Bazar günü, 2024-12-22, 10:02 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyul » 29 » İlk imsak və iftar vaxtları saat neçədədir?
5:46 AM
İlk imsak və iftar vaxtları saat neçədədir?


 Qarşıdan 11 ayın sultanı mübarək Ramazan ayı gəlir. Artıq dünyanın dörd bir tərəfində yaşayan müsəlmanlar bu ilahi ziyafətə hazırlıqları yekunlaşdırmaq üzrədirlər.
Bildiyimiz kimi, Ramazan ayı - hicri-qəməri ayıdır və təqvim Ayın görsənməsi ilə müəyyən olunur. Bu il Ramazan ayının 1-nin daxil olma ehtimalı avqust ayının 1-nə və yaxud 2-nə təsadüf edə bilər.
Əgər mübarək Ramazan ayının 1-i avqust ayının 1-nə təsadüf etsə, bu zaman ilk imsak saat 04:52-də, iftar isə 21:17-dədir. Əgər mübarək ayın 1-i avqust ayının 2-nə təsadüf edərsə, bu zaman ilk imsak saat 04:53-də, iftar isə 21:16-da olacaq.
Onu da qeyd edək ki, İslam dünyasının ali məqamlı mərcəi-təqlidlərinin nəzarətində olan "İstihlal mərkəzi"nin (qəməri ayların hilalının görünməsi ilə bağlı araşdırmalar aparan elmi-praktiki mərkəz) mütəxəssislərinin Ramazan ayının daxil olması ilə əlaqədar verdiyi məlumatların "deyerler.org"da dərc olunması nəzərdə tutulmuşdur.

deyerler.org

Category: Diger me'lumatlar | Baxış: 4946 | Added by: Ənfal | Rating: 3.8/8
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]