Bazar günü, 2024-12-22, 4:08 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Yanvar » 25 » İbadətin müstəviləri
2:13 PM
İbadətin müstəviləri
İbadətin müstəviləri

 İbadət namaz, oruc və bu kimi əməllərdən daha üstün bir anlayışdır. İnsanın dürüst niyyətli olması, gördüyü işlərə ilahi rəng, ilahi məna verməsi həmin işləri qiymətsiz metalı qızıla çevirən bir iksir kimi, ibadətə, bəzən ibadətdən də üstün bir əmələ çevirə bilər.İbadət həyatın bütün sferalarını Allahın istəyinə və razılığına uğunlaşdırmaqdır.

Habelə:

1 Yaradılış haqqında düşünmək

İmam Sadiq (ə) buyurur:

"İbadət çoxlu namaz qılıb, oruc tutmaq deyil. İbadət məhz Allahın gördüyü işlər haqda düşünməkdir”.

"Mizanul-hikmət”, 7-ci cild, səh: 542.

2. İş və qazanc

Allahın Peyğəmbəri (s) belə buyurmuşdur:

"İbadət 70 hissədən ibarətdir. Onlardan ən üstünü halal olanı arzulayıb, ruzi arxasınca getməkdir.”

"Vəsailuş-şiə”, 12-ci cild, səh: 11.

3. Bilik əldə etmək

Peyğəmbər (s) buyurur:

"Batili aradan qaldırmaq, yolunu azanları doğru yola yönəltmək məqsədilə bilik əldə etməyə çalışan şəxsin əməli 40 il ibadətə bərabərdir”.

"Məhəccətul-bəyza”, 1-ci cild, səh: 11.

4. Xalqa xidmət

Rəvayətlərdə qeyd olunur ki, xalqa xidmət, problem və çətinliklərini həll etməkdə insanlara yardımçı olmaq bir çox ibadətlərdən və həcc ziyarətindən üstün hesab olunur.

5. Dünyada ədaləti bərpa edəcək bir hökumətin intizarında olmaq

Peyğəmbər (s) buyurur:

"Qurtuluşun intizarında olmaq ən üstün ibadətdir.”

"Nəhcul-fəsahə”, 409.

Əlbəttə ki, bi İmam Mehdi Sahibəzzəman (ə.f) quracağı ədalətli hökumət naminə səylərlə müşayiət olunan müsbət və qurucu bir intizar olmalıdır.

Bəli, ibadətin müstəvilərini və ona nümunələri sayıb qurtarmaq mümkün deyil. Hətta ata-anaya sevgi dolu bir nəzər salmaq, alimlərin üzünə, Qurani-Kərimə, Kəbəyə, ədalətli rəhbərə, yaxud din qardaşına baxmaq belə, ibadətdir.

"Səfinətul-bəhar”, ”Baxış” fəsli.

islammaarifinde.com


Category: Exlaq | Baxış: 933 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 2
0  
2 Ənfal   (2011-01-25 10:50 PM) [Daxil et]
Aleykum salam. Təklifinizə görə Allah razı olsun. Amma bunu qəbul etmeməyə məcburam. Çünki heç cür çatdıra bilmirəm.
Yeni saytınız xeyrli, savablı olsun!

0  
1 RUSI   (2011-01-25 3:26 PM) [Daxil et]
Salam deyesen sayt size mexsusdur.Mende sayt adminiyem.Googlede gordum saytivizi.Saytimda mail portal ve s. xusuiyyetler movcuddur.Qebul ederseniz size 1 teklifim var.Sayt bizde tam security xidmetine malikdir.Islam.saytim.az yaratmaq isteyirem.Lakin isletmeye adam lazimdir qebul ederseniz bunu size teklif etmek isteyirem.Dizayn xer weg ozum xell edecem.Qebul etseniz memnun olaram

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]