Bazar günü, 2024-12-22, 8:47 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 22 » Haram əməllərdən çəkinmək (Günahlardan uzaqlaşmaq)
9:46 AM
Haram əməllərdən çəkinmək (Günahlardan uzaqlaşmaq)
Haram əməllərdən çəkinmək
 (Günahlardan uzaqlaşmaq)
İlkin mərhələdə atılan addımlardan səkkizincisi haram əməlləri tərk etməkdir, yəni bədən tərbiyəsində bir qisim iş və yeməklərdən çəkinmək zəruri olduğu kimi, nəfsin saflaşdırılmasında da bəzi əməl və yeməklərdən imtina etmək lazımdır.
Qütb Ravəndi İmam Baqir(ə)-dən belə nəql edir: "Çox təəccüblüdür ki, insanlar xəstəliyin qorxusundan yeməklərində pəhriz saxlayır, amma cəhənnəm atəşinin əzabından qorxub günahdan çəkinmirlər".("Şəri hökmlər barədə kitab")
Əlbəttə, pəhriz və özünü pis əmməllərdən qorumaq nəfsani qüvvələrin ziddinədir. Bu, işin əvvəlində çox çətin olur, lakin böyük əzm və mübarizə yolu ilə nəfsə qalib gəlmək olar. Həzrəti-Əli(ə) bu barədə belə buyurur: "Günahı tərk etməkdə nəfsinizi əlinizlə yumşaldın ki, ibadət və itaətə tərəf çəkmək sizin üçün asan olsun".(Bu barədə atrıq məlumat toplamaq üçün hədis, əxlaq, təsfir və həmçinin imam camaat (pişnamaz) qazı, müctəhid və şahidin ədaləti barədə bəhs edən fiqh  kitablarındakı fəsillərə  müraciət edə bilərsiniz: "Vəsailuş-şiə" Vl c. səh.215, "Biharul-Ənvar" XXXXV c. səh.25, "Miratül-uqul" X c. səh.67, "Üsuli-kafi" c.ll,  "Camei-əhadisi-şiə" Xlll, səh. 319,  Təfsir kitablarından : "Məcməül-Bəyan" c.lll və ıV, ("Nisa" surəsinin təfsiri), "Əl-Mizan" təfsiri, c. lV, səh.344, Əxlaq kitablarından : "Ehyayul-ülum" c.lV, səh.16, "Məhəccətül-beyza" c.Vll, səh.28, "Cəmeuş-səadat" c.lll, səh.73, Fiqh kitablarından ; "Cəvahir" c.Xlll, səh.275, "Kitabul-qəza" c.XX, səh. 25-56 (c.XXl ,səh.111), "Kitabul-qəza" səh.284, (Mərhum Hacı Molla Əli Kəni)
Nəfsin saflaşdırılmasında əsas rol oynayan bu mübarizə islam mədəniyyətində "təqva" adı ilə tanınmışdır. Bu da bütün islami və insani dəyərlərin əsası, bünövrəsidir. Bütün əməl və səylər bunsuz öz dəyərini itirir, Tanrı dərgahında qəbul olunmur. "Qurani-Kərim”də deyilir:
"Allah yalnız təqvalılardan (müttəqilərdən) qəbul edər". («Maidə»-27)
Şübhəsiz, Allah dərgahında qəbul olunmayan əməlin insan ruhu və mənəviyyatına heç bir təsiri olmaz, çünki yalnız gözəl kəlam və saleh əməl ona tərəf yuxarı qalxar, təkcə pak və əməlisaleh insanlar Allaha yaxınlaşa bilər. Allah-təala "Qurani-Kərim”də buyurur:
"Pak söz (Tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr. Və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar." («Fatir»-10)
İmam Sadiq(ə) buyurur: "Təqvasız heç bir əməlin faydası yoxdur"(Elmi və dini mərkəzlərdən uzaqlaşıb ucqar səhralarda yaşayışa və bununlada öz dini vəzifələri yetirməyə qadir olmayın tədriclə dini əxlaqı və mədəniyyəti itirməyə deyilir)
İmam Baqir(ə) buyurur: "İbadətlərin ən çətini təqvadır"("Nisa" surəsinin ikinci ayəsinin məzmunu)
İmam Sadiq(ə) öz məktubunda dostlarından birinə xitab edərək yazır: "Əgər aqibətinin xeyirlə qurtarmasını və bu dünyadan yaxşı əməl görərkən köçmək istəyirsənsə, Allahın haqqını taptalama. Məbada onun həlimliyinə (helminə) və səbrinə aldanıb nemətlərini günah işlərə sərf edəsən.." (Olmayan malı, borcu  vəsiyyət edib, bu yolla vərəsələrə ziyan yetirərək onların hüququnu pozmaq)
Müfəzzəl ibn Ömər deyir: "İmam Sadiq(ə)-in xidmətində əməllərdən söz düşdü. Mən ərz etdim ki, əməllərdə çox zəif və süstəm. İmam belə buyurdu:
-Sakit ol, Allahdan bağışlanmaq istə, yəni bu qədər naümid olma.
Sonra isə buyurdu:
-Heç şübhəsiz, təqva ilə görülən az əməl təqvasız görülən çox əməldən yaxşıdır.."("Qürər"in  fəslə görə müdəracatı, səh.127).
Müfəzzəl yaxşı əməllər sahibinin təqvası olmadığı barədə soruşduqda İmam cavab verdi: "Elə şəxslər var ki, insanlara yemək verir, qonşuları ilə mehriban, evlərinin qapısı hamının üzünə açıqdır, amma ilkin mərhələdə rəftarında günaha bataraq nəfsin cilovunu əldən verirlər. Bununla da itaətdən boyun qaçıraraq günaha batırlar. Lakin elə adamlar da vardır ki, bu cür gözəl işləri yerinə yetirmək onlara nəsib olmur, ancaq özlərini günah və hər cür çirkinlikdən qoruyurlar."(Həmin mənbəə, səh.314)

Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kəni     

Category: Exlaq | Baxış: 1186 | Added by: Ənfal | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]