Bazar günü, 2024-12-22, 10:56 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 26 » Əhli-beytə təvəssül
8:26 AM
Əhli-beytə təvəssül

Qəlbi imanın ələ gəlməsinin dördüncü və əsas səbəbi Həzrət Mühəmməd(s) peyğəmbərin əhli-beytinə təvəssül etməkdən ibarətdir. 
Hər bir şəxs bir iş gördükdə əhli-beytə təvəssül edərsə Allah onu gördüyü işlərdə müvəffəq edər. Lakin əhli-beytə təvəssül etməyən şəxslərin müvəffəqiyyətləri onlardan silinmişdir. Belə şəxslər öz-özlərini təqvalı hesab edirlər. Lakin həqiqətə gəldikdə isə görünür ki, onlarda təqva yoxdur. Çünki təqvanın ələ gəlməsinin əsası və kökü haqqa boyun əymək, yəni əhli-beytə məhəbbət bəsləməkdən ibarətdir.
Bunu da qeyd etmək lazımdır ki, qəlbi imanın ələ gəlməsinin əsas mərhələsi də məhz əhli-beytə təvəssül etməklə tamamlanır. Ən əsası isə budur ki, Allaha yaxın olmağın, təqvanın ələ gəlməsinin və elm öyrənməkdə müvəfəqiyyətə çatmağın yeganə yolu əhli-beytə təvəssül etməkdir. Ümumiyyətlə bu iki məsələ bir-birinə qarşılıqlı olaraq bağlıdır. Yəni insanın təqvası, elmi və sədaqəti olmazsa, əhli-beytə məhəbbəti olmaz. Əgər əhli-beytə təvəssül etməsə onun təqvası və sədaqəti olmaz. Təqva ilə əhli-beyt ikisi də insanın qəlbində bir olmalıdır. Əgər bunların bir olub, o biri olmasa insan heç vaxt səadətə çata bilməyəcək.
Həzrət Peyğəmbər(s) ömrünün son anlarında belə vəsiyyət etdi: Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Onlardan biri Allahın kitabı olan Qurani-Kərim, o biri isə mənim itrətim olan əhli-beytimdir. Bu iki əmanət qiyamət gününə qədər bir-birindən ayrılmayacaq.”
Həzrət Peyğəmbərin(s) bu vəsiyyəti insanlara Quran, təqva və sədaqətlə əhli-beytin bir-birinin qarşılıqlı bağlı olduğunu bir daha başa salaraq təkid edir ki, insnalar qəlblərində bunların ikisinə yol açsınlar. Əgər insanın təqvası olmasa yəqin məsələdir ki, əhli-beytə də məhəbbəti olmayacaq. Əhli-beytin məhəbbətinin insanın qəlbinə daxil olması üçün gərək həmin şəxsin qəlbi təmiz və pak olsun.
Mərhum Ayətullah Əşrəfi Mazəndəraninin şagirdlərindən biri deyir: «Mən Məşhəd şəhərinə İmam Rza(ə)-ın ziyarətinə gedərkən ustadımın yanına gəldim və bildirdim ki, mən İmam Rza(ə)-ın ziyarətinə gedirəm. Ayətullah Mazəndərani mənə dedi ki, İmama mənim salamımı yetir və o həzrətə de ki, gözünün ucu ilə bizə də bir lütf nəzəri ilə baxsın.
Mən Məşhəd şəhərinə yollandım. Bir neçə gün İmam Rza (ə)-ın hərəmini ziyarət etdikdən sonra Ayətullah Mazəndəraninin salamını və sözünü o Həzrətə dedim. Gecə yatıb yuxuda İmamı gördüm. İmam mənə buyurdu: Əşrəf Mazəndəraniyə mənim salamımı yetir və bu şeri ona oxu:
Saf ol, güzgü kimi pəri camallıları özünə cəlb eylə.
Süpürgə çək evə, təmizlə, sonra qonaq tələb eylə.
Yəni həmişə əməllərin düzgün olmalı və qəlbin bütün çirkinliklərdən pak və təmiz olduqdan sonra bizi çağır.
Mən yuxudan ayıldım və yuxuda gördüklərimi yadımda saxladım. Öz şəhərimə qayıtdıqdan sonra, Ayətullah Mazəndəraninin evinə getdim. Qapını döydüm. Ayətullah Mazəndərani özü qapını açıb, üzümə baxdı və gülümsəyərək İmamın mənə oxuduğu şeri oxudu.
Gərək insanın qəlbi və əməli düzgün və təmiz olsun. Çünki insanın qəlbi təmiz və əməlləri düzgün olarsa, Allah belə xüsusiyyətləri ona inayət edər və imamlara əlaqə və məhəbbəti artar.
Biz yuxarıda qeyd etdik ki, insanın təqvası olmazsa əhli beytə bağlı ola bilməz. Eləcə də əhli-beytə məhəbbəti olmayan şəxsin təqvası və imanı da olmaz. Allah belə insanların ibadət və dualarını qəbul etməz. Çünki bu iki məsələ bir birinə qarşılıqlı olaraq bağlıdır.
Peyğəmbərlərin birinin dövründə möminlərdən bir nəfər Allaha dua edirdi. Lakin duaları nədənsə qəbul olunmurdu. Həmin şəxs Peyğəmbərin yanına gəlib dedi: Ya Peyğəmbər, mən nə qədər dua edirəmsə Allah mənim dualarımı qəbul etmir. Bunun səbəbi nədir? Peyğəmbər Allahla münacat edərkən Allahdan onun duasının qəbul olunmamasının səbəbini soruşdu. Allah-təala buyurdu: Ey Mənim Peyğəmbərim! Mən ona görə onun dualarını qəbul etmirəm ki, o, yer üzərində Mənimlə insanlar arasında təyin etdiyim vasitə və peyğəmbərimə etinasızlıq edir. Hər kim Mənim göndərdiyim vasitələri saymayıb Məndən bir şey diləsə mən onun duasını qəbul etmərəm.
Allah-təala Quranda bu barədə belə buyurur:
"Ey iman gətirənlər! Təqvalı olun. Ona (Onun rəhminə və lütfünə qovuşmaq üçün) vəsilə seçib yol axtarın və Allah yolunda cihad edin ki, bəlkə nicat tapasınız.”
Allah təala bu ayədə möminlərin nicat tapmaları üçün insanlara üç əsas təklif bəyan edir:
1. Təqvalı olmaq.
2. Allaha yaxın olmaq və onun rəhminə qovuşmaq üçün vəsilə seçmək.
3. Allah yolunda cihad etmək (çalışmaq)
Allah insanlarıa nicat yolunu məhz bu üç yolla göstərmişdir.
Allah-təala bu ayədə Ona vasitə ilə yaxın olmağı əmr etmişdir. Vasitənin mənası isə Allaha yaxınlıq vəsiləsi, başqasına rəğbət və əlaqə üzündən yaxınlaşmaq üçün bir səbəbdir.
Quran baxımından təvəssül
Quranın insanla Allah arasında saleh bir insanı vasitə verməsinə nəzəri necədir? Quran təvəssülə necə baxır?
İnsanın Allahla öz arasında vasitə qərar verməsinə Quran ayələri müsbət nəzər verir. Misal üçün bir neçə ayəni qeyd edirəm.
Allah-təala Nisa surəsinin 64-cü ayəsində buyurur:
"Onlar (günahkarlar və münafiqlər) özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər(s) də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər.”
Bu ayə açıq aydın bildirir ki, günahkarlar peyğəmbər(s)-i vasitə bilib Allahdan günahlarının bağışlanmasını diləsəydilər, Allah onların günahlarını bağışlayardı.
Allah-təala Quranda Yusifin(ə) və onun qardaşlarının əhvalatı barədə belə buyurur:
"(Oğlanları Yəquba): Ata! "Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz doğrudan da günahkar olmuşuq!” dedilər.
Yəqub dedi: "Mən Rəbbimdən sizin bağışlanmanızı diləyəcəyəm. O, həqiqətən, bağışlayan və rəhm edəndir.”
Quranının bu və bu kimi ayələrindən belə istifadə olunur ki, biz Allaha vəsilə ilə yanaşıb dua edə bilərik. Əgər Allah vəsiləni qadağan etsəydi bunu Quranda qeyd edərdi. Və yaxud Yəqubun oğlanları ona "Allahdan bizim üçün günahlarımızın bağışlanmasını dilə” dedikdə Yəqub onlara deyərdi ki, bu düzgün bir iş deyildir. Lakin Yəqub onların sözlərini qəbul edib onlar üçün Allahdan günahlarının bağışlanmasını dilədi.
Bəziləri elə fikirləşirlər ki, Allaha vəsilə tapmaq şirk hesab olunur. Bu fikir çox yanlış bir fikirdir. Çünki, Allaha vəsilə ilə yaxın olmaq Onun vəhdaniyyətinə şərik qoşmaq deyildir. Bəlkə insan Allahla öz arasında Allahın istəkli və sevimli şəxslərini vasitə və vəsili qərar verməkdir. Allah təala Özü Quranda bütün insanlara vəsilə tapmağı əmr etmişdir. Quranın ayələri barədə olan hədis və rəvayətlərə əsasən insanın Allahla öz arasında qərar verdiyi ən gözəl vəsilə Peyğəmbər(s) və onun əhli-beytidir.

Tural
Islam-Azeri.az

Category: Diger me'lumatlar | Baxış: 956 | Added by: Mursəlat | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]