Bazar günü, 2024-12-22, 11:58 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Aprel » 24 » Hicr Əshabı - Səmud qövmü
4:44 AM
Hicr Əshabı - Səmud qövmü
 Hicr Əshabı - Səmud qövmü

Quranın 15-ci surəsinə "Hicr" adı verilmişdir. Hicr nəyin adıdır? Bu bir vaxtlar yaşamış qövmlərdənbiri olub, yoxsa hansısa yer adıdır?

Hicr - Saleh peyğəmbərin (ə) qövmü olan Səmud qövmüdür. Hicr əshabının harada məskun olması barədə müxtəlif fikirlər irəli sürülmüşdür.

    1. Mədinə və Şam ticarət karvanı yolunda yerləşmişdir. Vadiyul-qura adlanan bu məntəqədən bu günlər əsər-əlamət qalmamışdır.

    2. Qədim dövrlərdə Ərəbistanın ticarət şəhərindən olmuşdur.

    Rəvayətlərin birindən qeyd olunmuşdur ki, hicrətin 9-cü ilində Peyğəmbər (s.ə.s) Bizans  imperiyasının hücumunu dəf etmək məqsədilə Təbuka qoşun yeridir. Müsəlmanlar həmin məntəqədə düşərgə qurmaq istədikdə Peyğəmbər (s.ə.s) buna yol verməyib buyurur:" Bir vaxtlar burada Səmud qövmü yaşamış və itaətsizlikləri nəticəsində İlahi əzaba düçar olmuşdur".

    "Hicr" surəsinin 81-82-ci ayələrində bu haqda buyrulur:"  Biz onlara (Hicr əhalisinə) möcüzələrimizi göndərdik, lakin onlardan üz çevirdilər (bu möcüzələrə baxıb ibrət almadılar, Allahın qüdrəti, əzəməti haqqında düşünmədilər). Onlar (Allahın əzabından) salamat qurtarmaq üçün dağları yonub (özlərinə) evlər qurudular."

    Ayədən belə məlum olur ki, Hicr əshabı dağlıq məntəqələrdə yaşamış və yüksək inkişafa nail olaraq dağları yarıb təhlükəsizliklərini təmin edəcək evlər və saraylar tikmişlər.İtaətsiz Səmud qövmü müxtəlif bəhanələrə əl ataraq Saleh peyğəmbərdən (ə) möcüzələr tələb etmiş, o da Allahın izni iləevlər tikdikləri dağdan dişi dəvə çıxarmışdır. İlahi sınaq olaraq dəvənin möcüzəli xüsusiyyətlərindən biri də Səmud qövmünün istifadə etdiyi çeşmədən bir gündənbir su içməli olduğu və yerli əhalinin ona zərər verməməsi idi.Lakin Səmud qövmü buna etinad etmədən dəvənin tutub kəsir və saleh peyğəmbərin (ə) onlara ilahi əzab verməsini tələb edir:

    "Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): "Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək!” – dedilər."("Əraf" 77)

Lakin ilahi əzab nazil olduqda Səmud qövmü bundan son dərəcə peşman olur. Çünki bunun onlar üçün heç bir faydası olmur. "Nəhayət, onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da (dəvəni) tutub kəsdi." ("Qamər" 29)

    İlahi əzab olaraq Hicr məntəqəsindəgüclü zəlzələlər baş verir, sonra tükürpədici ildırımlarçaxır və bunun üzərində başqa bir şiddətli zəlzələ baş veirir. beləliklə Səmud qövmünün sığınacaq məqsədi ilə tikdiyi qəsrlər yerlə-yeksan olur. belə ki, Səmud qövmü barədə "Hicr" surəsində- 4, "Fussilat" və "Həqqa" surələrinin hər birində - 2, digər surələrin ("Əraf", "Tövbə", "İbrahim", "İsra", "Həcc", "Furqan", "Şuəra", "Nəml", "Ənkabut", "Sad", "ğafir", "Qaf", "zariyat", "Nəsm", "Qəmər", "Buruc", "Fəcr", "Şəms") hər birində isə yalnız bir yerdə söz açılmışdır.Bütün bunlar adı statistik hesablama deyil. Nəzərə çarpan Səmud kimi üsyankar qövmlərin tarix boyu itaətsizlik nəticəsində məhv olub aradan getmələri, və yaşadıqları yerin boş vadi olaraq qalmasıdır.

    Səmud qövmünün başına gələnlərin altında mühüm mətləblər yatdığından Quranın 7 müxtəlif ayəsində bu haqda söz açılmışdır. Lakin diqqət yetirsək görərik ki, ayələrin hər birində fərqli ibtətamiz mətləblərə işarə olunmuşdur.


7 sirli ayə, 7 ibrətamiz məqam

    Möcüzənin inkarı

    1.Səmud qövmü Saleh peyğəmbərin (ə) haqqaniyyətini inkar edərək İlahi möcüzə olan dəvəni kəsərək əzabın nazil olmasını tələb edir:

    ""Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək!” – dedilər." ("Əraf" 77)

    2. Cinayət

    Cinayət baş verdikdən sonra Səmud qövmünə özünə gəlib tövbə etmək üçün sonuncu möhlət verilir. "Onlar (dəvəni) tutub (ayaqlarından) kəsdilər. (Saleh də onlara) dedi: "Daha üç gün yurdunuzda yaşayıb kef çəkin. Bu elə bir vəddir (sözdür) ki, yalan çıxmaz!” ("Hud" 65)

    3. Son möhlət

    İlahi əzabdan məqsəd  insanların ibrət götürməsi və buna əhəmiyyət verməli olduqlarıdır.

    "Bizə möcüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin (keçmiş ümmətlərin) onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar bir möcüzə olaraq dişi (maya) bir dəvə verdik, lakin onlar ona zülm etdilər (dəvəni tutub kəsdilər). Biz möcüzələri yalnız (bəndələrimizi) qorxutmaq üçün göndəririk." ("İsra" 59)

    4. Peşmançılıq

    İlahi möcüzələri inkar edən hər bir qövm sonra peşman olmuşdur. Bu məzmunlu ayələrdən məqsəd sonrakı peşmançılığın fayda vermədiyini bilmək və onlardan ibrət götürməkdir.

    "Nəhayət, onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da (dəvəni) tutub kəsdilər, son da (əzab qorxusu ilə) peşman oldular" ("Qəmər" 29)

    5. İbrət

 Yaradılışa qarşı çıxmaq əvəzinə ondan ibrət almaq. " Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?" ("Ğaşıyə" 17) 

    6. İttifaq

    Cinayət kütlə tərəfindən hazırlanmış və bunu onların ən qəddarı  həyata keçirmişdir.

    "Onların ən rəzili (Allahın bir möcüzəsi olaraq qayanın içindən çıxartdığı dəvəni öldürməyə) qalxdığı zaman" ("Şəms" 12)

    7.Cəza

    Allah peyğəmbərini inkar edənlərin cəzası məh olmaq, başqalarından bundan ibrət almaları və oxşaq fəlakətə düçar olmaması üçün oxşar itaətsizliyə yol verilməməlidir.

    "Lakin onlar (Salehi) yalançı saydılar və onu (dəvəni) tutub kəsdilər. Rəbbi də bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi." ("Şəms" 14)



Category: Tarix | Baxış: 1307 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]