Bazar günü, 2024-12-22, 10:32 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 23 » İbadətin mənası
9:25 AM
İbadətin mənası
İbadətin mənası

İndi biz bilməliyik ki, ibadətin mənası nədir? Yaxşı olar ki, ibadətin mənasını məsumların hədislərindən öyrənək.

İmam Rza(ə) buyurur: "Allaha ibadətin birinci dərəcəsi Onu tanımaqdır. Mərifətin (Allahı tanımağın) əsli isə Onun vəhdaniyyətini qəbul etməkdir. (Ona şərik qoşmamaqdır.)
Ümumiyyətlə insan gərək ibadətdə Allahla öz arasında fasilə görməsin. Yəni insan həmişə bunu bilməlidir ki, Allah onun bütün əməllərini görür və onun nə edəcəyindən xəbərdardır. Allah-təala "Yunis” surəsinin 61-ci ayəsində buyurur:
"Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq.”
Həzrət Peyğəmbər(s) Əbuzərə vəsiyyət edərkən belə buyurdu: "Ey Əbuzər! Allaha elə ibadət et ki, guya Onu görürsən. Əgər sən Onu görməsən, bil ki, O səni görür.”
Odur ki, insan əgər hər bir yerdə olursa olsun və hər hansı bir işi gərərkən başa düşsə ki, Allah onun əməllərinə şahiddir, o heç vaxt günah etməz.
İmam Baqir(ə) Yusif(ə)-la Züleyxanın əhvalatı barədə belə buyurur: "Züleyxa öz bütünün üstünə bir parça saldı. Yusif soruşdu: Niyə belə edirsən? Züleyxa dedi: Bütdən həya etdiyimə görə, bizi görməsin deyə üstünə parça saldım. Yusif dedi: Sən görməyi və eşitməyi bacarmayan bir bütdən həya etdiyin bir halda, mən öz Allahımdan həya etməyimmi?”
Həzrət Yusifi orada günahdan qoruyan qəlbində Allaha olan imanı oldu.

"İnsan və mənəviyyat" kitabından...
Tural
İslam-Azeri.az

Category: Diger me'lumatlar | Baxış: 1042 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]