Bazar günü, 2024-12-22, 11:04 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 27 » Hər gün Aşura, hər yer Kərbəla
4:32 AM
Hər gün Aşura, hər yer Kərbəla
İcbari beyət
Yezid atasının vəsiyyətinə əməl etmir!
İmam Hüseyn (ə) Yezid barədə buyurur:" İslamın fatihəsi Yezid kimi çobanın hakimiyyətinə gəlişi ilə veriləcək"

Müaviyə ibn Əbu Sufyan ölüm ayağında olarkənoğlu Yezidə vəsiyyət edərək deyir;"Dünyanın dörd bir tərəfində insanlara beyət etsən də,bu dörd nəfərlə işin olmasın: 1)Əbu Bəkrin oğlu Əbdürrəhman. 2) İmam Əlinin (ə) oğlu İmam Hüseyn. 3)Zübeyrin oğlu Abdulla". Lakin Yezid atasının vəsiyyətinə məhəl qoymadan Mədinə valisi Vəlid ibn Ütbəyə məktub göndərərək onlardan beyət almasını əmr edir.

Məcburi sığınacaq

Əbu Bəkrin oğlu Əbdürrəhman Kərbəla ərəfəsində dünyasını dəyişir. Ömərin oğlu Abdulla beyəti qəbul edərək qoyulan şərtlərə təslim olur. Zübeyrin oğlu ilə İmam Əlinin (ə) oğlu İmam Həsən (ə) isə Mədinədən Məkkəyə qayıdaraq oranı ğzlərinə sığınacaq qərar verirlər. Zübeyrin oılu Məkkəyə qayıtsa da,  Yəzidə qarşı çıxmaqdan imtina edir. Lakin İmam Hüseyn (ə) islamiyyətin mərkəzi olan Məkkə  və Mədinə şəhərində yaranan fitmə fəsadlara  göz yuma bilməyib azyaşlı tərəfdarları ilə birlikdə  Yezidin pozğun həyat tərzini ifşa etmək üçün Məkkədə həcc ziyarətində səmərəli istifadə etmək qərarına gəlir.
Yəzid İmam Hüseyndən (ə) beyət istədikdə cavabında ona yazır:" Mənim kimilər sənin kimilərə beyət etməz!"
 Məkkədə olduğu və Kufə camaatının dəvətini alaraq yol tədarükü göydüyü günlərdə ona yaxın olan adamlar bu işdən əl çəkməyi tövsiyyə edirlər. Hətta qardaşı Muhəmməd Hənəfiyyə  belə onun yanına gələrək deyir:" İndi ki gedirsən, heç olmasa, uşaq və qadınları özünlə aparma".
 İmam Hüseyn (ə) ona tarixi bəyanatı verir və bununla əvvəlcədənşəhid olacağı məlum olur.
İmam Hüseyn (ə) buyurur:" Şəhidlərlə şahidlər bir arada olmayacaqlar!".  Həqiqətən də əgər faciənin canlı şahidləri İmam Səccad və Hz. Zeynəb (ə) Kərbəlada olmasaydılar, orada baş verənlər olduğu kimi bizə gəlin çatmaz, çatsa  belə, sair tarixi hadisələr kimi təhrifə məruz qalardı.

Ibn Ziyad

Imam Hüseynin (ə) mübarək başı Kufəyə ibn Ziyadın sarayına gətirildikdə o,kəsik başı qarşısına qoyub əlindəki çubuqla onun dodaqları ilə oynamağa başlayır. Ənəs ibn Malik gördüklərinə dözə bilməyib etirazla ona deyir:"Çək o pis əllərini Hüseynin başından. And olsun Allaha, dəfələrlə Peyğəmbərin (s.ə.s) o mübarək dodaqları öqdüyünü gördüm". Bu hadisə Şamda, Yezidin sarayında baş verir və orada da bunabənzər etirazlar edilir.


Qanlı əllər

Kərbəla hadisəsindən bir neçə il sonra İmam Hüseynə (ə) qarşı döyüşən əsgərlərdən biri Məkkəyə, həcc ziyarətinə gəlir. Ehram halında bilərəkdən bir ağcaqanaq öldürür və kəffarəsinin nə olduğunu öyrənmək üçün o dövrün ən savadlı fiqh alimlərindən olan Abdulla ibn Ömərin yanına gələrək "Mən ehramda ikən bir ağcaqanad öldürdüm, mənim əməlim batildirmi?"- deyəsoruşur. Abdulla ondan haralı olduğunu soruşduqda şəxs "Kufəliyəm" deyir. Abdulla ona belə bir cavab verir:"Əliniz Hüseynin qanına bulaşdığı bir halda, məndən ağcaqanadın qanı haqda soruşursan".

Category: Diger me'lumatlar | Baxış: 1104 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]