Bazar günü, 2024-12-22, 9:40 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Noyabr » 8 » HƏSRƏT FATİMƏNİN (S.Ə.) İZDİVACI
7:44 AM
HƏSRƏT FATİMƏNİN (S.Ə.) İZDİVACI
 
HƏSRƏT FATİMƏNİN (S.Ə.) İZDİVACI
 
Həzrət Fatimənin (s.ə.) artıq ərə getmək vaxti çatmışdı. Onun əri elə bir adam olmalı idi ki, insanlıq dəyərlərində və kamal üstünlüyündə Fatimə ilə bərabər olsun. Eləcə də Zəhraya layiq olan hörmət və sevgini ona göstərib dəyərini dərk etsin. Həzrət Fatiməyə (s.ə.) bir çox ailələrdən elçilər gəlirdi. Bunlardan bəziləri isə Ömər, Əbu Bəkr və başqaları idi. Amma Həzrət Peyğəmbər (s) qızına elçi gələnlərə belə buyurardı: ”Bu barədə vəhy gözləyirəm”. Nəhayət vəhy gəldi və Həzrət Fatimənin (s.ə.) əri bəlli oldu. "Ey Peyğəmbər! İşığı işıqla – Fatiməni Əli ilə evləndir!” Əlinin (ə) Həzrət Fatimə (s.ə.) iləçevlələndə, əlində dünya malından bir şey olmasına baxmayaraq, bütün maddi dəyərlərdən daha üstün və dəyərli bir xəzinəsi var idi: İnsanlıq şərəfi və təqva. Peyğəmbər (s) Həzrət Əlinin (ə) istədiyini qəbul etdikdən sonra qızının fikrini soruşmaq üçün onun yanına gəlib buyurdu: "Sən də Əlini yaxşı tanıyırsan, o xalqın arasında mənə ən yaxın olanı, islama saysız-hesabsız xidmətlər göstərmiş fəzilətli bir adamdır. Bax, Allah da sənin üçün Əlini seçib. Sənin bu haqda fikrin nədir?” Fatimə susdu. Peyğəmbər onun sükutundan xanım Zəhranın bu məsələyə razı olmasını başa düşüb çox sevindi.
 
 TOY MƏRASİMİ
 Peyğəmbərin (s) əmri ilə Bəni Haşım qəbiləsi və əshab o gün bir yerə yığıldılar. Daha sonra Peyğəmbər (s) bir xütbə oxuyaraq Əli ilə Fatiməni evləndirdi. Kəbininə də dörd yüz misqal gümüş təyin etdi. Əshabdan birisi deyir: "Həzrət Fatimənin (s.ə.) kəbin mərasimində Peyğəmbər (s) qoyun kəsib sadə bir yemək verəndən sonra, hamıdan bu barədə şahidlik aldı”. Həzrət Zəhranın (s.ə.) kəbinin kəsilməsindən bir ay sonra, hicrətin ikinci ilində toy mərasimi keçirildi. O axşam Peyğəmbər (s) Fatimənin (s.ə.) əlini Əlinin (ə) əlinin üstünə qoyub buyurdu: "Ey Əli! Fatimə sənin üçün seçilmiş ən yaxşı xanımdır.” Sonra isə Fatiməyə sarı dönüb buyurdu: "Ey Fatimə! Əli də sənin üçün seçilən ən yaxşı ərdir”. Sonra "artıq öz evinizə gedə bilərsiniz”, - deyərək onları evlərinə yola saldı. Mühacir, ənsar və Bəni Haşım qadınları, əshab və dostlar şamdan sonra Həzrət Əlinin (ə) evinə apardılar. Əli (ə) və Fatimə (s.ə.) Mədinədən səkkiz kilometr uzaqlıqda, Quba məscidinin yanında yeni həyatlarına başladılar. Həmin məscid hicrət əsnasında Peyğəmbərin (s) Həzrət Əlini (ə) bir həftə gözlədiyi yerdə tikilmişdi. Çox çəkmədi ki, onlar yenidən Mədinəyə köçüb özlərinə Peyğəmbərin (s) qonşuluğunda bir ev tikdilər. Çünki Peyğəmbər (s) üçün Əli və Fatiməni yanında görməmək, onların uzaq qalmaq çox çətin idi. Əli öz evini palçıq, xurma ağacının yarpaq və budaqlarından tikdi. Onların evlərinin kiçik qapısı ilə Peyğəmbərin evinin qapısı hə gün səhər çağı iki ürəyin bir-birinə qovuşduğu kimi, bir-birinin üzünə açılırdı. Quran və hədislərdə bu qədər təriflənən, bütün pisliklərdən uzaq olduğu qeyd olunan Əhli-beyt, itrat evi və ailəsi, məhz elə bu ev və bu ailədə idi. Elə bir ev ki, Əli orada ata, Fatimə ana, Həsən və Hüseyn oğlu, Zeynəb ilə Ümmi Gülsüm isə qızı idilər. Bu ev bütün zaman və illərdə nəsillər üçün nümunəvi bir örnəkdir.
 
Category: Diger me'lumatlar | Baxış: 723 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]