Bazar günü, 2024-12-22, 9:17 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 21 » Hüseynin Kərbəlası
7:58 PM
Hüseynin Kərbəlası
   Kərbəla şəhəri paytaxt Bağdaddan 105 km məsafədə, Fərat çayının qərb sahilində yerləşir.
   Günlərin biri İmam Əlinin (ə) yolu Kərbəladan düşür. Dayanıb oradan səhraya nəzər salır, sonra buyurur:" Bura aşiqlər qurbangahı, şəhidlərin şəhadətə çatdıqları yerdir. O şahidlər ki, nə onlardan əvvəl ki, nə də sonrakı şahidlərə tay olmazlar"
Peyğəmbər (s.ə.s) buyurur:" Balam Hüseyn Kərbəla adlanan torpaqda dəfn olunacaq. Ora yerlərin ən üstünü, İslamın günbəzi olacaq. Bir vaxtlar Nuhun mömin əshabı da orada tufandan nicat tapmışlar".
   Kərbəla hadisəsi baş verənə qədər (hicrətin 61-ci ili) Kərbəla boş səhra olmuş, hətta burada bədəvi ərəblər belə yaşamamışlar. O vaxta qədər bura Neynəvə, Ğaziriyyə, Tif də adlanardı. Kərbəla hadisəsi baş verdikdən sonra Əhli-Bəyt davamçıları bura daha çox önəm verməyə başlayırlar. Hadisənin ikinci günü ətraf məntəqədə yaşayan Bəni Əsəd qəbiləsi İmam Hüseynin (ə), qardaşı Abbasın və digər şəhidlərin pak cəsədlərini dəfn edirlər.
   1. Kərbəlanın tarixi bir rəvayətə görə, bura İslamdan əvvəl məsihilərin qəbiristanlığı olub. Bu səbəbdən də Kərbəla adının qədim babil dilindəki "Qurb alə" sözündən götürüldüyünü iddia edirlər. Tarixçilər əraziyə belə ad verilməsi baradə həm də yazırlar ki, Kərbəla sözü qədim Babilistanın bir neçə kəndini əhatə edən "kur babil" sözündən götürülüb. Sonralar buraya Nəvabəs və Hirə adları da verilir.
   2. Kərbəla sözü qədim aşur dilində müqəddəs yer mənasını verən "kərb" və Allah mənasını verən "ayl" kəlmələrindən götürülmüşdür ki, bu da "Allahın müqəddəs yeri" mənasını ifadə edir. Kərbəlanın adlarından biri də "Tif" dir.
   Rəvayətə görə,İmam Hüseyn (ə) hələ sağlığında Neynəvə ya Ğaziriyyə camaatından Kərbəla çölündə 60000 dirhəmə 36 kvadrat km ərazı almış və oranın əhalisi ilə belə bir şərt bağlamışdır ki, faciə baş verdiyi təqdirdə ziyarətə gələnlərə bəndəçilik edib üç gün əzadarlıq saxlasınlar.

TARİXİN BAŞLANĞICI

   İmam Hüseyn (ə) hicrətin 61-ci ili, Məhərrəm ayının birində buraya çatdıqda məntəqənin necə adlandırdığını soruşur. Buranın "Kərbəla" adlandığını xəbər verdikdə gözyaşları içində buyurur:" And olsun Allaha, bura Kərbəladır. Bu, Cəbrailin cəddim Muhəmmədə (s) torpağından gətirdiyi və mənim burada şəhid olacağımı xəbər verdiyi torpaqdır".
   Hicrətin 372-ci ilində ilk dəfə ziyarətgahın ərazisi 2400 kvadrat km böyüdülür.
Hicrətin 408-ci ilində ziyarətgahda yanğın baş verir.
   412-ci ildə isə Həsən ibn Fəzl ibn Səhlan ziyarətgahın ətrafında dörd böyük darvaza qoyur.
   529-cu ildə isə Abbasi xəlifəsiMustərşid Billah vəfat etməzdən əvvəl buranı qarət edir.
   920-ci ildə Şah İsmail Xətai İmam Hüseynin (ə) ziyarətinə gəlir və ziyarətgaha xalis qızıldan 12 qəndil və bir neçə qiymətli xalça vəqf edir.
   953-cü ildə Qanuni Şah Süleyman qəbrin üzərindəki zirehi təmir etdirir və ziyarətgahın ərazisini xeyli genişləndirir.
  1135-1338-ci illərdə Nadir Şahın zövcəsi Gövhərşah xatun ziyarətgahın təmir olunmasına 20000 nadiri (pul vahidi) sərf edir.
   XIX əsrin əvvəllərində (1216-hicri qəməri) vəhabilər İraqdakı ziyarətgahlara hücum edir və onlara ciddi zərər vurduqdan sonra qarət edirlər.
   1205-ci ildə Ağa Muhəmməd xan Qacar İmam Hüseynin (ə) hərəmini ziyarət etdikdən sonra gümbəzinin qızıl örtüklə hörülməsini əmr edir.
   1217-ci ildə Seyyid Əli Təbətəbai vəhabilərin hücumundan sonra yenidən ziyarətgahı təmir etdirərkən burada hər birinin öz adı olan altı böyük darvaza qoydurur.
   1232-ci ildə günbəz Fətəli şah tərəfindən də qızıla bürünür.
   1276-cı ildə günbəz Nasirəddin  şah tərəfindən bir daha təmir olunaraq qızıl kərpiclə hörülür.
   1309-cu ildə Əbdülcabbar adlı tacir Kərbəlaya ziyarətə gəlir. Qərbi minarəni bütünlüklə, şərqi minarəni isə yarısına qədər qızıl örtüyə bürüyür. Bundan sonra hind mənşəli başqa bir şəxs pul ayıraraq yarımçıq qalmış şərqi minarəni axıra qədər qızıla bürüyür. Lakin 1354-cü ildə minarələr sökülərək yenidən təmir olunur  və üzərinə qızıl örtük çəkilir.
   Abbası xəlifəsi Mütəvəkkilin hakimiyyətə gəlişindən az sonra, hicrətin 233-cü ilində kənizlərdən birinin İmam Hüseyni (ə) ziyarət etməyə getdiyini eşidincə oranın yerlə-yeksan edilib yerinə su axıdılmasını əmr edir. Fərat çayından ayrılan su axını qəbrin ətrafında dövr etdikdə  Mütəvəkkilin heyrətini gizlədə bilmir. Lakin bu, ziyarətgahın ilk və son uçurulması olmur. Belə ki, hicrətin 237-ci ilində ziyarətgah yenidən Mütəvəkkilin tərəfindən uçurulur, ziyarətçilərin bura gəlməsinə manelər yaradılır.
   Müntəsir Abbası atası Mütəvəkkili qətlə yetirildikdən sonra hakimiyyəti ələ keçirir və atası kimi, o da ziyarətgahı yerlə-yeksan edir. Amma atasında fərqli olaraq Müntəsir Abbasi zəvvarlara mane olmaq üçün qəbirlərin kənarlarına hündür divarlarlar tikdirir.
   İmam Hüseynin (ə) qəbrinin kənarında Həzrət Abbasın, Əli Əkbərin, seyid İbrahim Məcabin və bir çox əshabın qəbri yerləşir.





Category: Tarix | Baxış: 1418 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]