Bazar günü, 2024-05-05, 12:07 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Iyul » 23 » Həzrət Əli Əkbərin (ə) təvəllüdü
4:08 AM
Həzrət Əli Əkbərin (ə) təvəllüdü
 
Bu gün
23 İyul 2010-cu il.
(Hicri- 1431-ci il)
Şaban ayının 11-i
Həzrət Əli Əkbərin (ə) təvəllüdü günüdür.

HƏZRƏTİ ƏLİ ƏKBƏR (Ə) IN TƏVƏLLÜDÜ

Bismilləhir-Rəhmanir-Rəhim
Şəban ayının on biri həzrət Seyyiduş- şühədanın əziz və yüksək məqamlı oğlu həzrət Əli Əkbər əleyhissəlamın təvəllüdünün ildönümüdür. O həzrətin uca şərəf və mənsəbi barəsində bunu demək kifayətdir ki, mehriban atası İmam Huseyn əleyhissəlam onu həm zahiri görünüşcə, həm də əxlsq və danışıq baxımdan Allah Rəsluna ən yaxın bir şəxs kimi tanıtdırmışdır.
İmam Huseyn əleyhissəlam hər zaman Peyğəmbəri (səlləllahu əleyhi və alih) görməyə müştaq olsaydı, Əli Əkbər əleyhissəlamın mübarək simasına baxardı.
Məsum imamlardan həzrət Seyyiduş-şühəda barəsində yetişən bir sıra ziyarətnamələrdə, mübarək qəbri İmam Huseyn əleyhissəlamın ayaq tərəfində yerləşən həzrət Əli Əkbər əleyhissəlam haqqında da ayrıca ziyarətnamələr nəql edilmişdir. O cümlədən altıncı imamımız həzrət İmam Sadiq əleyhissəlamın Əbu Həmzəyi Sumaliyə öyrətdiyi ziyarətnamədə həzrət Əli Əkbər əleyhissəlama belə xitab olunur:
"دمك المرتقي به إلي حبيب الله"
"Sənin qanını Allahın həbibinin (Peyğəmbəri səlləllahu əleyhi və alih) yanına qədər ucaltdılar”
Belə şərafətli və əzəmətli qanı olan bir müqəddəs şəxsin ruhu barəsində danışmaq ənbiya və övliyaya məxsusdur.


 
Category: Diger me'lumatlar | Baxış: 933 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]