Bazar günü, 2024-12-22, 6:15 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Mart » 18 » Hilful-fuzul peymanı
9:37 AM
Hilful-fuzul peymanı
Hilful-fuzul peymanı

"And içib, əhd-peyman bağladığınız şəxslərin də paylarını özlərinə verin! Əlbəttə, Allah hər şeyə şahiddir!" ("Nisa" surəsi, ayə 33)

Ibn Ishaq belə rəvayət edir:"  Həzrət Muhəmməd (s.ə.s) peyğəmbərliyə təyin olunmazdan 20 il əvvəl Yəmənin Zubeyd qəbiləsindən olan bir nəfər şəxs tivarət məqsədilə Məkkəyə gəlir. Əmr ibn Asın atası As ibn Vali onun mallarını alır, lakin pulunu vermir. Yəmənli tacir Qureyş camaatından kömək istəsə də, heç kim ona məhəl qoymur. Axırda çarəsiz qalıb Əbu Qureyş dağına qalxır, şikayət məzmunlu şerlər oxuyur və camaatı ona kömək etməyə çağırır. Onun oxuduğu şerlər o qədər təsirli olur ki, eşidən hər kəs dayanıb qulaq asmalı olur. Taciri dinləyənlər arasında Haşim, Zuhrə və Təmim tayfalarının cavanları da olur. Onlar Məkkənin böyüklərindən olan Abdulla ibn Cudanın evində bir araya gələrək kimliyindən asılı olmayaraq zülmə məruz qalan hər bir şəxsi müdafiə edəcəklərinə və haqqını özünə qayratacaqlarına dair əhd-peyman bağlayırlar.
    Həmin məclisdə iştirak edənlərdən biri də 20 yaşlı Həzrət Muhəmməd (s.ə.s) olur. Sonralar o özü bu barədə deyərdi:" Abdulla ibn Cudanın evində bağlanan əhd-peymanda iştirak etmək mənim üçün qırmızıtüklü dəvələrə sahib olmaqdan daha yaxşı idi. İslamın zühur etdiyi bu günümüzdə də belə bir əhd-peyman bağlanarsa, mən tərəddüd etmədən orada iştirak edərəm".

Bağlanan "Hilful-fuzul" əhd-peymanı insan təbiəti ilə o qədər sıx əlaqəli oldu ki, sonrakı nəsillər üçün də öz etibarını qoruyub saxlaya bildi.


Category: Tarix | Baxış: 1139 | Added by: Ənfal | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]