Bazar günü, 2024-12-22, 10:24 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyul » 14 » Heyzin hökümləri
10:30 AM
Heyzin hökümləri
Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər. ("Bəqərə" 228)

(Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!” ("Bəqərə" 222)

Heyz (aybaşı) halında olan qadınlarla haram olan işlər:
1. Cinsi yaxınlıqda olmaq (müddət başa çaydıqdan sonra qüsl alana qədər cinsi yaxınlıqda olmaq bəyənilmir).

2. Cünub halında olan şəxsə haram olan işlər (bədənin hər hansı bir üzvünü ərəb dilində yazılan Quran xəttinə vurmaq, istənilən dildə Allahın, Peyğəmbərin (s.ə.s) və Məsum imamların (ə) adlarına vurmaq. Məscidül-həram və Peyğəmbər məscidinə (s.ə.s) daxil olmaq. Məscid və ziyarətgahlara daxil olub orada dayanmaq.  Məscidə bir şey qoymaq. Vacib səcdə ayələrindən birini ərəb dilində oxumaq).

3. Dəstəmaz, qüsl və təyəmmümlə yerinə yetirməli olan ibadətlər (vacib və müstəhəb namazlar qılmaq və s.). Lakin dəstəmaz, qüsl və təyəmmüm lazım olmayan ibadətləri (meyit namazı və s.) yerinə yetirmək olar.


Category: Diger me'lumatlar | Baxış: 1042 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]