Bazar günü, 2024-12-22, 9:52 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 11 » İblis Şeytan
12:35 PM
İblis Şeytan
(Ya Peyğəmbər!) Biz mələklərə: "Adəmə səcdə edin! - dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu.
 ("Bəqərə" surəsi, ayə 34)

Məgər İblis mələk cinsindən idi? Əgər mələklərdən biri idisə, nə üçün Allaha qarşı çıxdı, yox, əgər mələklərdən biri deyildisə, onda nə üçün adı mələklə birlikdə çəkilir? Quran İblisin mələk deyil, cin tayfasından olduğunu açıq-aşkar  bəyan edir.

1.Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Cinlərdən (cin tayfasından) olan İblisdən başqa onlar hamılıqla səcdə etdilər (İblis də cin olduğu üçün belə etdi, yoxsa ki, mələk günah etməz). Beləliklə o, öz Rəbbinin əmrindən çıxdı. (Belə isə,) sizə düşmən olduqları halda Mənim yerimə, onu və onun övladlarını özünüzə dost, yardımçı və başçı götürürsünüz?! Allahın yerinə götürdükləri, zalımlar üçün pis əvəzdir.
("Kəhf" surəsi, ayə 50)

İblisin yaradılışı haqda buyurulur:

2. Və cini (yaxud cinlərin əcdadını) odun ağ, qırmızı, qara şöləsindən yaratdı. 
("Rəhman" surəsi, ayə 15)

Demək, İblis cin tayfasından olmuş, cinlər isə tüstüsüz təmiz oddan yaranıblar. Adının mələklər cərgəsində çəkilməsinə gəldikdə isə bunun izahı onun uzunmüddətli ibadət nəticəsində Allah dərgahına yaxınlaşmaqda və mələklərlə birlikdə ibadət etməsindədir. 

İmam Sadiq (ə) bu məzmunda nəql olunan hədisdə buyurur:
 "İblis cinlərdən biri olmuş və uzun illər onlarla birlikdə Allaha ibadət etmişdir. O, mələklərə o qədər yaxın idi ki, mələklər özləri belə, onun cinlərdən biri olduğunu bilməzdilər. Bu məqama o, Allaha yaxınlıq sayəsində nail olmuşdu".



Category: Diger me'lumatlar | Baxış: 1079 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 1
0  
1 ELGUN_MIRZEYEV   (2011-04-14 10:05 PM) [Daxil et]
Allah razi olsun cox maraqlidi

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]