Cümə axşamı, 2024-11-21, 5:08 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Oktyabr » 17 » Hürufilik
6:25 AM
Hürufilik
 
Hürufilik

Hürufilik ilk dəfə Şəhabəddin Fərzullah Əstərabadi (1339-1394) tərəfindən yaradılıb. Hələ çox gənc yaşlarında Fərzullah ilahiyat elmləri ilə maraqlanmağa başlayır, 18 yaşlarında sufiliyə yönələrək həcc ziyarətinə gedir. Ziyarətdən qayıtdıqda Xarəzmə, ondan isə Təbrizə gedir və öz fikirlərini yaymağa başlayır. Daha sonra İsfahana gedir və onara da öz təlimlərini davam etdirir. Uzun müddət mağarada özünə qapanır və bundan sonra özünün sonuncu İmam Həzrət Mehdi (ə) oldugunu iddia edir. Ətrafında olan yeddi tələbə bu inancı qəbul edir və təbliğ etməyə başlayır. Çox keçmir ki, müxtəlif ictimai təbəqələrini özlərinə cəlb edə bilirlər.
Meydana gələn yeni dini cərəyan bir çox əraziləri işğal edən və sonradan islamı qəbul edən monqollar tərəfindən narahatlıqla qəbul olunur. Elə bu məqsədlə də Əmin Teymur oğlu Miranşaha onu həbs etməyi əmr edir. Fərzullah 1394-cü ildə Əlincə qalasında edam olunur. Hamıya ibrət olsun deyə, onu əl və ayaqlarından bağlayaraq parça-parça edirlər.
Hürufiliyin meydana gəlməsinin başlıca səbəbi Şəra dünyasının 200 il monqollarının işğalı altında qalması hesab olunur. Bu dövrdə cəmiyyət həmin vergilərin çoxluğundan hakimiyyətə qarşı narazılıqlar, həm də təəssübkeş ruhanilərin apardıqları özünəməxsus təbliğatlardan sonra gələrək üsyana qalxır. Yoxsul əhali bir xilaskarın zühur edib zülmə son qoyacağını gözləyirdi. 1239-cü ildə camaatın sadəliyindən və savadsığlığından istifadə edən və özünü Allaha elan edən Şeyx Baba İshaq kəndli və sənətkarları üsyana qaldırır.


Hürufilik əqidəsi

Hürufiliyə görə, Quranın təfsir və açıqlanması rəqəmlər üzərində olmalıdır. Təriqət şiə təmayüllü olsa da, sonradan həm şiə, həm də sünni məzhəbli müsəlmanlar arasında tərəfdarlar tapa bilmir, xüsusilə təsəvvüf (sufilik) təbliğatçıları vasitəsilə əbəbiyyat və digər təriqətlərə təfsir göstərirlər.
Hürufiliyə görə kainat əbədidir. və müxtəlif dövrlər bir-birini əvəz edir: Peyğəmbərlik, İmamlıq və Allahlıq dövrləri. Peyöəmbərlik dövrü Adəm (ə) peyğəmbərlərə başlayıb Həzrət Muhəmmədin (s.ə.s) peyğəmbərliyi ilə başa çatır.Əli ibn Əbi Taliblə (ə) başlayan imamlıq dövrü 11-ci İmam Həsənlə başa çatır. Allahlıq dövrü isə Fəzrullahla başlayıb və bütün Peyğəmbərlər onun gəlişi barədə xəbər vermişlər. Hürufilər Adəm (ə), Musa (ə) və Həzrət Muhəmməddən (s.ə.s) sonra Allahın təzahürü kimi Fəzrulları hesab edirlər.Allahın zahiri görünüşü solmazdır və O, insanların ən yaxşısında təzahür edir. Hürufiliyə görə, insan İlahinin surəti və həqiqətin açarıdır. Allah her bir zərrəcikdə mövcuddur. O, həmçinin sözlərdə və gözəlliyin əsası olan ərəb əlifbasının 28 (eləcədə fars əlifbasının 32 ) hərfində də təcəssüm edir. 7 rəqəmi insan surətinin əsas hissələrinə, " Fatihə" surəsinin ayələrinə və inamın əsas şərtinə müvafiq olan əsas rəqəmdir. Fəzrullah haqqında məlumatlar verən hər bir tarixi mənbə onun özünün Tanrı elan etdiyini göstərir, ancaq bunun necə həyata keçdiyini qeyd etmir. Bu elan sadəcə,"Ənəl-Həqq" iddiası şəklində edilmiş ola bilər. Fəzrullaha görə, sufilərində dedikləri kimi, Allah gizli bir xəzinədir. Hər şeyin həqiqəti, mövcudluğu və ruhi səsləridir. Gizli bir xəzinə olan Allahın ilk təcəlləsi kəlam şəklində görünən sözlərdən ibarətdir. Kəlam isə yalnız insanlarda zürur edir və özünü səsdə göstərir. Kəlam bir qrup ünsürlər halında bəzi formalar alır. Bu ünsürlər isə ərəb əlifbasındakı 28, fars dilindəki 32 hərfdir. Kainat və insanın əsası səsdir. Mövcud olan səs İlahi nitqin səsindən fərqli olaraq maddidir.
Səslərin ən kamil forması sözdür. Hürufiliyə görə, Allah insanın üzərindətəzahür edən kəlamdır. Beləliklə, bütün varlıqların əsl ünsürü olan 28 hərfi insan üzündə görmək olar. İnsan üzündı anadangələ yeddi xətt vardır. İki qaş, dörd kiprik və bir saçş İnsan bu yeddi xəttilə doğulduğu ücün bunlara "xütutul-umiyyə" (ana xətlər). Bunların cəmi on dörd edir. Yeddi ədəd də "xütutul-əbiyyə" (ana xətlər) var ki, kişilərdə yetkinlik vaxtı çatır.Üzün sağ və sol yanlarındakı iki saqqal tükləri, iki yanağın iki tərəfindəki burun tükləri, iki bığ və bir də alt dodaqdakı tüklər. Bunlar cəmi on dörd edir. Ana və ana xətlərin cəmi iyirmi səkkiz edir ki, bu da Quranın 28 hərfinə bərabərdir. Bu xətlərin hava, su, od və torpaq kimi dörd vuruşla yenə iyirmi səkkiz əıdə edilir. Saçı ortadan ikiyə bölsək, bu yeddi xətt səkkiz olur. Həmin ədədin dörd ünsürə vurulması isə otuz edir. Aləm də hər nə varsa, otuz ikiyə tətbiq olunur. Bütün kainat doqquz fələk, on iki bürc və yeddi planetdən ibarətdir. Bunlara dörd ünsürü əlavə etdikdə 32 alınar.

 
Hürufilərin Qurana baxışı


Hürufilər Quanda mənası açıq ayələrə, müqəddə hərfləri və mənası başa düşülməyən ayəıər haqqında təfsir alimləri ilə əks fikirdədirlər. Quranın sirrini 29 surənin əvvəlində gələn müqəttəə hərflərində olduğunda qəbul edirlər. Bu hərflər 14 ədəddir. Və Allahın əsl kəlamı bu 14 hərfdə gizlənir. İnsanın üzündəki xətlərin cəmi də elə bu hərflərə işarə edir.Hürufilər dinin bütün hökmlərini öz düşüncələri istiqamətində izah edirlər.
Kəlməyi-Şəhadət, namaz, oruc, həcc, zəkat kimi bütün dini hökmlərin hamısını 28 və 32 hərf çərçivəsində izah edirlər. Nətiçə səkkiz və ya artıq olarsa , hesabı düz gətirmək üçün hərf elminin üsullarına müraciət edirlər. Hürufilərin məqsədi insana ən ali mərtəbəni verməkdir. Mövcud olan hər bir varlıq mütləq varlığın təzahürüdür. Bu təzahür qüvvət aləmindən təbiət və ünsürlərə gəlmişdir. Səma və ünsürlərin birləşməsindən də cansız aləm, bitkilər və insanlar yaranmışdır.
Category: Tarix | Baxış: 1679 | Added by: Ənfal | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]