Bazar günü, 2024-12-22, 2:17 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Yanvar » 24 » Həzrət Saleh (əleyhis-salam)-ın qövmünə əzabın nazil olması
6:30 AM
Həzrət Saleh (əleyhis-salam)-ın qövmünə əzabın nazil olması
Həzrət Saleh (əleyhis-salam)-ın qövmünə əzabın nazil olması
 
NUR ÇEŞMƏSİ.

Həzrət Saleh (əleyhis-salam) Səmud qövmü arasında yaşayırdı. Tam firavanlıqda, naz-nemət içərisində yaşayan bu qövm tədricən bütpərəstliyə, fəsada başladılar. Allah-taala çox əsil-nəsəbli və möhtərəm bir ailədən olan Salehi (16 yaşında) Peyğəmbər seçib göndərdi ki, onları hidayət etsin. 

O həzrət 120 yaşına qədər onların arasında təbliğə məşğul oldu. Lakin onlar haqq dəvəti qəbul etmədilər; düzəltdikləri 70 ədəd bütə ibadət edirdilər. 

Saleh (əleyhis-salam) buyurdu: 

-Ya siz məndən bir şey istəyin ki, mən də öz Allahımdan istəyim və siz məni təsdiqləyin, ya da mən sizin məbudlarınızdan bir şey istəyim, əgər qəbul etsələr, sizin aranızdan çıxıb gedim?! 

Vədələşdikləri gündə bütləri çiyinlərində gətirdilər və dedilər: 

- Saleh, bizim bütlərdən bir şey istə!

Saleh (əleyhis-salam) bütləri bir-bir və bir neçə dəfə çağırdı, lakin heç biri cavab eşitmədi. Nəhayət buyurdu:

- Siz məndən bir şey istəyin! 

Dedilər: - Bizi bu dağın yanına apar , orda nə istədiyimiz deyək.

Saleh (əleyhis-salam) onları dağın yanına gətirdi, onlar dedilər: - Allahından istə, indi bu dağın içindən bizim üçün qırmızı rəngli, sıx tükü olan və yaşı on aydan artıq olmayan bir dişi dəvə çıxartsın.

Saleh dua edərək Allahdan istədi. Birdən dağdan dəhşətli, tükürpədici səs eşidildi, onların dediyi qırmızı rəngli, sıx tüklü bir dişi dəvə dağın içindən çıxdı. Dedilər: 

- Allahından istə, bu dəvənin balasını da oradan çıxartsın.

Saleh Allahdan istədi və dəvənin balası da ordan çıxdı. Bu zaman beş nəfər iman gətirdi, yerdə qalanlar isə dedilər: "Bu sehr və cadu idi!” Bundan sonra dəvəni öldürmək fikrinə düşdülər: yol üzərində pusqu qurdular. Dəvə su içmək üçün gedəndə hücum etdilər. Onların hər biri dəvəyə bir zərbə vuraraq onu öldürdülər. Bir yerdə onun ətini yedilər, ətin qalanını da bölüşdürdülər. Sonra həzrət Salehi öldürməyə tədbir gördülər. Lakin Allah-taala Öz peyğəmbərini qoruyub saxladı. Allah-taala ona buyurdu:

-"Öz əzabımı nazil edəcəyəm!” Saleh onlara xəbər verdi 

Üç gündən sonra həzrət Cəbrəil (əleyhis-salam) gecə yarısı gəldi və onların başına elə fəryad çəkdi ki, qulaqlarının pərdəsi cırıldı, ürəkləri qorxudan partladı, ciyərləri dağıldı və asimandan bir atəş gələrək onların hamısını yandırdı. Saleh öz köməkçilərini Fələstinə (yaxud Həzrə-movta) apardı (1)

1. "Həvadisul-əyyam”, səh. 73.

azadxeber.az

Category: Diger me'lumatlar | Baxış: 822 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]