Bazar günü, 2024-12-22, 9:55 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 19 » Haqq yolundan uzaq düşənlər
4:01 PM
Haqq yolundan uzaq düşənlər
De: "Haqq (islam) gəldi, batil (şirk və küfr) yox oldu. Çünki batil (öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur!” ("İsra" surəsi, ayə 81)

Yezidi kəlməsi dinin tanrısı olan "Azda" sözündən götürülmüşdür.
Yezidlik təriqəti Orta Şərqdə kürd mənşəli Şeyx Əli adlı şəxs tərəfindən yaradılıb.  Əsasən İraqın Mosul şəhərində yaşayırlar. İraqla yanaşı, Suriya, Türkiyə, İran, Gürcüstan və Ermənistan ərazilərində yaşayan  yezidlərin sayı ümumilikdə 100 000-ə çatır.

Əqidə əsasları

Yezidlər digər səmavi dinlərdən fərqli olaraq Şeytanın Adəmə(ə) səcdə etməkdən imtina etməsinin təmamilə fərqi yolla izah edirlər. Onlar belə bir əqidədirlər ki, insan dəfələrlə imtahana çəkilmiş və bütün imtahanlardan alınıaçıq  çıxaraq məxluqatın ən şərəflisi qərar verilmişdir. Bu səbəbdən Şeytan ona səcdə etməkdən imtina etmişdir. Yezidliyinə görə, Allah yalnız kainatın yaradıcısıdır, lakin onun idarəedicisi deyil. Onlar belə hesab edirlər ki, Şeytan Allah dərgahından qovulduqdan sonra  yer üzərinə tovuzquşu şəklində düşmüşdür.  Tanrı mütləq xeyr və yaxşılıqdan ibarət olunduğundan  Onun razılığını qazanmağa ehtiyac yoxdur. Əksinə, ibadət ona deyil, içi pisliklərlə dolu olan Tovuza olunmalıdır. Bu mənada yaxşılıq və pisliyin qaynağı tovuzquşunun özüdür.  İnsanın gördüyü işlər onun dünyasını Cənnətə də, Cəhənnəmə də çevirə bilər. Tovuzquşu, yəni Şeytan bütün bu işlərin nəzarətçisi  və Tanrının yer üzərindəki kölgəsidir.  Yezidlər hələ güman edirlər ki, Allah Tovuzquşunu (Şeytanı) öz alovundan yaratmış, onu kainatı və insanı yaratmağı tapşırmışdır. Bu işdə ona köməkçi olaraq altı mələk vermişdir.  Digər işləri yerinə yetirmək üçün  onun ixtiyarında dörd cin də  qoyur.  Tovuzquşu insanı xəlq etdikdən sonra onu Allaha təqdim edir.  Allah ona insanı tabe olmağı əmr etdikdə imtina edir və deyir:" Mən yalnız məni yaradana, Sənə tabe olaram".  Kişi və qadından olan bu iki insandan 80 uşaq dünyaya gəlir. Çox keçmir ki, Adəm övladı kamillik uğrunda bir-biri ilə mübarizəyə başlayır.

"Allah yanında (haqq olan) din, əlbəttə, islamdır ". ("Ali-İmran" surəsi, ayə,19)

Category: Diger me'lumatlar | Baxış: 875 | Added by: Mursəlat | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]