Bazar günü, 2024-12-22, 9:51 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Yanvar » 5 » Hediyye
8:47 AM
Hediyye



Hediyye
 
   Möminlər arasındaki qardaşlıq bağlarını qüvvətləndirən gözəl adət və davranışlardan biri də qarşılıqlı hədiyyə verməkdir.

     Hədiyyə verən adam qarşılıq gözləmədən verər. Ancaq qarşılığı verilə bilməz deyə də bir qayda olmadığından hədiyyəyə cavab verməkdə bir qorxu yoxdur, əksinə daha faydalı və daha fəzilətlidir.


     Qarşılıq şərtiylə edilən hədiyyə səhih olub qoyulan şərt mötəbərdir. Bağışlama əsnasında, bağışlanılan şeyin mövcud olması şərtdir. Bağışlanılan şeyin müəyyən olması, bağışlayanın razılığının olmasi, ağıl sahibi və yetkinlik yağında olması da şərtdir. Hədiyyədən dönməyi maneə törədən bir vəziyyət yoxsa bağışlayan hədiyyəsindən dönə bilər, lakin bu tahrimen məkruhdur. Bəzən hediyye ilə hədiyyə eyni zamanda istifadə edilməz, hediyye mütləq olaraq ikram edilən mal mənasında istifadə edilib, hədiyyədə axtarılan hüquqi şərtlər axtarılmaz.

        Müsəlman olaraq bütün məsələlərdə olduğu kimi hədiyyə mövzusunda da, rəhbərimiz olan Hz. Peyğəmbər (s.ə.s), müsəlmanların rəftarının necə olması lazım olduğunu nümunə həyatıyla göstərmişdir.

          Peyğəmbərimiz ən sadə yaxşılığı belə qarşılıqsız buraxmazdı. Qarşılığını mütləq verərdi. Bunu ümmətinə də nəsihət edərdi. 

        Sadə bir yaxşılığa belə cavab verən Allah Rəsulu əlbəttə hədiyyəni qarşılıqsız buraxmazdı. Bunu yaxınlarına da nəsihət edərdi. Hz. Aişə Peyğəmbərimiz üçün "Allah Rəsulu hədiyyəni qəbul edər və qarşılığını verərdi" buyurur.

         Əgər hədiyyəni verən adam qarşılıq gözləyəcək biri isə ənənəyə görə bunu götürməsi haqqıdır. 

            "Rəsulullahda sizin üçün gözəl bir nümunə vardır" (əl-Əhzab, 33/21) ayəsinə istinadən hədiyyəyə cavab vermənin vacib olduğunu müdafiə edir.
      Peyğəmbərimiz başqa bir hədisdə də "hədiyyələşin ki bir-birinizə sevginiz artsın" buyurur.

        Peyğəmbərimiz bütün müsəlmanlar üçün ən böyük nümunədir.                   Müsəlmanların ondan alinasi  lazım olan bir çox nümunələr vardır. Allah Rəsulu hədiyyəni qarşılıqsız buraxmamışdır. Müsəlmana yaraşan da budur.

Hədiyyəyə cavab verilməsi bunun zəruri olmasından deyil, insanlar arasında sevginin hörmətlinin artmasına səbəb olmasındandır.



Category: Bezi meslehetler | Baxış: 2223 | Added by: Fussilət | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]