺑﻲ طالب)
 
Hz. Əli «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının 13-ü Kəbə evində dünyaya göz açmışdır. Atası Əbu Talib, anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin 40-cı ili ramazan ayının 21-də Kufə şəhərində şəhadətə qovuşmuşdur. Məzarı Nəcəf şəhərindədir.
Əli İbn Əbu Talib (598-661)- İslamın dördüncü xəlifəsi, Məhəmməd peyğəmbərin əmisi oğlu və kürəkəni, əhli sünnəyə görə IV xəlifə. Anasının adı Fatimə bint Əsəd ibn Haşimidir. Əliyə, qızı Fatiməni ona verən peyğəmbər tərəfindən Əbu-Turab ləqəbi verilmişdir. Neçə yaşında müsəlman olduğunu sübut etmək imkansızdır. Lakin Xədicə ilə eyni vaxtda ilk və ya ikinci müsəlman olan şəxsdir. Əli, özlərinə qəti olaraq cənnət vəd edilən on adamdan biridir. Peyğəmbərin ölümündən sonra onun arzusu ilə təşkil olunan 6 adamlıq məclisin üzvlərindən biri.
Peyğəmbər Mədinəyə hicrət etmək qərarın gəlib Məkkəni tərk etdiyi zaman Əli onun evində qaldı və onun yox olmasını gizlətməyə müvəffəq oldu. Peyğəmbərə verilmiş əmanətləri sahiblərinə qaytarmaq üçün Əlinin bir neçə gün Məkkədə qalması vacib idi. Əli Bədr, Ühüd, Xəndək və ümumiyyətlə bütün müharibələrdə Peyğəmbərin yanında olmuşdur, yalnız Təbuk döyüşü zamanı Peyğəmbərin vəkilliyi ilə Mədinədə qalmışdı. Fələkdə, Yəhudi-Səd qəbiləsinə qarşı döyüşü özü idarə etdi (hicri 6-miladi 628), Ühudda 6 yerdən yaralandı, Heybərə hücum edilən gün sancağı daşıyan Əli idi. Hicri 10-cu ildə (miladi 631-632) Yəmənə edilən səfəri Əli idarə etdi və Həmdanilər İslam dinini qəbul etdilər.
 
 
Category: Diger me'lumatlar | Baxış: 951 | Added by: Fussilət | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]