Bazar günü, 2024-12-22, 9:59 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyul » 8 » Haram qızıl
3:46 PM
Haram qızıl
3 istisna hal

Bir qayda olaraq, İslamda qadağa hökmü müəyyən əşyanın insan orqanizminə, əhval-ruhiyyəsinə, yaxud maddi durumuna zərər yetirməsidir. Aparılan araşdırmalar zamanı qızılında kişilərə zərərli olduğu müəyyən olunur. Məlum olduğu kimi, kişilərin qanındakı leykositlərin (ağ qan kürəcikləri)  miqdarı qadınlarda olduğundan daha çoxdur. Bədən qızıl ilə təmasda olduqda qandakı leykosutlər çoxalır. Leykositlər çoxaldıqda isə eritrositlərin miqdarı əhəmiyyətli dərəcədə azalmağa doğru gedir. Deməli, kişilərin qızıl əşyadan sitifadə etmələri onların qanının tərkibində ciddi mənfi dəyişiklərin baş verməsinə səbəb olur ki, bu da sonralar qanazlığına, hətta qanda xərçəng xəstəliyinin yaranmasına şərait yaradır.
Sual: Əgər qızıl kişilərin qanında belə ciddi dəyişikliyə səbəb olursa, onda bəs nə üçün belə əks təsir qadınlarda müşahidə olunmur?
Belə məlum olur ki, qadınlarda dəri ilə əzələ arasında mövcud olan   xüsusi lay kişilərdə mövcud deyil. Həmin lay qızıldan xaric olan  şüanın qadınlara mənfi təsir göstərməsinə mane olur.
Qızıl - kişilərin qanında leykositləri artırmaqla yanaşı, həm də cinsi hormonların zəifləməsinə səbəb olur.  Qızıldan istifadə spermanın hərəkətini zəiflədərək impotünsiyaya gətirib çıxara bilər ki, bu da bir çox hallarda kişilərin müalicəyə külli miqdarda pul xərcləmələrinə, ən pis halda isə ailələrin dağılmasına səbəb ola bilər.

Qızıldan hazırlanan zinət əşyaları növündən asılı olmayaraq, kişilər üçün zərərlidir. Bu zərər qızıl ilə daha çox ünsiyyətdə olan zərgər kişilərə də şamil olur.

Şəriət qızılın zərurət üzündən bir sıra cərrahiyyə əməliyyatlarında və protez dişlərin hazırlanmasında istifadə olunmasına icazə verir.

 Rəngindən asılı olmayaraq, kişilərə qızılın bütün növləri haram və zərərlidir. Bəzən platinlə ağ qızıl səhv salınır, lakin onlar bir-birindən fərqli materiallardır.

Platinin isə kişilərə heç bir mənfi təsiri yoxdur.


Category: Diger me'lumatlar | Baxış: 1052 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]