Bazar günü, 2024-12-22, 6:26 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Sentyabr » 18 » Həyatı dəyişək
11:40 AM
Həyatı dəyişək
 
Həyatı dəyişək
 
Eyni ölçüdə olan üç qabın içinə kök, o birinə yumurta qoyur, digərinə isə qəhvə tökürük. Sonra hər üçünü eyni vaxtda ocagın üzərinə qoyuruq. Üstündən 15 dəqiqə keçir. Onların hər birində dəyişikliklər baş verdiyini müşahidə edirik. Bir qədər əvvəl bərk olan kök yumşalıb, qabığı bərk, içi mayə halında olan yumurta isə bərkiyir. Toz halında olan qəhvə suyun rəngini və dadını təmalilə dəyişir.  Bir anlıq odun üzərində qaynayan suyu həyatın çətinliyi təsəvvur edin. Sonra üzünə nəzər salın, görün həyatın çətinlikləri qarşısında  nəcə reaksiya göstərirsiniz, Bərk kök kimi həatın çətinliklərinə baş vurub bir qədər sonra bütün vicudunuzla yumşalaraq təslim olursunuz?
 Elə isə heç vaxt kök kimi olmayın! Hadisələri möhkəm irada və yumşaq qəlblə qarşılayıb ondan sonra hamı özünə  düşmən bilib daş ürəklə ayrılırsınız? Elə isə yumurta kimi də olmayın!
 Bəs qəhvə necə?
Qəhvə suda qaynamaqla suyun rəngini və dadını dəyişmiş olur. Həmçinin suyun hərəkəti artdıqca qəhvənin iyi, rəngi və dadı daha kəskin olur. Su qəhvəni deyil, qəhvə suyu büsbütün dəyişdirir. Elə isə həyatın çətinlikləri qarçısında qəhvə kimi olaq.
 
Həyat bizi deyil, biz həyatı dəyişək!
 
Category: Bezi meslehetler | Baxış: 1061 | Added by: Ənfal | Rating: 3.5/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]