Əsas səhifə » 2012 Iyun 11 » İmam Hüseyinin (ə) türbəti
4:32 AM İmam Hüseyinin (ə) türbəti | |
İmam Hüseyinin (ə) türbəti "Vəsailüş-şiə” kitabının müəllifi Şeyx Hürr Amili "İsbatül-huda” adlı digər bir kitabında belə nəql etmişdir: "Məşhur məsihi təbibi Yuhənna deyirdi: Musa ibn İsanın sarayında olduğumuz vaxt müsəlman sərkərdələrdən biri Kərbəla türbəti ilə sağalan xəstələrdən söz açdı. Bəni-Haşim qəbiləsindən olan bir nəfər onun sözünə əlavə edərək dedi: "Biz əlacı olmayan xəstələrimizi onunla (Kərbəla türbəti) müalicə edirik. Musa ibn İsa Əhli-beytin (ə) qatı düşmənlərindən biri idi. O, İmam Hüseyni (ə) və məclisdəkiləri ələ salmaq niyyəti ilə əyləşdiyi yerə bir az Kərbəla türbətindən tökməyi əmr etdi. Oturmağıyla "yandım, yandım”–qışqırığının ərşə qalxması bir olur. Bu vəziyyətdə məsihi təbibin də əlindən bir iş gəlmir. Onun ciyərləri parça-parça olub ləyənə tökülür. Sonralar həmin təbib məsihi olmasına baxmayaraq Kərbəlaya, İmam Hüseynin (ə) ziyarətinə gedir və müsəlman olur. Bir dəfə Şah Abbasın sarayında şahın xüsusi qonaqlarından olan bir məsihi alimi belə deyirdi: "İnsanların batinini görməyi bacarıram.” Elə bu vaxt məclisdə oturan Şeyx Bəhai üzünü həmin alimə tutub deyir: Mənim ovcumdakının nə olduğunu deyə bilərsənmi? Həmin alim bir az fikrə getdikdən sonra– "Nə olduğunu bilirəm. Amma sənin ovcuna nə cür sığışdığından təəccüb edirəm. Çünki sənin ovcundakı Cənnətin bir hissəsidir”– deyə cavab verir. Şeyx Bəhai deyir: "Bəli, mənim ovcumdakı İmam Hüseynin (ə) türbətidir.” ("İsbatül-hüda”, Şeyx Hürr Amuli.) islamazeri.az | |
|
Total comments: 0 | |