Bazar günü, 2024-12-08, 6:26 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Aprel » 28 » HƏYA
5:04 AM
HƏYA
HƏYA
Həya insan üçün dünya və axirətdə bəyənilmiş ən gözəl əxlaqi sifətlərdəndir. İmamlardan yetişən hədislərdə buyurulur: Həya imandandır, imanın yeri isə cənnətdir. ("And olsun izzət və cəlalıma, böyüklüyümə və uca ərşimə, məndən başqasına ümid edənlərin arzusunu ürəyində qoyub məyus edəcəyəm, insanlar arasında onu zillətə düçar edəcəyəm, onu mənə yaxın olmaqdan məhrum edib, fəzilətimdən uzaqlaşdıracağam. O məndən başqasınımı çətin hallarda arzu edib diləyir? Bir halda ki, çətinliklər mənim əlimdədir və o (bəndə) məndən başqasına ümid bəsləyib, onun qapısınımı döyüb? Bir halda ki, hər şeyin açarı mənim əlimdədir və döydüyü qapı da bağlıdır. Təkcə mənim qapımdır ki, həmişə açıqdır məni çağıranın üzünə. Hər kim müsibət və çətinlikdə məni arzulasa, müsibətinin qarşısını alaram. Hansı kəsdir ki, bəlaya düçar olanda mənə ümid bəsləsin və mən onun ümidini naümidsizliyə çevirəm? Mən Öz bəndələrimin arzularını öz yanımda qoruyub saxlayıram, onlar isə mənim bu işimdən narazıdırlar. Mən asimanları məni təsbih edib yorulmayan (mələklər ilə) doldurmuşam və onlara əmr etmişəm ki, mənimlə bəndələrim arasında olan qapıları bağlamasınlar, amma bəndələrim mənim sözümə etimad etmirlər. Görəsən dərk etmirlərmi ki, bəla mənim tərəfimdən gələndə məndən başqa heç kim onu (bəlanı) dəf edə bilməz ta ki, mən izn vermiş olam. Nə olub, bəndəm başqası ilə üns tapır və məndən üz döndərmiş halda onu görürəm. Bir halda ki, məndən diləyib istəməmiş bəxşiş üzündən ona əta etmişəm. Sonra verdiyimi ondan alanda, əlindən getmişi qaytarmaq üçün məndən istəməyib, başqasına əl açır? Bir halda ki, mən həmişə bəndə istəməmişdən qabaq əta edirəm, lazım olan zaman məgər verməyəcəyəmmi? Mən paxılam, yoxsa bəndəm məni paxıl sayır? Bəxşiş və kərəm sahibi mən deyiləmmi? Güzəşt və rəhmət sahibi mən deyiləmmi? Mən bütün arzuların istək yari deyiləmmi? Bəs, kim mənim qarşımda ümidini məndən üzər? Arzu edənlər, qorxmurlarmı məndən başqasını arzulayırlar? Əgər yer və göy əhli birlikdə məndən istəsələr və mən onların hamısının birlikdə istədiyini hər birinə versəm mənim mülkümdən bir zərrə belə azalmaz və necə ola bilər ki, mən sahibi olduğum mülk azalsın? Vay olsun mənim rəhmətimdən naümid olanlara və mənim əmrimdən çıxıb mənim haqqımda ehtiyatla rəftar etməyənlərə”.  )
Həya və iman bir-birindən ayrılmaz, əgər biri gedərsə o biri də ona qoşular. ("Üsuli-kafi”, 2-ci cild, səh. 106, hədis 1. )
İmam Sadiq ya Baqir (ə)-dan nəql olunmuşdur ki, buyurub: "Həya və iman bir-biri ilə yanaşıdırlar. Əgər biri getsə (olmasa) o birisi də onunla gedər”.
Həyası olmayanın imanı da olmaz. ("Üsuli-kafi”, 2-ci cild, səh. 106, hədis 4. )
Dörd şey hər kəsdə olsa, günahları həddən artıq çox olsa belə Allah o günahları savaba döndərər: doğruluq, həya, gözəl əxlaq və şükür.("Üsuli-kafi”, 2-ci cild, səh. 106, hədis 5.  )
Başqa bir hədisdə şükürün yerinə əmanətdarlıq deyilmişdir. ("Üsuli-kafi”, 2-ci cild, səh. 107, hədis 7. ) İmam Sadiq əleyhissalamdan nəql olunmuşdur ki, buyurub: "Hər kəsdə bu dörd xislət olsa imanı kamil olmuşlardan sayılar və başdan ayağa qədər günaha batmış olsa belə heç şeyinə mənfi təsir qoymaz. Və o dörd xislət bunlardı: Düzlük, əmanəti əda etmək, həya və gözəl əxlaq”. (Vəsailüş-şiə”, 2-ci cild, səh. 221, bab 104, hədis 2. )
Category: Exlaq | Baxış: 1190 | Added by: Ənfal | Rating: 5.0/2
Total comments: 1
0  
1 Günahkar-Bəndə   (2013-11-28 9:53 PM) [Daxil et]


Quote
Həya insan üçün dünya və axirətdə bəyənilmiş ən gözəl əxlaqi sifətlərdəndir.



bezilerinde ne heya var ne bir wey...................ele aciq saciq geyinirlerkiiiiiiiiiii

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]